Icma.az
close
up
RU
MTK lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?

MTK lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər sosial şəbəkələrdə yayılan məlumata görə, Sahibkarlar Konfederasiyasında MTK-larla görüş keçirilib. 

Bildirilir ki, bu görüş zamanı MTK-lar mənzillərinə adekvat kompensasiya istəyən və evdən çıxmaq istəməyən sakinlərlə bağlı qanun qəbul edilməsini tələb edirlər. Qeyd edək ki, yeni binalar tikilən zaman tikinti şirkətləri ilə ev sahibləri arasında bir çox hallarda anlaşmazlıq yaranır. Bəzi ev sahibləri müəyyən edilən məbləğlə razılaşmaq istəmirlər və bu zaman şirkətlər hər vasitəyə əl atırlar. Məsələn, bu yaxınlarda “Melissa Group” şirkəti ev sahibi ilə razılaşmadığı üçün ona güc tətbiq etmişdi. 

Ümumiyyətlə, dövlət təyinatlı obyektlərin tikintisi üçün evlərin sökülməsi zamanı sakinlərlə razılığa gəlinir. Ancaq özəl şirkətlərin məcburi şəkildə vətəndaşları evlərini tərfk etməsini tələb etmək haqqı yoxdur. MTK-ların ev sahiblərini məcburi şəkildə evdən çıxarmasıyla bağlı qanun qəbul oluna bilərmi? İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, bu, birbaşa hüququn pozulması ola bilər: 

“Mülkiyyət hüququ konstitusiya ilə qorunur və “Dövlət satınalmaları haqqında” Qanun var. Dövlət əhəmiyyətli obyektlərin tikintisi, kommunikasiya xətlərinin çəkilməsi, təhlükəsizliklə bağlı məsələlərin həlli üçün dövlətin satınalma üstünlüyü var. Ancaq dövlətin satınalma üstünlüyünə baxmayaraq, vətəndaşların haqları tanınır. Dövlətin təyin etdiyi qiymətlə razılaşmayanlarla bağlı 200 günlük müddət tanınır və onların hətta məhkəməyə müraciət etmə haqları var. 

Bu, kifayət qədər pozitiv bir qanundur. Ona görə də özəl şirkətlərə belə bir haqq vermək doğru deyil. Özəl şirkətlərin əsas məqsədi qazanc əldə etməkdir. Onlar qazanc əldə etdiklərinə görə də vətəndaşlarla danışmağı, anlaşmanı bacarmalıdırlar. Yəni orada fiks qiymətlərin müəyyənləşməsi insanların mülkiyyət hüququnun kobud pozuntusuna gətirib çıxara bilər. Belə bir qanunun qəbul edilməsini düşünmürəm. MTK-lar bunun lobbiçiliyini edirlər ki, belə bir qanun qəbul olunsun”. 

O deyib ki,  anlaşma mexanizmləri ilə bağlı müəyyən qaydaların müəyyənləşməsi ola bilər:

“Məsələn, bir binada 40 ailədirsə və onun 39 –u razılaşıb və biri razılaşmırsa, bununla bağlı müəyyən prosedur qaydaları müəyyənləşdirilə bilər. Ancaq onun zorla çıxarılması, qiymət diqtə etməsi mümkün deyil. Mülkiyyətçinin müəyyən qiymət təyin etmək haqqıdır. Ona görə də MTK-ların bu qanunla bağlı lobbiçilik etməsinə baxmayaraq, onlara üstünlük verən hansısa bir qanun qəbul edilməsi mümkün deyil. Düşünmürəm ki, belə bir qanun qəbul edilər”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: MTK-lar ev sahibləri Natiq Cəfərli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Aprel 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri