Moskvada şagirdini qətlində şübhəli bilinən 2 qız tutuldu
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Orexovo-Zuyevo şəhər dairəsinin məhkəməsi altıncı sinif şagirdinin qətlində şübhəli bilinən hər iki qız barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə avqustun 29-da məhkəmə zalından "İzvestiya" məlumat yayıb.
Hadisə Orexovo-Zuyevo şəhər dairəsinin Kabanovo kəndində baş verib. Avqustun 26-da altıncı sinif şagirdi evə qayıtmayıb və onun axtarışına başlanılıb. Növbəti gün oğlanın zorakılıq əlamətləri olan meyiti keçmiş peşə məktəbinin ərazisində yerləşən tərk edilmiş binanın zirzəmisində aşkarlanıb.
İlkin məlumata görə, qızlar uşağın onların şəxsi həyatı ilə bağlı bəzi məlumatları açıqlamasından ehtiyat edə bilərdilər. Şübhəlilərdən biri isə daha əvvəl qatilin nə hiss etdiyini öyrənmək istədiyini bildirib.
Yerli sakin Miroslava Arxipuşkina avqustun 29-da bildirib ki, yeniyetmənin axtarışı qarajlarda, platformada, tarlalarda və meşələrdə aparılıb. Daha sonra könüllülər qruplara bölünüblər və qruplardan biri meyitin aşkar edildiyi tərk edilmiş binaya gedib.
Daha sonra qızlardan birinin atası onun təqsirini etiraf etdiyini və törətdiyi əməldən peşman olduğunu bildirib. Kişinin sözlərinə görə, qızının motivlərindən xəbərdardır, lakin onları açıqlamayıb. O həmçinin qızın rəfiqələrindən heç birinin onu oğlanı öldürməyə məcbur etmədiyini vurğulayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 30 Avqust 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















