Icma.az
close
up
RU
MTK qazinin obyektini gecə ilə özbaşına niyə söküb? FOTO

MTK qazinin obyektini gecə ilə özbaşına niyə söküb? FOTO

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vətən müharibəsi qazisi Sərxan Bünyadovun Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Samir Cəfərov küçəsində obyekt kimi işlətdiyi qaraj qanunsuz olaraq sökülüb. 

Bu iddia ilə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında çıxış edib.

Onun sözlərinə görə, peşəsi elektrik olan S.Bünyadov müharibədən əvvəl kirayə götürdüyü qarajda çalışıb. Müharibədən qayıdandan sonra Suraxanı RİH tərəfindən ona qaraj tikmək üçün yer verilib. Qazi isə sənədlərini toplayaraq həmin ərazidə işləmək üçün tikintiyə lisenziya alıb və orada özünə kiçik obyekt inşa edib. Dövlət Məşğulluq İdarəsindən ona elektrik avadanlıqları verilib, bir qismini isə özü kreditlə alıb.

“Qarajın yanında “Məkan” MTK adlı bir şirkət bina tikməyə başladı. İçi Sərxan qarışıq heç bir kompensasiya təklif etmədən qaraj sahiblərinə deyilib ki, çıxın buradan, buranı almışıq. Halbuki o insanların əllərində sənədlər var. Onlar etiraz ediblər, səhəri gün Sərxan gəlib görüb ki, gecə ilə qarajını buldozerlə söküblər, bütün avadanlıqları, əşyaları hamısı qırıq-qırıq olub, qalıb dağıntıların altında…”, – H.Novruzzadə qeyd edib.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Suraxanı RİH-ə müraciət olunduğunu qeyd olunub.

Qafqazinfo problemlə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan bildirildi ki, hazırda məsələ ilə əlaqədar araşdırma aparılır: “Sözügedən ərazi müvafiq qurum tərəfindən çoxmənzilli yaşayış binasının tikintisi üçün MTK-ya ayrılıb və ayrılmış ərazi hüdudları daxilində MTK tərəfindən qaraj götürülüb. Hazırda tərəfimizdən məsələ ilə bağlı araşdırma işləri aparılır. Müvafiq tədbirlər görüləcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 Dekabr 2024 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri