Icma.az
close
up
RU
MTK şeflərinin həbsdə kral həyatı: Alaverdiyev, Kərimov kimilərə bu şəraiti kimlər yaradır?

MTK şeflərinin həbsdə kral həyatı: Alaverdiyev, Kərimov kimilərə bu şəraiti kimlər yaradır?

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dələduzluq etmiş tikinti firmalarının rəhbərlərinin hər bir addımı ilk gündən hesablanmış, ssenariləşdirilmiş olur.

Hurriyyet.az Anaxeber.com-a istinadən xəbər verir ki, MTK rəhbərlərindən son vaxtlar artan şikayətlər fonunda bu problem yenidən gündəmə gəlib və müzakirələrə səbəb olub. Ona görə də arayış verərək daha detallı şəkildə bu qanunsuzluqları diqqət mərkəzinə daşımaq zərurəti yarandığını qeyd etməliyik. Söhbət hər şeyin öncədən planlaşdırılmış və bir "Hollivud" filminin sonunun necə olacağı kimi dəqiqləşdirilməsinə bənzəyir. Yəni şirkət sahibi bilir ki, hədəf bina tikmək, mənzil satışı deyil, vətəndaşları aldatmaqdır. Onu da bilir ki, bir mənzili bir neçə vətəndaşa saxta müqavilələr əsasında satdığına görə milyonlar qazanacaq, amma həbs ediləcək. Həmin iş adamları hesablayır ki, qazandığı milyonların müqabilində bir müddət həbs həyatı yaşayacaq, bir qismini xərcləməli olacaq, lakin türmədə pul hesabına komfort şəraiti olacaq. Fərq ondadır ki, hərəkət azadlığı məhdudlaşacaq. Əvəzində isə milyonların bir hissəsi özünə və ailəsinə qalacaq, həbsdə lüks şəraiti olacaq. Bəli, bu gün həbsxanalarda pul hesabına Norveç türməsinə oxşar lüks qurmaq mümkündür: mobil telefon, şəxsi televizor, isti su, naz-nemət, insani ehtiyacların yüksək səviyyədə qarşılanması və s.

Anaxeber.com bildirir ki, dələduzluq ittihamı ilə həbs edilmiş MTK rəhbərləri məhz bu işləri görürlər, pul xərcləyirlər, nəticəsini qazanırlar. Odur ki, arxayın şəkildə həbsdə oturub cəzanın bitəcəyi tarixi gözləyirlər, öncəgörən kimi qabaqcadan hər bir addımı hesablayırlar. Amma həbs bəzi hallarda tez bitir. Hesablayırlar ki, cəzanın bir hissəsindən hansısa şəkildə azad olmaq mümkündür. Bunun üçün bir neçə variant var - ev dustaqlığı, cəzanın üçdə ikisinin çəkilməsi, mətbuatın yadından çıxandan sonra hakimlərdən biri ilə sövdələşmə və ya cəzanın yüngülləşdirilməsi.

Ən əsası bu müddət ərzində sakinlər MTK rəhbərindən asılı vəziyyətdə qalırlar. Çünki istintaq altında olsa belə, şirkət sahibi bina üzərində səlahiyyətlərini saxlayır, möhür-ştamp əlində olur. O səbəbdən də, vəziyyətdən sui-istifadə edərək həbsdə ola-ola sakinlərə təzyiq göstərirlər. Necə?

Məsələn, vəkilləri vasitəsi ilə sakinlərə xəbərdarlıq göndərirlər ki, bu şəraitdə binanın tikintisi yarımçıq qalacaq, pulları batacaq. Bu da azmış kimi, məhkəmə prosesində zərər çəkənləri hədələyirlər.

Misal üçün "Sahil - S İnşaat" MTK rəhbəri Tale Alaverdiyevlə onun şəriki Pənah Kərimovu qeyd etmək olar. Şirkət sahibi də, dələduzluq etmiş ortağı da həbs dövründə lüks həyat yaşayıblar. Hətta həbsdən daha çox müalicə müəssisəsində cəza dövrünü keçiriblər. Üstəgəl, elə həftə olmur ki, onlar üçün kababdan, plovdan gəlməsin. Bütün bunlar bir yana, vətəndaşları aldadan, 6 milyon manatı mənimsəyən, 165 ailəyə kələk gələn, onları illərdir mənzil həsrətində qoyan, dövlətə də, xalqa da fırıldaq gələn Pənah Kərimov və Tale Alaverdiyev indi daha da arxayınlaşıblar, zərər çəkənləri təhdid etməyə başalyıblar. Bu barədə verilən məlumatda deyilir ki, hər iki dələduz sakinləri hədələyirlər ki, onlar ev üzünə həsrət qalacaqlar, pulları da geri verilməyəcək.

Maraqlıdır, görəsən, bu şəxslərin dilini uzun edən kimlərdir? Dövlətin gücündən çəkinmirlər, yoxsa məhkəmələr, hakimlər onları belə arxayınlaşdırıb?

Anaxeber.com-a verilən xəbərdə deyilir ki, MTK rəhbəri Tale Alaverdiyev nə "hikmətdirsə" hələ də müalicə müəssisəsindədir, nə "bəla" gəlibsə, sağalmaq bilmir, şəriki, binaya dələduzluğu gətirmiş Pənah Kərimov isə xeyli vaxtdır şərti azadlığa buraxılıb. Hər iki şəxsə hökm oxunmalı və vurduqları zərərə görə cəza çəkməli idilər, o cümlədən zərər çəkənlərin problemini həll etməli idilər. Lakin biri guya xəstədir, hələ də həbsini müalicə müəssisəsində keçirir, nədirsə sağalmır, digəri də şərti azadlıq əldə edib. Bu da azmış kimi, artıq sakinləri təhdid etməyə başlayıblar. Bu barədə bina sakinlərindən biri, Anaxeber.com-un baş redaktoru Azər Talıbov bildirib ki, saxtakarlıq və dələduzluq etmiş hər iki şəxs barəsində işə yenidən baxılmalıdır, o cümlədən Tale Alaverdiyevin xəstəliyi araşdırılmalı, Pənah Kərimovun hansı arqumentlə ev dustaqlığına buraxıldığına baxılmalıdır. Eyni zamanda, hüquq-mühafizə orqanları, xüsusən Baş Prokurorluq və Ali Məhkəmə sakinlərin təhdid edilməsi ilə bağlı MTK -nın dələduz rəhbərləri barəsində şikayətlərə baxmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Aprel 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri