“Mossad”ın keçmiş rəhbəri İranın Fordo nüvə obyektinə dəfələrlə baş çəkdiyini bildirib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın sabiq rəhbəri Yossi Kohen keçmişdə İranın Fordo nüvə obyektinə dəfələrlə baş çəkdiyini bildirib.
"The Times of Israel" xəbər verir ki, Kohen bu barədə Səfəd şəhərində keçirilən Qaliley Forumunda çıxışı zamanı deyib.
“Mən oranı anlamaq üçün Fordo nüvə obyektini dəfələrlə gəzmişəm”, – Kohen qeyd edib.
Bununla belə, o, səfərlərin nə vaxt baş verdiyini açıqlamayıb.
“Amerikalıların oranı bombalaması bütün arzularımın gerçəkləşməsi idi”, - Kohen ABŞ-ın Fordo obyektinə endirdiyi zərbəyə münasibət bildirərkən deyib.
Qeyd edək ki, Fordo ilə yanaşı, İsfahan və Natanz nüvə obyektləri də 2025-ci ilin iyununda İsrail və İran arasında baş verən 12 günlük müharibə zamanı ABŞ-ın zərbələri nəticəsində ciddi zədələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 11 Avqust 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















