BDU jurnalistika fakültəsinə yeni dekan seçiləcək NAMİZƏDLƏR
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə yeni dekan seçiləcək.
Modern.az-ın məlumatına görə, hazırda fakültənin dekanı olan Vüqar Zifəroğlunun vəzifəsindən ayrılacağı gözlənilir .2017-ci ildən fakültəyə rəhbərlik edən Vüqar Zifəroğlu dekan vəzifəsi üzrə müsabiqəyə müraciət etməyib.
Dekanlıq üçün fakültənin üç kafedra müdirinin – Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirovanın, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynovanın, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmlinin adları çəkilir.
Qeyd edək ki, müvafiq qaydalara əsasən, dekanlar müsabiqə yolu ilə beş il müddətinə seçilir. Müqavilə müddətinin bitməsinə iki ay qalmış yeni müsabiqə elan olunmalıdır.
Eyni şəxs həmin universitetdə dekan vəzifəsinə ardıcıl iki dəfədən artıq seçilə bilməz. Dekan vəzifəsinin icrası müvəqqəti həvalə olunduqda isə bu müddət üç aydan çox olmamalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 04 Noyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















