Moskvanın mərkəzində sui qəsd cəhdi Avtomobildə partlayan şəxs general leytenant olub
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün səhər saatlarında Moskvanın Yasenevaya küçəsində baş verən avtomobil partlayışı ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, partlayış zamanı avtomobildə yaralanan şəxs Rusiya Müdafiə Nazirliyinin Operativ Hazırlıq İdarəsinin rəisi, general-leytenant Fanil Sarvarov olub.
56 yaşlı Sarvarov əvvəllər Çeçenistan (1992–2003), Ossetiya-İnquş konflikti, Suriya (2015–2016) və Ukrayna döyüş əməliyyatlarında iştirak edib.
Məlum olub ki, Sarvarovun 2013-cü il istehsalı “Kia Sorento” markalı avtomobili var. Məlumatlara görə, Sarvarov partlayışın baş verdiyi binada yaşayır.
Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb və hadisə yerində kriminalistlər işləyirlər.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Moskvanın mərkəzində atışma olub
27 Noyabr 2024 21:55
Moskvanın mərkəzində atışma oldu
27 Noyabr 2024 22:58
Baxış sayı:57
Bu xəbər 22 Dekabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















