Mourinyu ilə Mançinininin İtaliya millisinə təyinatını Buffon əngəlləyib TƏFƏRRÜAT
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hazırda İtaliya millisinin idman direktoru vəzifəsini icra edən əfsanəvi qapıçı Canluici Buffon Joze Mourinyu və Roberto Mançini kimi tanınmış mütəxəssislərin baş məşqçi vəzifəsinə dəvət edilməsinə qarşı çıxıb.
Fanat.Az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.
Mənbənin məlumatına görə, İtaliya millisinin texniki sponsoru “Adidas” Mourinyunu dəvət etməkdə maraqlı olub və portuqaliyalı mütəxəssisin maaşının bir hissəsini qarşılamağa hazır olub. Bununla belə, Buffon komandanın İtaliya futbolunun əfsanəsinə və 2006-cı il dünya çempionatının qəhrəmanlarından birinə tapşırılmasını münasib sayıb. Bu səbəbdən seçim İtaliya millisinə rəhbərlik edən Cennaro Qattuzonun üzərində saxlanılıb.
Buffon həm də 2018-ci ildən 2023-cü ilə qədər komandaya rəhbərlik edən Roberto Mançininin "Squadru Adzurri"yə qayıdışının əleyhinə olub. Əfsanəvi qapıçı Mançini dəvət olunacağı halda, rəhbərliyi istefa verməklə hədələyib.
Beləliklə, İtaliya Futbol Federasiyası onun mövqeyini nəzərə alıb.
Mirağa


