Moskvadan sonra Kiyevə gəldilər Foto Video
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Kiyevə gəliblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “AzadlıqRadiosu”nun Ukrayna xidməti məlumat yayıb.
ABŞ nümayəndə heyətini qatardan düşərkən Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və Prezident Ofisinin rəhbərinin birinci müavini Serhiy Kıslıtsya qarşılayıblar. Uitkoff və Kuşner ukraynalı rəsmilərlə uzun müddət söhbət edərək görüşüblər.
Daha sonra amerikalı diplomatların Ukrayna Prezidenti Volodimir Zelenski ilə Müqəddəs Sofiya kafedralının divarları önündə görüşündən kadrlar yayılıb.
Qeyd olunub ki, Zelenski bu danışıqlardan dərhal öncə Ukraynanın nümayəndə heyəti ilə xüsusi müşavirə keçirib.
Xatırladaq ki, Uitkoff və Kuşner Kiyevə gəlməzdən əvvəl – sentyabrın 5-də Kremldə Rusiya Prezidenti Vladimir Putinlə 3 saat 10 dəqiqə davam edən qapalı danışıqlar aparıblar. Rusiya tərəfi amerikalı elçilərin münaqişənin tənzimlənməsi ilə bağlı ciddi təkliflərlə gəldiklərini bildirib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 06 Sentyabr 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















