Icma.az
close
up
RU
MTK qazinin obyektini gecə ilə niyə söküb? Rəsmi açıqlama

MTK qazinin obyektini gecə ilə niyə söküb? Rəsmi açıqlama

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vətən müharibəsi qazisi Sərxan Bünyadovun Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Samir Cəfərov küçəsində obyekt kimi işlətdiyi qaraj qanunsuz olaraq sökülüb. 

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında çıxış edib. 

Onun sözlərinə görə, peşəsi elektrik olan S.Bünyadov müharibədən əvvəl kirayə götürdüyü qarajda çalışıb. Müharibədən qayıdandan sonra Suraxanı RİH tərəfindən ona qaraj tikmək üçün yer verilib. Qazi isə sənədlərini toplayaraq həmin ərazidə işləmək üçün tikintiyə lisenziya alıb və orada özünə kiçik obyekt inşa edib. Dövlət Məşğulluq İdarəsindən ona elektrik avadanlıqları verilib, bir qismini isə özü kreditlə alıb.

“Qarajın yanında “Məkan” MTK adlı bir şirkət bina tikməyə başladı. İçi Sərxan qarışıq heç bir kompensasiya təklif etmədən qaraj sahiblərinə deyilib ki, çıxın buradan, buranı almışıq. Halbuki o insanların əllərində sənədlər var. Onlar etiraz ediblər, səhəri gün Sərxan gəlib görüb ki, gecə ilə qarajını buldozerlə söküblər, bütün avadanlıqları, əşyaları hamısı qırıq-qırıq olub, qalıb dağıntıların altında...”, - H.Novruzzadə qeyd edib.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Suraxanı RİH-ə müraciət olunduğunu qeyd olunub. 

Problemlə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda məsələ ilə əlaqədar araşdırma aparılır: “Sözügedən ərazi müvafiq qurum tərəfindən çoxmənzilli yaşayış binasının tikintisi üçün MTK-ya ayrılıb və ayrılmış ərazi hüdudları daxilində MTK tərəfindən qaraj götürülüb. Hazırda tərəfimizdən məsələ ilə bağlı araşdırma işləri aparılır. Müvafiq tədbirlər görüləcək”.

Gülnar Əliyeva




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri