Icma.az
close
up
RU
Moskvada OANA nın 65 illiyinə həsr olunmuş media forumu işə başlayır

Moskvada OANA nın 65 illiyinə həsr olunmuş media forumu işə başlayır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moskva, 21 sentyabr, AZƏRTAC

Bu gün Moskvada Asiya və Sakit Okean Ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının (OANA) 65 illiyinə həsr olunmuş media forum öz işinə başlayır.

AZƏRTAC xəbər verir ki, tədbirdə 20-dən çox ölkədən 60-dan artıq nümayəndə iştirak edəcək. Forumda Azərbaycanı AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Vüqar Əliyev təmsil edir.

Media forum OANA-nın "Tarix və inkişaf: Asiya-Sakit okean regionunda 65 illik informasiya mübadiləsi" adlı fotosərgisinin açılışı ilə başlayacaq.

Daha sonra "OANA: 65 illik təcrübə. Davamlı media cəmiyyətinin yaradılması, Təşkilatın regionun gələcək informasiya məkanının formalaşmasında rolu" mövzusunda plenar iclas keçiriləcək. İclasda TASS agentliyinin, Rusiyanın dövlət hakimiyyəti orqanlarının nümayəndələri, həmçinin xarici informasiya agentliklərinin rəhbərləri çıxış edəcəklər.

Forum çərçivəsində üç panel sessiyası keçiriləcək. Sessiyalarda dezinformasiyanın və saxta xəbərlərin yayılmasına qarşı mübarizə üsulları, mediada süni intellektdən istifadənin metodologiyası və etikası, həmçinin peşəkar standartların və informasiya məzmununun keyfiyyətinin qorunması strategiyaları müzakirə olunacaq.

Media forumu “OANA Awards” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi ilə başa çatacaq.

Qeyd edək ki, yubiley tədbirləri çərçivəsində sentyabrın 20-də Moskvada OANA İcraiyyə Komitəsinin iclası keçirilib.

OANA 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə yaradılıb. Təşkilatın əsas məqsədi dünya əhalisinin yarıdan çoxunun yaşadığı Asiya-Sakit okean regionunda informasiya agentlikləri arasında xəbərlərin birbaşa və sərbəst mübadiləsini təmin etməkdir. Hazırda dünyanın ən böyük regional media təşkilatı 33 ölkənin 41 informasiya agentliyini birləşdirir. 2025–2028-ci illərdə OANA-ya TASS sədrlik edir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Sentyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri