Icma.az
close
up
RU
Motal pendiri alarkən diqqətli olun, zəhərlənə bilərsiniz AÇIQLAMA

Motal pendiri alarkən diqqətli olun, zəhərlənə bilərsiniz AÇIQLAMA

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova motal pendirinin anti-sanitar şəraitdə hazırlanması, yarada biləcəyi xəstəliklər barədə narahatlıqlara münasibət bildirib. 

M.Hüseynova Pravda.az-a açıqlamasında deyib ki, motal pendiri digərlərindən fərqli olaraq təbii şəraitdə hazırlanmasına, əl əməyindən istifadə olunmasına və dadına görə daha məhşurdur: 

“Nəzərə almaq lazımdır ki, motal pendiri və bir çox pendirlər ənənəvi olaraq uzun illərdir, Azərbaycanda və Azərbaycana qonşu olan bir çox ölkələrdə hazırlanır.  Lakin motal pendirinin hazırlanmasında və istehsalında bir çox məqamlara diqqət olunmazsa, sağlamlıq üçün risklər ortaya çıxa bilər. Çünki pendir zülal mənşəli olan süddən hazırlanır. Burada da əsas diqqət edəcəyimiz məqam xammalın keyfiyyətli olması, baytar nəzarətindən keçmiş, xəstə olmayan heyvanın südündən hazırlanmasıdır. Hazırlanma prosesində isə sanitar və gigiyena şəraitinə əməl edilməsi, südün keyfiyyəti, pozulmaması, hazırlıq prosesində təmizlik və steril qaydalara əməl edilməsi ən önəmli faktorlardan biridir. Əks halda, qeyri-sanitar vəziyyətdə hazırlanan pendir, xüsusilə, motal pendiri, eyni zamanda həmin pendiri hazırlayan şəxsin hazırlanma prosesində sağlamlıq cəhətdən tibbi nəzarətdən keçməməsi, sanitar qaydalara əməl etməməsi pendirin keyfiyyətsiz olması ilə yanaşı, qida zəhərlənməsinə, eyni zamanda pendirdən insan orqanizminə müxtəlif infeksiyaların keçməsinə gətirib çıxara bilər. Çünki bir çox patogen bakteriyalar, mikroorqanizmlər  məhz heyvan mənşəli qidaların tərkibində olur. Temperatur rejimi, hazırlanma və saxlama şəraiti uyğun olmadıqda həmin mikroorqanizmlər sürətlə çoxalır. Belə olan halda isə insan orqanizminə zərər verə bilər”. 

Mütəxəssis tövsiyə edib ki, istehlakçılar motal pendiri və bu kimi məhsulları alarkən mənşəyi bəlli olan yerdən alsınlar: “Xüsusilə, istehsal tarixinə, son istifadə müddətinə, tərkibinə, keyfiyyətinə dair sertifikatın olub-olmamasına diqqət etsinlər. Bu kimi məhsulları mənşəyi bəlli olan yerdən almaq lazımdır. Çünki kəndlərdə və ya ev şəraitində hazırlanan pendirlərin, mənşəyi bəlli olmayan bu kimi məhsulların keyfiyyətinə və sağlamlığına zəmanət vermək çətin ola bilər. Xüsusilə, təmizliyə riayət edilmədən hazırlanan məhsullarda bu, özünü daha çox göstərir. Ancaq sənaye üsulu ilə emal olunan pendirlər və digər süd məhsulları daha çox nəzarət altında, qaydalara əməl olunaraq hazırlandığına görə sağlamlıq qaydalarına, standartlara cavab verir”. 

Aytəkin Qardaşova 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 Yanvar 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see137

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see121

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see121

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see119

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see118

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see118

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see116

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see115

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see115

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see114

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see114

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri