Mövsüm dəyişikliyi ilə bağlı xəstəliklərdən necə qorunaq?
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yay mövsümünün son günlərinin yaşandığı, havaların isə tədricən sərinləşməyə başladığı bu dövrdə temperatur dəyişiklikləri mövsümi xəstəliklərə yoluxma riskini artırır.
"Cebheinfo.az" xəbər verir ki, xüsusilə soyuqdəymə, qrip və digər respirator infeksiyalara yoluxma halları bu dövrdə daha da artır.
Mütəxəssislər artan qrip və yuxarı tənəffüs yolları infeksiyalarından qorunmaq üçün sadə, lakin effektiv tədbirlərlə orqanizmin müqavimətini artırmağın mümkün olduğunu bildirirlər.
Mövsüm keçidlərində orqanizmin müqavimətini qorumağın əsas şərtlərindən biri düzgün və balanslı qidalanmadır.
Qida rasionunda C vitamini ilə zəngin limon, portağal, naringi kimi sitrus meyvələrinə, bibər və yaşıl yarpaqlı tərəvəzlərə üstünlük verilməlidir.
Antioksidantlarla zəngin mövsüm meyvə və tərəvəzləri hüceyrələrin yenilənməsini dəstəkləyir. Zəncəfil və zərdəçal kimi təbii komponentlər isə iltihabla mübarizəyə kömək edərək immun sisteminin qorunmasına dəstək olur.
Gün ərzində səhərlər sərin, günorta isti, axşam isə yenidən soyuq hava şəraiti ilə qarşılaşmaq mümkündür.
Belə temperatur dəyişiklikləri zamanı tək qat qalın geyimlər əvəzinə, asanlıqla çıxarılıb geyinilə bilən bir neçə qat geyimə üstünlük verilməsi tövsiyə olunur.
Bu üsul bədən temperaturunun sabit saxlanmasına, ani tərləmələrin və daha sonra üşümənin qarşısının alınmasına kömək edir.
İmmun hüceyrələrinin yenilənməsi üçün gecə yuxusu da mühüm əhəmiyyət daşıyır. Gündə orta hesabla 7-8 saat fasiləsiz yatmaq infeksiyalarla mübarizə aparan anticisimlərin istehsalını dəstəkləyir. Eyni zamanda, yay aylarında olduğu qədər susuzluq hiss edilməsə də, orqanizmin su balansını qorumaq vacibdir. Bunun üçün gün ərzində ən azı 2-2,5 litr su içilməsi tövsiyə olunur.
Qapalı məkanlarda keçirilən vaxtın artması virusların yayılmasını sürətləndirə bilər. Əllərin tez-tez sabunla ən azı 20 saniyə yuyulması, insanların sıx olduğu məkanlarda əlləri üzə aparmaqdan çəkinmək və yaşayış sahələrini mütəmadi havalandırmaq yoluxucu xəstəliklərdən qorunmaq üçün mühüm tədbirlər sırasındadır.
Müntəzəm olaraq orta tempdə piyada gəzmək qan dövranını sürətləndirərək immun hüceyrələrinin orqanizmdə daha sürətli hərəkət etməsinə kömək edir. Açıq havada qısa gəzintilər həm fiziki müqaviməti artırır, həm də stresdən qorunmağa dəstək olur.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 19 Sentyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















