MSK nəzdində bələdiyyə seçkiləri ilə bağlı ekspert qrupu yaradılıb
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində ekspert qrupu yaradılıb.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı komissiyanın bugünkü iclasında qərar qəbul olunub.
Sənədi MSK katibi Arifə Muxtarova təqdim edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

