Icma.az
close
up
RU
20 yaşlı Xəyal Nağıyevin qətlinin PƏRDƏARXASI Qatili kimlər qoruyur? / VİDEO

20 yaşlı Xəyal Nağıyevin qətlinin PƏRDƏARXASI Qatili kimlər qoruyur? / VİDEO

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

2024-cü il oktyabrın 2-də, səhər saatlarında paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində dəhşətli qətl hadisəsi törədilir.

Hurriyyet.az xatırladır ki, 2004-cü il təvəllüdlü Nağıyev Xəyal Əbülfət oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olur. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Elcan Süleymanov müəyyən olunaraq saxlanılır.

Qətlə yetirilən Xəyal Nağıyevin yaxınları iddia edir ki, E.Süleymanov hadisəni törədərkən içkili olmaqla yanaşı, narkotik maddə də qəbul edibmiş. İndi isə yaşının az olması səbəbilə (16 yaş) ailəsi yüngül cəza ilə onu məsuliyyətdən kənarda saxlamağa çalışılır. Mərhumun atası Əbülfət Nağıyev deyir ki, ailənin maddi durumu zəif olduğundan vəkil tutmağa imkanları yoxdur. Qarşı tərəf isə pul gücünə Elcanı həbsdən yayındırmağa çalışır.

Məsələ ilə bağlı “Hürriyyət”ə müraciət edən Əbülfət Nağıyev deyir ki, Elcan Süleymanov məhkəmədə verdiyi ifadədə qətli öncədən planlaşdırmadığını iddia edib. O, hər zaman üzərində meyvə doğrmaq məqsədilə bıçaq (mətbəx bıçağı) gəzdirdiyini və Xəyalla mübahisə zamanı onu həmin bıçaqla vurdğunu bildirib.

Lakin mərhumun yaxınları qətl hadisəsinin planlı olduğunu və bunu təsdiq edən kamera görüntülərini də aidiyyəti qurumlara təqdim etdiklərini bildirirlər.

Atası deyir ki, Xəyalın qətlindən 10 gün öncə tərəflər arasında mübahisə yaranıb. Belə ki, həmin vaxt Elcan və böyük qardaşı Feyruz içkili halda Xəyalın satıcı işlədiyi mağazaya gəlirlər. Böyük qardaşı alış-veriş edir, yekunda kassada olan Xəyala 50 qəpik əskik verir. “Ciblərində pul olsa da, deyir ki, yoxumdur. Xəyal da pulları olduğu üçün 50 qəpik ödəmələrini tələb edib. Deyib ki, mağaza mənim deyil, mən burda satıcıyam, pulunu qalanını da ödəyin. Bundan sonra qatilin böyük qardaşı cıbindən bir neçə manat çıxarıb onun üzünə çırpır. Daha sonra isə Xəyalı şillə ilə vurur”, - deyən Əbülfət Nağıyevin sözlərinə görə, bu zaman böyük oğlu hadisə yerinə - mağazaya gəlir. O, davanın qarşısını alır və tərəfləri barışdırır. Nəhayət, hər iki qardaş – Elcan və Feyruz mağazanı tərk edirlər.

10 gün sonra – qətl hadisəsi törədilən gün 16 yaşlı Elcan Süleymanov içkili halda yenidən mağazaya gəlir. Əbülfət Nağıyevin dediyinə görə, sonradan qanından analiz götürülən zaman Elcanın narkotik maddə istifadə etdiyi də aşkar olunub: “O, qətli planlı şəkildə həyata keçirib. Kamera görüntülərindən də aydın olur ki, Xəyalın yanına girməzdən öncə bıçağı belinə qoyur və içəri daxil olur. Öncə ona əl uzadıb salam verir. Xəyal əlini tutanda, onu nalayiq söyüşlərlə söyməyə başlayır. Oğlum deyir ki, “ağıllı ol, içəridə qadınlar var, ayıbdır”. Bunu eşidəndə o, qayıdıb Xəyalın sifətinə bir şillə vurur. Sonra tutaşırlar və oğlum mağzada dava düşməsin deyə, onu bayıra çıxarıb uzaqlaşdırmaq istəyir. Bu zaman Elcan deyir ki, gəl, gedək qıraqda söhbət edək. Yəni qətl törətmək fikri olduğundan, Xəyalı kameradan uzağa aparmaq istəyir. Oğlum da kameranı göstərir, deyir ki, nə sözün varsa burda de. Xəyal belə deyəndə, Elçin bıçağı çıxarıb onun ürəyinə soxur. Məhkəmədə də deyir ki, mən bıçağı ürəyinə yox, ayağına soxacaqdım, yanlışlıqla ürəyinə girdi. Halbuki, kamera görüntüləri onun dediklərini inkar edir”.

Ən dəhşətlisi isə odur ki, Elcan qətl hadisəsini törətdikdən sonra əlində bıçaq, Xəyalın başı üzərində dayanaraq, kimsənin ona kömək etməsinə imkan vermir. Atası kamera görüntüləri əsasında bu hadisəni belə təsvir edir: “Elcan qətldən sonra bıçaq əlində qapının ağzında durur, Xəyal can verənə kimi heç kimi yaxınlaşmağa qoymur. Öldükdən sonra təkrar-təkrar qayıdaraq onu yerdə təpikləyir. Məhkəmədə isə deyir ki, guya kömək etməyə, həkimə aparmağa çalışıb. Amma videolardan da görünür ki, əksinə, heç kimi yaxına gəlməyə qoymur. Görür ki, Xəyal keçindi, çıxıb gedir. Ondan sonra mağazaya daxil olan bir nəfər Xəyalı yerdə can verən vəziyyətdə görür və onu qucağına alıb maşınına qoyaraq, xəstəxanaya aparır. Amma artıq o, dünyasını dəyişibmiş...”.

Mərhumun ailə üzvləri məhkəmənin gedişatından narazı olduqlarını bildirirlər. Onlar belə düşünürlər ki, Elcanın qətl hadisəsi törədərkən 16 yaşı olduğu üçün, onu yüngül cəza ilə məsuliyyətdən xilas etməyə çalışırlar.

Xatırladaq ki, hazırda sözügedən qətllə bağlı proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə davam etdirilir. Mərhumun ailə üzvləri prosesin tam ədalətli şəkildə davam etdirilməsini və cinayətkarın layiqli cəzasını almasını istəyirlər.

Qətlə yetirilən Xəyalın atası Əbülfət Nağıyev ictimaiyyətə müraciətində onu da vurğulayıb ki, oğlunun qətlinə dair videogörüntülər məhkəmə tərəfindən qəbul edilmir. O, işə ədalətli baxılmayacağından, Elcanın “peşman olduğu və bıçaqladığı şəxsə kömək etdiyinə” dair yalanlarının, həmçinin 16 yaşının olmasının yüngülləşdirici hal kimi nəzərə alınacağından narahatdır.

Əbülfət Nağıyev müraciətində bildirib ki, tək istəyi prosesə düzgün və ədalətli baxılması, oğlunun qatilinin layiqli cəza almasıdır.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiydan: Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 İyun 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see316

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see171

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see128

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see122

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri