Icma.az
close
up
RU
Moskvada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib FOTO

Moskvada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib FOTO

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Teatr Sənəti İnstitutunun (QİTİS ) Elmi Kitabxanasında dahi Azərbaycan bəstəkarı və maarifçisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş "Xalq ruhunun səsi" (Души народной голос...) adlı beynəlxalq konfrans keçirilib.

APA-nın Moskva bürosu xəbər verir ki, konfransda Rusiya və Azərbaycan elm və mədəniyyət xadimləri, QİTİS -in müəllim və tələbələri, Rusiyadakı Azərbaycan səfirliyinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev çıxışında bəstəkarın peşəkar Azərbaycan musiqi məktəbinin formalaşmasında, dünya, sovet və Azərbaycan musiqisinin inkişafında, Azərbaycan və Rusiya mədəniyyət xadimləri arasında dialoq və əməkdaşlığın möhkəmlənməsindəki böyük töhfələrini qeyd edib. O, Üzeyir Hacıbəylinin Şərq musiqi ənənələrini və folklorunu Qərb klassik məktəbi ilə birləşdirərək Azərbaycan mədəniyyətində bir çox islahatların banisi olduğunu vurğulayıb: “Bu ənənəni onun tələbələri Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cangir Cangirov, Fikrət Əmirov, eləcə də hazırkı gənc nəsil Azərbaycan bəstəkarları və ifaçıları davam etdiriblər”.

Səfir həmçinin Üzeyir Hacıbəylinin doğulduğu Şuşa şəhərində işğal illərində dağıdılmış bəstəkarın ev-muzeyinin bərpa edildiyini və ev-muzeyin açılışında ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyini xatırladıb.

QİTİS-in rektoru Qriqori Zaslavski Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsi çərçivəsində konfransın keçirilməsinin təkcə institut üçün deyil, həm də bütövlükdə Rusiya mədəniyyəti üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O qeyd edib ki, "QİTİS təkcə yaradıcı ali məktəb deyil, həm də elmi işinə dəyər verən bir institutdur. Üzeyir Hacıbəylinin yaradıcılığı ciddi və düşünülmüş müzakirələr üçün məkan yaradır".

Rektor əlavə edib ki, Rusiya və Azərbaycanın musiqi mədəniyyətləri həmişə qarşılıqlı zənginləşmə yolu ilə inkişaf edib və bu, belə tədbirləri xüsusilə əhəmiyyətli edir.

SSRİ xalq artisti və QİTİS-in Vokal sənəti kafedrasının müdiri Tamara Sinyavskaya konfrans təşkilatçılarına minnətdarlığını bildirərək, bu cür tədbirlərin iki xalq arasında mədəni əlaqələri gücləndirdiyini qeyd edib. O, Azərbaycan musiqisinin tarixini öyrənən və onun ənənələrini mənimsəyən tələbələrin və gənc ifaçıların iştirakının vacibliyini vurğulayıb.

"Musiqi Dünyası" jurnalının baş redaktoru professor Tariyel Məmmədov Üzeyir Hacıbəylinin həyatı və yaradıcılıq irsindən danışıb və onun yaradıcılığına həsr olunmuş videoçarxı təqdim edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli videobağlantı vasitəsilə konfrans iştirakçılarına müraciət edib. O, Üzeyir Hacıbəylinin şəxsiyyətinin və yaradıcılığının Azərbaycanda müasir musiqi təhsilinin təməlini təşkil etdiyini və yeni nəsil musiqiçilərə ilham verdiyini söyləyib.

Konfransda həmçinin Qnessin adına Rusiya Musiqi Akademiyasının Musiqi Nəzəriyyəsi kafedrasının dosenti Angelina Alpatova, D.A. Bertmanın Musiqi Emalatxanasının direktoru, dirijor Yevgeni Volkov, QİTİS-in Musiqi Tarixi və Nəzəriyyəsi kafedrasının baş müəllimi Flora Rəhimova, Rusiyanın Əməkdar Artisti Aleksandr Barmak, Qnessin adına Rusiya Musiqi Akademiyasının Musiqi Tarixi kafedrasının dosenti Tamilə Canızadə və başqalarının təqdimatları dinlənilib. Natiqlər Üzeyir Hacıbəylinin Azərbaycan musiqi teatrının inkişafına verdiyi töhfəni və milli bəstəkarlıq məktəbinin inkişafındakı rolunu qeyd etdilər.

Tədbir zamanı musiqişünasların, müəllimlərin və tələbələrin iştirakı ilə Azərbaycan bəstəkarının yaradıcılığı haqqında maraqlı müzakirə aparılıb.

Qeyd edək ki, oktyabrın 17-də Rusiya Teatr Sənəti İnstitutunun Tələbə Teatrında Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş konsert proqramı keçirilib. Konsert proqramında bəstəkarın Şərq melodiyasını və xalq intonasiyasını Avropa klassik ənənələri ilə birləşdirdiyi məşhur “Firuzə”, “Arşın mal alan” və “Koroğlu” opera və operettalarından romanslar, ariyalar və balladalar tələbələrin ifasında Azərbaycan və rus dillərində səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 Noyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri