Mossad İranı daxildən çökdürmək istəyir Planın detalları məlum oldu
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrailin xarici kəşfiyyat xidməti olan Mossadın İran hakimiyyətinə qarşı fəaliyyət göstərən kürd müxalif qruplara gizli şəkildə silah verdiyi iddia olunur.
İsrail mətbuatında yayılan məlumatlara görə, bu məlumatın ictimaiyyətə açıqlanmasına Mossadın özü razılıq verib.
Xəbərlərdə bildirilir ki, sözügedən silahlar İsrail ordusunun HƏMAS və Hizbullahdan ələ keçirdiyi silah və sursatlardan ibarət olub. İddialara əsasən, məqsəd İranın dəstəklədiyi qruplardan götürülən silahları Tehrana qarşı istifadə etmək olub.
Məlumatlarda qeyd edilir ki, Mossadın həyata keçirdiyi bu əməliyyat İran hakimiyyətinə təzyiq göstərmək və ölkə daxilində müxalif qüvvələrin fəaliyyət imkanlarını genişləndirmək məqsədi daşıyıb. Bununla belə, iddialarla bağlı İsrail rəsmilərindən rəsmi təsdiq verilməyib.
Mövzu ilə bağlı diqqətçəkən açıqlamalardan biri də İsrail Ordusunun keçmiş Kəşfiyyat İdarəsinin (AMAN) rəhbəri Tamir Haymana məxsusdur. O, bir müddət əvvəl ABŞ-nin "PBS" televiziya kanalına müsahibəsində İsrail və ABŞ tərəfindən İran hakimiyyətinə qarşı müxtəlif ssenarilərin nəzərdən keçirildiyini bildirmişdi.
Haymanın sözlərinə görə, həmin planlar arasında İran müxalifi qrupların silahlandırılması və Tehrana qarşı fəaliyyətə təşviq edilməsi də yer alıb. O, həmçinin belə təşəbbüslərin müxtəlif siyasi və diplomatik səbəblərdən reallaşmadığını qeyd edib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 05 İyun 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















