Icma.az
close
up
RU
MOSSAD da mükəmməl islahat: İran daxildən necə vuruldu?

MOSSAD da mükəmməl islahat: İran daxildən necə vuruldu?

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrailin xarici kəşfiyyat xidməti olan MOSSAD uzun illərdir dünyanın ən effektiv xüsusi xidmət orqanlarından biri hesab olunur. Lakin son illərdə İran və onun regiondakı müttəfiqlərinə qarşı həyata keçirilən əməliyyatlar göstərdi ki, MOSSAD sadəcə uğurlu əməliyyatlar icra etməklə kifayətlənmir, eyni zamanda özünü də köklü şəkildə yenidən qurur.

Axar.az xəbər verir ki, David Barneanın MOSSAD-a rəhbərlik etdiyi dövrün başa çatması ilə bağlı İsrail mediasında və bəzi farsdilli KİV-lərdə dərc olunan faktlar heyrət doğurur. Belə ki, bu materiallarda Barneanın mükəmməl bir sistem yaratdığı, klassik casusluq modelini XXI əsrin texnoloji və hibrid müharibə reallıqlarına uyğunlaşdırdığı üzə çıxır.

Dövrümüzə qədər kəşfiyyat xidmətlərinin uğuru əsasən agentura şəbəkələrinin miqyası və xüsusilə mühüm əməliyyatların birbaşa və məxfi icrası ilə ölçülürdüsə, bu gün məlumatın sürəti, texnologiyanın imkanları və eyni vaxtda müxtəlif istiqamətlərdə zərbə vurmaq bacarığı həlledici amilə çevrilib. Barneanın rəhbərliyi altında MOSSAD məhz bu istiqamətdə yenidən formalaşdırılıb.

Barneanın inqilabı

MOSSAD əməkdaşları tərəfindən “Barneanın biometrik inqilabı” adlandırılan struktur islahatları əsas etibarilə üç istiqamət üzrə həyata keçirilib:

1. Kiber, hesablama və mütərəqqi texnologiyalar sahəsindəki potensialdan maksimum istifadə;

2. İstər ordu ilə koordinasiyalı, istərsə də koordinasiyasız şəkildə müxtəlif sahələrdə müxtəlif hədəflərə qarşı eyni zamanda çoxsaylı əməliyyatlar icra etmək məqsədilə texnoloji və insan potensialı yaratmaq;

3. İnsanın şəxsiyyətini müəyyənləşdirməyə imkan verən biolmetrik texnologiyaların əməliyyatçıları aşkarlaya bilməməsi üçün MOSSAD-ın hədəf ölkələrdə fəaliyyət göstərən əməkdaşları başda olmaqla şəxsi heyətinin əməliyyat üsullarında islahatlar.

Üçüncü istiqamətə səbəb həm də 2010-cu ildə BƏƏ-nin Dubay şəhərində HƏMAS-ın logistika və silah alışı üzrə məsulu olan Mahmud əl-Məbhuha qarşı sui-qəsd əməliyyatından sonra MOSSAD əməliyyatçılarının ifşa edilməsi idi.

“Tzomet” üçqat gücləndirilir

MOSSAD daxilində ən mühüm və böyük bölmə “Tzomet”dir. Bölmənin əsas vəzifəsi xaricdə xəfiyyələr (katsalar) vasitəsilə agentlər tapmaq, işə cəlb etmək və idarə etməkdir. Əsasən casusluq fəaliyyəti, kəşfiyyat məlumatlarının toplanması və xarici ölkələrdə məlumat mənbələrinin yaradılması ilə məşğuldur.

Barnea MOSSAD-a rəhbər gəldikdən dərhal sonra ilk olaraq “Tzomet”də islahata başladı. Çünki “Tzomet”i yaxşı bilirdi - o, MOSSAD rəhbərliyinə məhz bu bölmənin rəisi vəzifəsindən gəlmişdi.

“Tzomet”də islahat və məşhur “peycer əməliyyatı”

Birinci bölmə - missiyası yeni casuslar cəlb etmək və əməliyyatlar üçün onlardan istifadə etməkdir (eyni zamanda vəzifəsi xarici ölkələrdə məxfi əməkdaşlığa cəlb edilmiş agentləri idarə etmək olan “köhnə bölmə” də struktur vahidi olaraq saxlanıb);

İkinci bölmə (İMG adlanır) - missiyası Tehranda İsmayıl Haniyyənin öldürülməsi kimi hər hansı partlayışla sona çatan casusluq əməliyyatlarını icra etməkdir;

Üçüncü bölmə - missiyası Hizbullaha qarşı həyata keçirilmiş məşhur “peycer əməliyyatı” kimi strateji əhəmiyyətə malik çətin əməliyyatları həyata keçirməkdir.

