Icma.az
close
up
RU
Muarem Muarem: “Qurban hocanın yanında çalışmağı kim istəməz?”

Muarem Muarem: “Qurban hocanın yanında çalışmağı kim istəməz?”

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem apasport.az saytına müsahibə verib. 

- Son dəfə Şimali Makedoniyada "Qostivar" klubuna rəhbərlik edirdiniz. Bu klubun baş məşqçi postundan ayrıldıqdan sonra klubsuzsunuz. Niyə orada qalmadınız?
- Bəli, "Qostivar" komandasındaydım. Əsas məşqçi olaraq klub rəhbəri ilə bəzi uyğun gəlməyən məsələlər oldu. Bizə uyğun gəlməyən bəzi məsələlər var idi. Mən də öz korpusumla bərabər bu cür şərtlər altında çalışmaq istəmədiyimizi onlara demişdim. Ona görə də istefa verdik. İndi bəzi təkliflərə baxırıq. Yanvarda bəzi variantların çıxacağına ümid edirik. Bu işi davam etdirmək istəyirik. Çünki uğurlu olacağımızdan əminik.


- Komandanızda keçmiş "Fənərbaxça"lılar, Azərbaycan Premyer Liqasında oynamış oyunçu da var. Elvis Maşike ilə Azərbaycan futbolu haqda heç danışırdınız?
- Biz "Qostivar"da çox yaxşı komanda qurmuşduq. "Fənərbaxça"da, Azərbaycanda oynayan, Avropanın başqa klublarının formasını geyinmiş futbolçularla müqavilə imzaladıq. Çox uğurlu dönəm keçirdik. Bu komandanın onsuz da çempionluğa oynayacağına inanırdıq. İndi də komanda liderdən iki xal geridədir. Elvis Maşikeyə gəlincə, onu komandada görməyi mən istəyirdim. Bizim liqaya uyğun futbolçudur. Sadəcə zamana ehtiyacı var idi. Uğurlu olacağını düşünürəm. Bəli, onunla Azərbaycan, Bakı haqda danışırdıq. Hər zaman görüşəndə mənə Azərbaycan dilində salam verirdi. Mən də ona "necəsən qaqa" deyə, cavab verirdim, ikimiz də gülürdük. Azərbaycan futbolunda tez-tez danışardıq, mənim oynadığım dönəmdən də söhbətlərimiz çox olurdu.

- Heç Azərbaycanda çalışmaq planınız var? "Qarabağ"da Qurban Qurbanovun məşqçilər korpusundan çalışmaq istəyərdin, yoxsa baş məşqçi kimi fəaliyyətinə davam etmək istəyirsən?
- Təbii ki, Azərbaycan futbolunda çalışmaq istəyərdim. Azərbaycan futbolunu da izləyirəm. Oranı çox yaxşı tanıdığımı, bildiyimi düşünürəm. Qurban hocanın yanında çalışmağı isə kim istəməz? Təbii ki, bu cür insandan, bu cür məşqçidən çox şey öyrənmişəm. Hələ də öyrənə bilərəm. Mən baş məşqçiliyə yeni-yeni başlamışam. Mənim üçün indi önəmli olan çox çalışmaq, çox öyrənməkdir. Bu mənada, indiki dönəmdə əsas baş məşqçi, yoxsa məşqçi kimi çalışmaq o qədər önəmli deyil.
- Azərbaycan Premyer Liqasını yəqin ki, izləyirsən. "Qarabağ" hegemonluğuna davame dir. Çempionluq mübarizəsində "Neftçi"nin olmaması "Qarabağ"ın özünə də təsir edir?
- Bəli, Azərbaycan Premyer Liqasını izləyirəm. "Qaraağ"ın matçlarına da diqqətlə baxıram. Bu il "Turan Tovuz" və "Araz-Naxçıvan" kimi komandalara çox yaxşı irəliləyir. Kaş ki, "Neftçi" və bir başqa komanda da yaxşı irəliləyərdi, liqanın səviyyəsi yüksəlsə, çox daha yaxşı olacağını düşünürəm. "Neftçi"nin yaxşı olması təbii ki, "Qarabağ"ın çempionluq mübarizəsində tək namizəd olmamas deməkdir. Amma bu durumda çempion olmaq ehtimalı sadəcə "Qarabağ"da görünür.

- "Qarabağ" bu mövsüm də Avropa Liqasında çıxış edir. Amma cəmi bir oyunda qələbə qazana biliblər. "Qarabağ"ın bu mövsüm Avropa Liqasındakı performansını necə dəyərləndirirsən?
- Bu mövsüm Avropada çox fərqli sistem var. Hər komanda oyunlara fərqli hazırlanır. Çünki bir komanda ilə bir dəfə qarşılaşırsan. Komandalar gücünü bir matça yansıtmağa çalışır. Hər dəfə fərqli komanda ilə qarşılaşanda da oyunlar çətinləşir. "Qarabağ" üçün bu çox əla təcrübə olur. Yeni sezon üçün daha yaxşı və daha güclü komanda qrup, çox uğurlu olacaqlarını düşünürəm. 

- Sabiq koamndanızı qarşıda iki matç gözləyir - FKSB və "Olimpiakos"a qarşı. Bu görüşlərdə "Qarabağ"ın qələbə qazanmaq şanslarını necə qiymətləndirirsən? Səncə, "Qarabağ" hər oyunda da qalib gələrə pley-off mərhələsinə düşə biləcək?
- "Qarabağ" hər rəqibə qarşı oynamağı bacaran komandadır. Bunu Avropada indiyə qədər bir neçə dəfə göstərib. Futbolda artıq favorit komanda yoxdur. "Qarabağ"ın həm FKSB, həm də "Olimpiakos"la görüşlərdən ən yaxşı şəkildə ayrılacağını düşünürəm. "Qarabağ"a uğurlar arzulayıram.

- Tez-tez "Qarabağ"ın hansı mövsümdə ən güclü heyətə malik olması müzakirə edilir, müqayisələr aparılır. Səncə, sizin vaxtkı heyət güclü idi, yoxsa indiki? Çünki bir müddət əvvəl "Qarabağ" Kadini böyük təzminat qarşılığında "Krasnodar"a satdı, indi isə Juninyonu "Sevilya"ya sata bilər. Sizin vaxtda belə transferlər olmurdu...
- Məncə, hər dönəmdə "Qarabağ"dakı oyunçular yaxşı idilər. Mənim oynadığlm vaxtda da Reynaldonu yaxşı komandalar istəyirdilər. Sadəcə satılmamışdı, getməmişdi. "Qarabağ"da qalmışdı. Bu dönəmdə isə klubun siyasəti fərqlidir və başqa komandalardan istənilən oyunçuları satmaq istəyirlər. O da gözəl birşeydir. Önəmli olan odur ki, yaxşı futbolçular Azərbaycan klublarına gəlsinlər, Avropada uğurlu olsunlar. Həm komandaların uğuru, həm də satış baxımından. 
 

“Səbail”in məşqçi və futbolçu heyəti üçün seminar keçirilib “Karvan”ın futbolçusu mükafatlandırılıb Birinci Liqa: Bu gün X tura yekun vurulacaq "Kəpəz"in futbolçusu məşqlərə başlayıb Millimizin FIFA reytinqindəki mövqeyi dəyişməyib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://apasport.az
archiveBu xəbər 19 Dekabr 2024 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri