Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Motivasiya və özünəinam təhsildə müstəsna əhəmiyyətli amillər

Motivasiya və özünəinam təhsildə müstəsna əhəmiyyətli amillər

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müasir təhsil sistemində şagirdlərin akademik nailiyyətlərinə təsir edən ən mühüm amillərdən biri motivasiyadır. Motivasiyalı şagird dərs prosesində yalnız bilik əldə etməyi deyil, həm də özünü inkişaf etdirməyi əsas məqsəd kimi qəbul edir. Belə şagirdlər öyrənməyə maraq göstərir, suallar verir, araşdırma aparır və biliklərini genişləndirməyə çalışırlar. Bu fəallıq onların tədris prosesində daha uğurlu nəticələr qazanmasına şərait yaradır.

Motivasiya həm də şagirdlərin məsuliyyət hissini artırır. Eyni maraqla işə yanaşan şagird ev tapşırıqlarını vaxtında yerinə yetirir, dərsə hazır gəlir və öz öhdəliklərinə ciddi yanaşır. Onlar anlayırlar ki, müvəffəqiyyət yalnız müəllimin deyil, öz şəxsi səy və inadlarının nəticəsidir. Bu səbəbdən motivasiyalı şagirdlər tədris prosesində daha sabit, sistemli və nizamlı davranış nümayiş etdirirlər.

Bundan başqa, motivasiya şagirdlərin uğura meyilliliyini gücləndirən əsas psixoloji faktorlardandır. Daxili maraq və məqsədyönlülük onların qarşıya qoyduğu hədəflərə çatmaq üçün daha çox səy göstərməsinə səbəb olur. Belə şagirdlər çətinliklərdən çəkinmir, problemləri həll etməyə çalışır və uğursuzluqlardan dərs çıxarırlar. Bu xüsusiyyətlər onların gələcəkdə daha özünə güvənən, qərarlı və peşəkar fərd kimi formalaşmasına təkan verir.

Nəticə etibarilə, motivasiya həm tədris prosesinin keyfiyyətini yüksəldir, həm də şagirdlərin şəxsi inkişafına əhəmiyyətli təsir göstərir. Motivasiyalı şagirdlər daha fəal olur, məsuliyyət hissini dərk edir və uğur əldə etmək üçün davamlı şəkildə çalışırlar. Təhsil müəssisələri və müəllimlər tərəfindən motivasiyanın düzgün şəkildə formalaşdırılması şagirdlərin həm oxuda, həm də həyatda daha böyük nailiyyətlər qazanmasına imkan yaradır.

Motivasiyalı şagirdlər dərs prosesində hər zaman seçilirlər. Belə şagirdlərin dərsə marağı təkcə müəllimin izahı ilə məhdudlaşmır, onlar əlavə mənbələr araşdırır, suallar verir və mövzunu daha dərindən qavramağa çalışırlar.

Motivasiyalı şagirdlər özlərinə qarşı daha tələbkar olur və tapşırıqları məsuliyyətlə yerinə yetirirlər. Bu isə onların nəticələrinə birbaşa təsir edir. Həmçinin belə şagirdlər uğura daha meyilli olur: qarşılarına məqsəd qoyur, çətinliklərlə üzləşəndə geri çəkilmir və davamlı şəkildə öz üzərində işləyirlər.

Müşahidələr göstərir ki, motivasiyası yüksək olan şagirdlər sinifdə daha fəal, sosial baxımdan daha təşəbbüskar və öz potensiallarını reallaşdırmağa daha açıq olurlar. Onların uğuru həm şəxsi keyfiyyətlərinin, həm də düzgün yönləndirilmənin nəticəsidir. Buna görə də motivasiyanın gücləndirilməsi təlim prosesinin ayrılmaz hissəsi kimi qəbul edilməlidir.