Xatırladaq ki, “peycer əməliyyatı” nəticəsində Hizbullahın onlarla üzvü ölmüş, minlərlə üzvü, o cümlədən İran diplomatı ağır yaralanmışdı.

İran daxilində heyrətamiz əməliyyatlar

Barneanın rəhbərliyi dövründə MOSSAD-ın texnologiya bölməsi üç idarədən ibarət idi:

1. Kiber

2. Rəqəmsal

3. Əməkdaşlar üçün yeni texnoloji alətlərin inkişaf və istehsal edilməsi.

Barnea elə bir sistem qurdu ki, MOSSAD İranın daxilində dünyanı heyrətə salan əməliyyatlar həyata keçirəcək səviyyəyə qaldı. Bəzi analitiklər ümumiyyətlə son illər MOSSAD-ın Amerika kəşfiyyatını üstələdiyini təsdiqləyirlər.

MOSSAD-ın kiber bölməsi isə ÇAXAL-ın analoji bölməsindən daha yüksək səviyyəyə qaldı.

Barnea “Sızma bölməsi”ni də təşkil etmişdi və onun uğurları da özünü çox gözlətməmişdi. Psixoloji müharibə bu bölmənin fəaliyyət istiqamətlərində birini təşkil edib. Sabiq SEPAH komandanlarından biri, İran Prezidenti İbrahim Rəisi administrasiyası dövründə ölkənin yol və şəhərsalma naziri olan Rüstəm Qasıminin Malayziyaya etdiyi səfərdə hicabsız qadınla görüntülərinin yayılması da həmin bölmənin fəaliyyətinin nəticəsi idi.

Barnea əməliyyatlarda əcnəbi agentlərin istifadə təcrübəsini xüsusilə genişləndirmişdi. İrana qarşı 2025-ci ildə həyata keçirilən 12 günlük müharibə zamanı Barneanın bu istiqamətdə fəaliyyətinin nəticələri tam qabarıqlığı ilə üzə çıxdı. Əməliyyatdan əvvəl İsrailə aparılaraq təlim verilmiş İran vətəndaşları ölkələrinə geri qayıtdıqdan sonra əməliyyatın icra vaxtına qədər sıravi həyatlarını davam etdiriblər. İsrailin hücuma start verməsindən qısa müddət əvvəl isə məxfi rabitə kanalları vasitəsilə təlimat alan həmin agentlər İran daxilində SEPAH-ın HHM sistemləri və atışa hazır olan raket buraxılış qurğularını onlara çatdırılmış İsrail silahları ilə hədəf alaraq məhv ediblər.

Ən maraqlısı isə 12 günlük müharibədən sonra İranın ölkə daxilində keçirdiyi İsrail agentlərinin ifşası ilə bağlı yaydığı məlumatlardır. İran xüsusi xidmət orqanları müharibədən sonra az qala hər gün onlarla “İsrailin agenti” ifşa etdiyini elan edirdi. Amma sözügedən məqalələrdə vurğulanır ki, İran nə əməliyyatdan əvvəl, nə də sonra həmin agentlərin heç birini ifşa etməyə nail olmayıb. Belə ki, müharibələrdən sonra İranda İsrailə casusluq ittihamı ilə həbs edilənlərdən heç biri MOSSAD ilə əməkdaşlıq edən şəxslər deyil, onlar yalnız ərazidə çəkiliş aparan və onu yaymağa çalışan və yaxud İran hakimiyyətini tənqid edən adi vətəndaşlardır.

Barneanın İranla bağlı proqnozu

Barnea və ətrafı Trampın İranla mümkün razılaşmada rəsmi Tehrana iqtisadi imtiyazlar verməyəcəyi təqdirdə mövcud teokratik rejimin cari ilin sonuna qədər süqut edə biləcəyini qeyd edir. Ən yaxşı halda rejimin 1-3 il dözə biləcəyi vurğulanır.

Barnea vida çıxışında da İranda siyasi sistemin dəyişəcəyinə inamını ifadə etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 İyun 2026 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see269

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see258

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see240

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see232

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see212

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see209

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see205

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see204

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see204

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see197

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see196

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see196

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see190

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see189

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see187

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see185

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see183

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see179

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see178

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri