Icma.az
close
up
RU
MTK qazinin obyektini gecə ilə niyə söküb? Rəsmi açıqlama FOTOLAR

MTK qazinin obyektini gecə ilə niyə söküb? Rəsmi açıqlama FOTOLAR

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vətən müharibəsi qazisi Sərxan Bünyadovun Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Samir Cəfərov küçəsində obyekt kimi işlətdiyi qaraj qanunsuz olaraq sökülüb. 

Gununsesi.info xəbər verir ki, bu iddia ilə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında çıxış edib.

Onun sözlərinə görə, peşəsi elektrik olan S.Bünyadov müharibədən əvvəl kirayə götürdüyü qarajda çalışıb. Müharibədən qayıdandan sonra Suraxanı RİH tərəfindən ona qaraj tikmək üçün yer verilib. Qazi isə sənədlərini toplayaraq həmin ərazidə işləmək üçün tikintiyə lisenziya alıb və orada özünə kiçik obyekt inşa edib. Dövlət Məşğulluq İdarəsindən ona elektrik avadanlıqları verilib, bir qismini isə özü kreditlə alıb.

“Qarajın yanında “Məkan” MTK adlı bir şirkət bina tikməyə başladı. İçi Sərxan qarışıq heç bir kompensasiya təklif etmədən qaraj sahiblərinə deyilib ki, çıxın buradan, buranı almışıq. Halbuki o insanların əllərində sənədlər var. Onlar etiraz ediblər, səhəri gün Sərxan gəlib görüb ki, gecə ilə qarajını buldozerlə söküblər, bütün avadanlıqları, əşyaları hamısı qırıq-qırıq olub, qalıb dağıntıların altında…”, – H.Novruzzadə qeyd edib.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Suraxanı RİH-ə müraciət olunduğunu qeyd olunub.

Problemlə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda məsələ ilə əlaqədar araşdırma aparılır: “Sözügedən ərazi müvafiq qurum tərəfindən çoxmənzilli yaşayış binasının tikintisi üçün MTK-ya ayrılıb və ayrılmış ərazi hüdudları daxilində MTK tərəfindən qaraj götürülüb. Hazırda tərəfimizdən məsələ ilə bağlı araşdırma işləri aparılır. Müvafiq tədbirlər görüləcək”.



Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Dekabr 2024 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri