“Sabah”la oyun öncəsi Rodridən zədəsi ilə bağlı yeni açıqlama
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Barselona”nın yarımmüdafiəçisi Rodri Ernandes zədəsindən sonrakı bərpa prosesi barədə danışıb.
İdman.Biz “SPORT” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu komanda ilə məşqlərə təxminən bir həftə ərzində qayıtmağı planlaşdırdığını bildirib.
“Baş verənlərə tamamilə normal yanaşıram. Əslində, bunu zədədən daha çox ehtiyat tədbiri kimi qiymətləndirərdim. Ötən il eyni zədə səbəbindən dörd-beş ay meydanlardan uzaq qalmışdım. Ona görə də bu dəfə risk etmək istəmədim.
Belə təcrübən olduqda vəziyyətin ciddiliyini daha yaxşı anlayırsan. Gənc yaşlarında bəzən problemin ciddi olmadığını düşünürsən, amma sonradan vəziyyət ağırlaşa bilir. Mənim də başıma belə hadisə gəlib. İndi yüklənməni nəzarətdə saxlayıram və bir həftəyə, yaxud bir neçə gün sonra yenidən komanda ilə olacağam”, - deyə Rodri vurğulayıb.
29 yaşlı futbolçu UEFA Çempionlar Liqasının dördüncü turunda “Aston Villa” ilə qarşılaşmada (3:0) sağ budunun arxa əzələsindən zədə almışdı. İlkin proqnozlara görə, onun bərpası təxminən üç həftə çəkməli idi.
Qeyd edək ki, “Barselona” noyabrın 25-də Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda Bakıda “Sabah”ın qonağı olacaq. Rodrinin həmin qarşılaşmada iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 18 Noyabr 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















