“Mossad”dan film kimi əməliyyat: İsrail agentləri aylarla....
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
İsrail İrana hücuma hazırlıq çərçivəsində aylardır gizli şəkildə pilotsuz uçuş aparat komponentləri və döyüş sursatlarını çamadanlarda, yük maşınlarında və konteynerlərdə daşıyıb.
Milli.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, "Mossad" kəşfiyyat xidməti bir neçə ildir ki, hava hücumundan müdafiə sistemlərinin və raket buraxılış qurğularının yerini öyrənərək əməliyyata hazırlaşırmış. İsrail agentləri dronları hissə-hissə İrana gətirərək yerində yığıblar.
Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, kiçik silahlı dəstələr İranın hava hücumundan müdafiə sistemlərini və raket buraxılış qurğularını işə başlamazdan əvvəl sıradan çıxarıb.


