Moskvada partlayış nəticəsində ölən şəxsin Ukraynada döyüşən erməni batalyonunun yaradıcısı olduğu ehtimal olunur YENİLƏNİB
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Moskvada “Alıye Parusa” elit yaşayış kompleksində partlayış nəticəsində ölən şəxsin Ukraynada döyüşən “Arbat” (erməni batalyonu-red) batalyonunun yaradıcısı, Donest Xalq Respublikasının (Ukraynanın Donetsk vilayəti-red) Boks Federasiyasının prezidenti Armen Naqapetoviş Sarkisyan olduğu ehtimal olunur.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Moskvanın şimal-qərbində yerləşən elit yaşayış kompleksinin foyesində əldə qayırma partlayıcı qurğu işə düşüb. Nəticədə bir nəfər ölüb, beş nəfər yaralanıb.
11:20
Bu gün səhər saatlarında Moskvada Aviasionnaya küçəsində yerləşən “Alıe Parusa” yaşayış kompleksində partlayış baş verib.
APA-nın Rusiya bürosu xəbər verir ki, yaşayış kompleksinin foyesində əldəqayırma partlayıcı qurğu işə salınıb.
İlkin məlumatlara görə, partlayış nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 03 Fevral 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















