Icma.az
close
up
RU
MTK bu halda sakindən pul tələb edə bilməz

MTK bu halda sakindən pul tələb edə bilməz

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəzi binalarda təmir işləri hələ başa çatmasa da, sakinlərdən kommunal, lift, təmizlik kimi xidmətlər üçün ödəniş etməyə məcbur qalırlar. Halbuki hələ sabit kommunal tarifləri ilə bağlı qərar qəbul edilməyib. Bəs belə hallarda MTK-ların ödəniş tələb etməsi qanunidir?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Metbuat.az-a açıqlamasında bildirib ki, mənzil idarəçiliyi sahəsində vəziyyət hal-hazırda çox mürəkkəbdir.

“Çoxmənzilli binanın idarə olunması ilə bağlı qaydalardan hər hansı biri əgər müəyyən olunub, seçilibsə və burada idarəetmə artıq həyata keçirilirsə, istər tariflərlə, istər idarəetmə forması ilə bağlı qərarlar sahə mülkiyyətçilərinə bildirilməlidir. MTK-nın mənzil idarəçiliyində qalmaq hüququ yoxdur. Qanunvericilikdə belə bir hal nəzərdə tutulmayıb. Mənzil-Tikinti Kooperativi binanı tikib təhvil verdikdən sonra, ən geci bir ay müddətinə binanı sahə mülkiyyətçilərinə təhvil verməlidir. Binada sahə mülkiyyətçilərinin ümumi yığıncağında idarəetmə formasının seçilməsi yolu ilə idarə olunmalıdır. Əgər sahə mülkiyyətçiləri binanı idarə edə bilmirlərsə, ya da idarəetmədən imtina edirlərsə, bu halda yerli bələdiyyə həmin binanın idarəetməyə verilməsi ilə bağlı idarəedicinin cəlb olunması üçün bu sahədə ixtisaslaşmış qurumun tapılması istiqamətində tədbir görməlidir. Bu da satınalma yolu ilə, yəni fiziki və ya hüquqi şəxsin cəlb olunması ilə baş verə bilər”.

R. Osmanlı deyib ki, əgər idarəedici təşkilat binanı sahiblərin qərarı ilə və ya qanunda göstərilən başqa yolla idarəyə götürübsə və bu barədə müqavilə bağlanıbsa, o zaman binada heç kim yaşamasa belə, idarəetmə xərcləri ödənilməlidir. Çünki binanın saxlanması üçün müəyyən xərclər olur və bu xərclər də təbii ki, mülkiyyətçilər tərəfindən bərabər şəkildə qarşılanmalıdır. Əgər belə bir müqavilə yoxdursa, heç bir şəxs və ya MTK vətəndaşdan pul tələb edə bilməz.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 İyul 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri