Icma.az
close
up
RU
Müalicə və ya əməliyyat etdiyi xəstənin sosial şəbəkədə ifşa edən həkimlər hüquqi məsuliyyət daşıyır

Müalicə və ya əməliyyat etdiyi xəstənin sosial şəbəkədə ifşa edən həkimlər hüquqi məsuliyyət daşıyır

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Son zamanlar həkimlərin əməliyyat, müayinə və ya müalicə zamanı canlı yayımla sosial şəbəkələrdə reklamları ilə qarşılaşırıq. Ginekoloqundan tutmuş, kosmetoloquna qədər hamı öz işini reklam edir. Bu reklamları izlədikcə bilmirsən qarşındakı həkimdir, bloggerdir, yoxsa influenserdir. Qısaca, həkim də özünü hansısa formada reklam edir...Bəs bu vəziyyətin həırhansı bir hüquqi məsuliyyəti varmı?

Varmış. Amma o zaman ki, xəstə bundan şikayət edə. Xəstə şikayət etməsə və razılıq verərsə, bu həkim görünüşlü sosial şəbəkə "fenomen"ləri heç bir məsuliyyət daşımırmış...

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər bir xəstənin özünün xəstəliyinin qorunması barədə sirr hüququ var.

Ramil Süleymanov / Foto: Bizimyol.info

“Həkimin belə bir öhdəliyi var. Eyni zamanda həkimlərlə tibb müəssisəsi arasında bağlanmış müqavilədə tibb müəssisəsinin həkimin üzərinə qoyduğu tələblərdən biri də müayinə etdiyi şəxslərin sağlamlığı ilə bağlı sirr təşkil edən və ya sağlamlığı ilə bağlı əhəmiyyətli dərəcədə məlumatların qorunmasıdır”-deyən hüquqşünas qeyd edib ki, həkimlər bu sirrin pozulmasına görə, həm cinayət, həm də maddi məsuliyyət daşıyırlar.

Ramil Süleymanov bildirib ki, sirr təşkil edən məlumatlar mütləq şəkildə həkimlər tərəfindən qorunmalıdır və bu məlumatların qorunmasını tələb etmək də xəstənin hüququdur.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, xəstələrin belə məlumatlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Prokurorluğuna müraciət etmək hüquqları var. Müraciətdən sonra prokurorluq tərəfindən bununla bağlı araşdırma aparılacaq. Əgər pozuntu olarsa və bu məhkəmənin hökmü ilə təsdiqlənərsə, buna görə həmin həkim, cinayət məsuliyyətinə cəlb olunur. Xəstə bu sirrin pozulmasından sonra məruz qaldığı zərərlər var ki, bütün zərərlərin qarşılanmasını tələb edə bilər”-deyə hüquqşünas vurğulayıb.

Ramil Süleymanov qeyd edib ki, xəstə həkimə və tibb müəssisəsinə qarşı iddia qaldıra bilər.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Fevral 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri