Icma.az
close
up
RU
“Mövsümün sonuna hələ çox var, çox şey dəyişə bilər”

“Mövsümün sonuna hələ çox var, çox şey dəyişə bilər”

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Formula-1” üzrə dünya çempionatının yeni mövsümündə hələ cəmi 4 mərhələ arxada qalıb.

Mövsüm Corc Rassellin qələbəsi ilə başlasa da, növbəti üç mərhələdə “Mersedes”in pilotu Kimi Antonelli finiş xəttini birinci keçdi. Mayami mərhələsindən sonra jurnalistlər önünə çıxan 19 yaşlı italiyalı jurnalistlərin bəzi suallarını cavablayıb.
- Qələbə ilə bağlı təbrikləri qəbul edin! Bu mərhələ əvvəlki ikisindən onunla fərqləndi ki, bütün məsafə boyunca güclü pressinqə məruz qaldız. Çıxışınızdan nə dərəcədə razısız?
- Bəli, xüsusi yarış idi, yaxşı keçdi. Sadə yarış adlandıra bilmərəm, ona görə ki, məsafə boyunca çox şey yaşandı. Heç də yaxşı başlamadım, bununla bağlı deyilənlərlə razıyam, üstəlik səhvə də yol verdim, ancaq sonradan bəxtim gətirdi, hadisələr arzuolunan axar üzrə inkişaf etdi. Əlbəttə, Şarl Lekler və Lando Norrislə rəqabət apardım. Enerjidən istifadə zamanı səhvə yol verdiyimə görə Lando məni ötdü, belədə izləyici roluna düşdüm. Xoşbəxtlikdən erkən pit-stop taktikası əla işlədi, bundan sonra artıq onlar məni izləməyə başladı. İşim asan olmadı, xüsusən də Lando sürətli gəlirdi, mənə fəal şəkildə pressinq tətbiq edirdi. Və onda anladım ki, artıq səhv etmək hüququm yoxdu.
- Son dünya çempionunun təzyiqinin öhdəsindən necə gəldiyiniz haqda ətraflı danışın...
- Bəli, vəziyyət çox mürəkkəb idi, axı Norrisin dəfələrlə ötmə rejimindən yararlanmaq imkanı oldu, onun nə dərəcədə effektli olduğunu bilirik. Yalnız doğru hərəkət etməli olduğumu anlayırdım. Mürəkkəb yarış şəraiti də işimi çətinləşdirirdi. Ona görə ki, yağış asfaltın üzərindən işlənmiş rezin qatını yumuşdu, yer çox sürüşkən idi. Bir sözlə, finişə birinci yerdə çatdığıma görə çox razıyam. Komandaya gözəl işə görə minnətdarlıq etməliyəm. Həmçinin ailəmə “sağ ol” demək istəyirəm, həftəsonu burda oldular.
- Radiorabitə zamanı komandaya sürətlər qutusu ilə bağlı hansısa problemin olduğunu xəbər verdiz.
- Əslində bu məqam maşının davranışına təsir göstərmədi. İki və ya üç mərhələdə sürət rejimini dəyişməklə bağlı problem oldu, bir neçə dəfə 7-ci rejimdən səkkizinciyə keçə bilmədim. Bir qədər əsəbləşdim. Ancaq xoşbəxtlikdən bu problem qısa sürdü, sonradan hər şey qaydasına düşdü. Əlbəttə, bu problem məni bir qədər həyəcanlandırdı. Axı arxadan çox sıx şəkildə məni izləyirdilər.
- Şəxsi hesabda üstünlüyünüz artıq 20 xala çatıb (Antonellinin 100, Corc Rassellin 80 xalı var – red.). Çempionatın bu mərhələsində lider olacağınızı gözləyirdizmi? Bu mövsüm çempionluq şansınızı nə dərəcədə nikbin dəyərləndirirsiz?
- Yox, belə üstünlük yaradacağımı gözləmirdim. Ancaq mövsümün sonuna hələ çox var, çox şey dəyişə bilər. Sözsüz, Corc Kanadada çox uğurlu çıxış etməlidi, o, orda həmişə yüksək nəticə göstərir. Güman edirəm ki, bu maşınımızın sükanı arxasında mənə də çox rahatdı, vəziyyətə get-gedə daha yaxşı nəzarət edirəm, odu ki, biz də Kanadada maksimum gücümüzü ortaya qoyacağıq. Ən yaxşı nəticəyə ümid edirəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 May 2026 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see271

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see189

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see189

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see188

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see180

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see179

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see178

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see177

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see177

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see176

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see173

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see172

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see171

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see169

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see168

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri