Moskvada yol polisi avtomobili partlayıb, bir polis həlak olub VİDEO
Icma.az bildirir, Apa.az portalına istinadən.
Moskvada Savyolovskaya vağzalı yaxınlığında yol polisi avtomobilində partlayış baş verib.
APA-nın Moskva bürosu “Mash” teleqram kanalına istinadən xəbər verir ki, ilkin məlumata görə, bir polis zabiti həlak olub, digəri isə yaralanıb.
Məlumata əsasən, yerli sakinlər partlayışı təxminən saat 00:05 radələrində eşidiblər. Həmin vaxt patrul avtomobili yolun kənarında dayanmış vəziyyətdə olub. Bildirilir ki, partlayışı lentə alan və daha sonra hadisə yerindən qaçan bir şəxs müşahidə edilib.
Partlayış nəticəsində patrul avtomobilinin şüşələri sınıb. Sağ qalan polis zabitinin təcili yardım maşını ilə xəstəxanaya aparıldığı qeyd olunur.
Hadisənin səbəbləri araşdırılır.
Bu mövzuda digər xəbərlər:Moskvada yeraltı dayanacaqda avtomobil partlayıb VİDEO
23 Aprel 2025 18:06
Moskvada yaşayış binasının həyətində avtomobil partlayıb VİDEO
01 Dekabr 2025 13:41
Moskvada partlayış: iki polis və bir mülki şəxs həlak olub
24 Dekabr 2025 14:48
Moskvada polis maşınına molotov ATILDI VİDEO
25 Dekabr 2024 00:37
Moskvada İES ərazisində yanğın olub VİDEO
13 Mart 2025 14:01
Baxış sayı:107
Bu xəbər 24 Fevral 2026 02:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















