Motosikletin qabağını qaldırıb şou göstərdi, 1850 manat cərimələndi VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Motosikletin qabağını qaldırıb şou göstərən şəxs cərimələnib. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Mersin şəhərində baş verib.
Məlumata görə, yerli sakin hərəkətin çox olduğu yolda motosikletin qabağını qaldıraraq nəqliyyat vasitəsini tək təkərli idarə edib və etdiyi bu təhlükəli hərəkətləri sosial şəbəkələrdə paylaşıb.
İzləyənlərin bir çoxunun qınağına səbəb olan görüntülər barədə məlumat alan polis hərəkətə keçib.
Belə ki, şəhərin Erdemli rayonunun Kargıpınarı məhəlləsində bir motosiklet sürücüsünün avtomobilinin ön hissəsini qaldıraraq təhlükəli şəkildə idarə etdiyi və beləliklə həm özünün, həm də digər sürücülərin həyatını təhlükəyə atan D.E.A adlı şəxsin olduğu müəyyənləşdirilib. O, motosikleti sürücülük vəsiqəsiz idarə etməkdə, dəbilqə taxmamaqda və hərəkət iştirakçılarına qarşı hörmətsizlik etdiyinə görə ümumilikdə 41.326 TL (1850 manat) cərimə edilib.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 06 May 2025 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