Motivasiyasızlıq öyrənməyə marağın azalmasına, passivlik və dərslərdə iştirakın zəifləməsinə, özünə inamsızlığa səbəb olur. Bu məqamlarda şagirdlərə müəllimlərin dəstək göstərməsi çox vacibdir. Hər şagirdin potensialı, maraq dairəsi, öyrənmə üslubu və psixoloji ehtiyacları fərqlidir. Müəllimlər bunu nəzərə alaraq fərqli tədris metodları tətbiq etməlidir. Müəllim ilk növbədə şagirdi yaxından tanımalı, onun güclü və zəif tərəflərini müəyyən etməlidir. Qrup qarşısında deyil, şəxsi ünsiyyətdə verilən müsbət rəy daha təsirlidir. Maraqlarına uyğun tapşırıqlar motivasiya üçün əla vasitədir. Yalnız səhvlərə deyil, nailiyyətlərə də diqqət yönəltmək motivasiyanı artırır. Şagirdə məqsəd qoymağı öyrətmək və bu məqsədə çatmaq üçün plan qurmaq bacarığını aşılamaq lazımdır. Qrup işi, debatlar, layihə əsaslı öyrənmə motivasiyanı gücləndirir. Şagirdin səhvlərini qınamaq yox, onları öyrənmə fürsəti kimi təqdim etmək lazımdır. Seçici münasibət motivasiyanı azaldır, ədalətli davranış isə şagirdin inamını artırır. Buna görə də müəllim şagirdlərinə ədalətli münasibət göstərməlidir. "Sən bacararsan", "Yaxşı cəhd idi", "Bu sahədə inkişaf edirsən" kimi ifadələr ruhlandırıcı təsir göstərir.

Uşağın təhsil uğuru yalnız akademik biliklərlə deyil, həm də onun özünə inamı, yəni öz gücünə və bacarığına olan psixoloji əminliyi ilə sıx bağlıdır. Özünə inanan şagird təşəbbüskar olur, çətinliklərdən qorxmur və uğura doğru davamlı irəliləyir. Bu inamın əsası isə, ilk növbədə, ailədə - valideynlərin münasibət və davranışlarında formalaşır. Valideynin münasibəti, dəstəyi və davranışları şagirdin psixoloji inkişafına birbaşa təsir edir.

Həkim-psixoloq Arifə Məmmədovanın sözlərinə əsasən, özünəinam - insanın öz qabiliyyətlərinə, qərarlarına və dəyərlərinə güvənməsidir. Bu xüsusiyyət uşağa yeni bilikləri asan qavramağa, səhvlərdən dərs almağa, cəmiyyət içində fikrini sərbəst ifadə etməyə kömək edir. Özünəinamı olmayan uşaq susqun, passiv və təşəbbüsdən uzaq olur. Ən kiçik tənqidə qarşı həssas olur, öz bacarıqlarına şübhə ilə yanaşır: "Valideyn uşağın ilk müəllimi və ən güclü təsir mənbəyidir. Onun davranışları, sözləri və münasibəti uşağın daxili dünyasında dərin iz buraxır. Özünəinamın inkişafı üçün valideyn aşağıdakı sahələrdə mühüm rol oynayır. Uşağın fikrini dinləmək və ona dəyər vermək, onun özünü "dəyərli" hiss etməsinə şərait yaradır. Hər bir sualına səbir və maraqla yanaşmaq, uşağın öz fikrini ifadə etməyə təşviq edir. Uşaq hər zaman nəzarət altında olduqda qərar vermə bacarığı zəifləyir.

Valideyn uşağa kiçik məsuliyyətlər verməli, nəticələri ilə üzləşməyə şərait yaratmalıdır. Bu da onun "bacarıram" hissini gücləndirir. Daim tənqid edilən uşaqlar qorxur, səhv etməməyə çalışırlar və riskdən qaçırlar. "Sən bu işi yaxşı bacarırsan", "Sənin fikrin maraqlıdır", "Səhv etdin, amma yenidən cəhd edə bilərsən" kimi cümlələr özünəinamın təməlidir. Uşağı başqa uşaqlarla müqayisə etmək (qardaş-bacı, sinif yoldaşı və s.) onun özünəməxsusluğunu dəyərsizləşdirir. Müqayisə yerinə, onun öz şəxsi inkişafını izləmək və kiçik uğurlarını belə qeyd etmək daha faydalıdır. Uşağınıza etibar edin - bacarması üçün ona inandığınızı göstərin. Uşağın səylərini qiymətləndirin - nəticə yox, çalışmaq və cəhd etmək önəmlidir. Hər zaman mükəmməllik gözləməyin - səhv öyrənmə prosesinin bir hissəsidir. Özünəinam problemi olan uşaqlar üçün məktəb psixoloqundan və ya məsləhətçidən dəstək almaqdan çəkinməyin. Ailə içində sevgi və anlayış mühiti yaradın - özünü sevilən və qəbul olunmuş hiss edən uşaq özünə də inanmağa başlayır. Özünəinam - hər bir şagirdin təhsil və həyat yolunda lazım olan ən vacib psixoloji dayaqdır. Valideynin düzgün yanaşması, dəstəkləyici münasibəti və motivasiyaedici davranışı bu inamın formalaşmasında həlledici rol oynayır. Unutmaq olmaz ki, özünə inanan uşaq gələcəkdə öz yolunu cəsarətlə gedən, məsuliyyətli və uğurlu bir şəxsiyyətə çevrilir. Bu yolun başlanğıcı isə ailənin ona verdiyi inamla başlayır".

Psixoloq qeyd edib ki, uğurlu şagird yalnız yüksək qiymət alan və testlərdə yaxşı nəticə göstərən deyil. Uğurlu şagird öz gücünə inanan, səhvlərdən qorxmayan, tənqidi və yaradıcı düşünə bilən, öz inkişafına cavabdeh olan bir fərddir. Belə bir şagird yetişdirmək üçün sadəcə tədris planı deyil, psixoloji dəstək və sosial mühit də düzgün qurulmalıdır: "Uşaqların özünə inamı ilk növbədə ailədə və məktəbdə yaşadığı təcrübələrdən formalaşır. Onlara erkən yaşlardan etibarən qərar vermək imkanı yaradın, məsuliyyət verin, uğurlarını qeyd edin. Uşağa deyin: "Sən necə düşünürsən?" - bu sadə sual onun düşüncəsinin dəyərli olduğunu göstərir. Uğur, çox zaman bir neçə uğursuzluqdan sonra gəlir. Uşağa səhv etməkdən qorxmamağı öyrətmək onun risk etmə bacarığını artırır və bu da həm özünəinamı, həm də gələcək uğurları artırır. Səhvlərə görə utanmaq deyil, öyrənmək vərdişi qazanan şagird həyat boyu inkişafa açıq olur. Qiymət əsaslı yanaşma şagirdin özünü yalnız nəticəyə görə dəyərləndirməsinə səbəb olur. Halbuki çalışqanlıq, səy, irəliləyiş kimi proses göstəriciləri də motivasiya və özünəinam üçün əsasdır. "Sən bu dəfə daha çox çalışdın" - bu cümlə "5 aldın" sözündən daha güclü motivasiya yaradır. Təhsil mühitində şagirdlər bir-birini lağa qoyursa, səhvlərə görə gülünürsə və ya müqayisələr aparılırsa, özünəinam zədələnir. Müəllim və valideynlər müqayisədən uzaq, bərabərlik əsaslı yanaşma tətbiq etməlidir. Uşaq yalnız "mükafat alacam" və ya "tənqid olunmayım" deyə oxuyursa, bu motivasiya dayanıqlı deyil. Onun öyrəndiklərinin həyatla əlaqəsini göstərin, maraq oyadın, hədəf qoymasına kömək edin. Valideyn və müəllim uşağa açıq şəkildə inandığını bildirəndə, uşaq da özünə inanmağa başlayır. Bu psixoloji güvən uğur üçün təməl faktordur. Uşağa inanmaq, ona gələcəkdə hansı adam olacağını xatırlatmaqdır.  Özünəinam və uğur bir-birini tamamlayan iki gücdür. Bu gücü şagirdin içində oyatmaq üçün müəllimlər və valideynlər ilk növbədə ona dəyər verdiklərini, səhvlərinə dözümlü olduqlarını və onun potensialına inandıqlarını göstərməlidirlər. Şagird özünü güclü hiss etdikcə  uğurlar qazanır, nailiyyətlər əldə edir".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Dekabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see461

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see430

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see307

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see304

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see298

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see255

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see243

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see238

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see228

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see220

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see214

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see212

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see211

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see210

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see208

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see199

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see196

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see193

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri