Icma.az
close
up
RU
Moskvaya daha bir zərbə Rusiyanın fond birjası niyə çökür?

Moskvaya daha bir zərbə Rusiyanın fond birjası niyə çökür?

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Donald Trampın Ukraynadakı müharibə ilə bağlı Vladimir Putinlə Budapeşt görüşünü ləğv etmək qərarına gəldiyinə dair xəbərlərdən sonra Rusiya fond bazarında çöküş yaşanıb.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, dünən birjanın indeksi 4,1% azalaraq, 2022-ci ilin sentyabrından bəri ən pis göstərici ilə bağlanıb.

Pul baxımından Rusiyanın 40-a yaxın ən böyük şirkətinin səhmlərinin daxil olduğu indeksin bazar kapitallaşması 256 milyard rubl itirib və 2632,4 bəndədək azalıb.

Moskva vaxtı ilə saat 22:20-yə olan məlumata görə, Qazprom səhmləri 5%, Sberbank səhmləri 3,5%, VTB səhmləri 3,8%, Rosneft səhmləri isə 3% ucuzlaşıb. Novatek, Sovcomflot, Norilsk Nikel və Rostelecom səhmləri 4%-dən çox ucuzlaşıb. Aeroflotun səhmləri 5,4%, qızıl mədənçisi Polyus-un səhmləri isə 6,1% ucuzlaşıb.

Xarici siyasət və sanksiya riskləri bazardakı vəziyyyəti ağırlaşdırır və bu təzyiq Trampla Putin arasında yaxın gələcəkdə görüşün olmayacağına dair bəyanatlardan sonra daha da güclənib.

Trampın yaxın iki həftə ərzində Budapeştdə keçirməyə ümid etdiyi sammitə hazırlıq Putinin radikal tələblərindən geri çəkilməyə hazır olmadığı aydınlaşdıqdan sonra dayandırılıb. O, israr edir ki, Kiyev öz qoşunlarını Donetsk vilayətindən çıxarsın, ərazisinin beşdə birini könüllü olaraq Rusiyanın nəzarətinə təslim etsin.

Rusiya həmçinin, Trampın atəşkəs təklifini rədd edib. Döyüşlər dayansa, Ukraynanın böyük hissəsi “nasist rejiminin nəzarəti altında qalacaq”, - Sergey Lavrov deyib. O qeyd edib ki, atəşkəs Ukrayna Silahlı Qüvvələrinə nəinki silah toplamağa imkan verəcək, həm də Rusiyada “mülki infrastruktura zərbələr endirmək şəklində terror aksiyalarını” təşviq edəcək.

Ötən gün Lavrov Dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. CNN mənbələri xəbər verir ki, Rubio Putin-Tramp sammitinə hazırlıq üçün Lavrovla görüşün mənasız olduğuna qərar verib. Bundan sonra Rubio, Budapeşt görüşünü təxirə salmağı tövsiyə edib.

Ağ Evin bu xəbərləri ilə yanaşı, Slovakiyanın 19-cu AB sanksiya paketini dəstəkləməyə hazır olması, Polşanın Putinin təyyarəsini zorla endirmək və onu həbs etməklə hədələmələri və Mərkəzi Bankın əsas faiz dərəcəsi ilə bağlı qarşıdan gələn iclasından gözləntilər Rusiya səhmlərinə əlavə təzyiqlər edir.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Oktyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri