Icma.az
close
up
RU
Muarem Muarem: “Qarabağ” “Lion”u məğlub edəcək” MÜSAHİBƏ İdman və Biz

Muarem Muarem: “Qarabağ” “Lion”u məğlub edəcək” MÜSAHİBƏ İdman və Biz

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Qarabağ”ın şimali makedoniyalı sabiq futbolçusu Muarem Muaremin İdman.biz-ə müsahibəsi

- 5 mövsüm “Qarabağ”ın formasını geyinmisiz. Sabiq klubunuzun matçlarını izləyirsiz?
- Bəli. “Qarabağ”ın həm Premyer Liqada, həm də avrokuboklardakı oyunlarına baxıram. Avropa Liqasına yaxşı başlamasalar da, 4-cü matçlarında qələbə qazandılar. Azərbaycan çempionatında performansları çox yaxşıdır. “Qarabağ” Avropada artıq təcrübəli komandadır. Ağdamlıların beynəlxalq arenalardakı oyunlarında tərəfdarıyam. Qarşıdakı - həm “Lion”la, həm də digər klublarla qarşılaşmalarda yaxşı nəticələr əldə edəcəyini düşünürəm.

- Sizcə, Qurban Qurbanovun komandamız bugünkü dueldə qalib gələ bilər?
- Fransızlara qarşı matçda qələbə qazanmaq mümkündür. Komanda uzun müddətdir ki, Avropa Liqasında oynayır. Təbii ki, bu Liqa mərhələsi fərqli sistemdə keçirilir. 1 komandaya qarşı sadəcə 1 oyun olur. Bu səbəbdən də diqqətli olmalıdırlar. Çünki revanş şansı yoxdur. Bu da komandaların görüşlərə fərqli hazırlanmasına səbəb olur. “Qarabağ”ın kifayət qədər keyfiyyətli oyunçuları var. “Lion”u məğlub edəcəklərini düşünürəm.

- Siz də “Qarabağ”da olarkən Avropa Liqasında Fransanın “Sent-Etyen” klubuna qarşı oynamışdız. O dönəmi necə xatırlayırsız?
- Bəli, “Qarabağ”da olduğum zaman Fransa klublarından yalnız “Sent-Etyen”lə qarşılaşmışdıq. Hətta ilk Avropa Liqası dönəmimiz idi. Evdə 0:0, səfərdə isə 1:1 hesablı heç-heçə oldu. Rəqib meydanında çox yaxşı oynamışdıq. Həmin dönəm fransalılara qol vura bilməsəm də, “Dnepr”ə qarşı matçda fərqlənmişdim. “Sent-Etyen”lə görüş mən və komanda üçün yaxşı bir təcrübə oldu.

- “Qarabağ”ın pley-offa yüksəlmək şanslarını necə dəyərləndirirsiz?
- 3 məğlubiyyətdən sonra pley-offa yüksəlmək çətin olacaq. Amma Qurban Qurbanovun komandası sona qədər bunun üçün mübarizə aparacaq. Şanslarını artmaq üçün məğlubiyyətlərdən qaçmalıdırlar.
- 2018-ci ildə futbolçu karyeranızı bitirmisiz. Hazırda nə işlə məşğulsuz?
- Baş məşqçi kimi çalışırdım. Düzdür, hazırda işsizəm. Mövsümün əvvəlində Şimali Makedoniyada 1-ci Liqada “Qostivar”a rəhbərlik edirdim. Qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Davam etmək üçün bəzi istəmədiyimiz olaylar oldu. O səbəbdən istefa verdim. Hazırda komanda axtarışındayam.

- Azərbaycandan təklif olsa, qəbul edərsiz?
- Azərbaycan üçün darıxmışam. 5 il orada futbol oynamışam. Azərbaycanda çox tanışlarım var. Bakı üçün da darıxmışam. Azərbaycana qayıtmağı çox istəyirəm. İnanıram ki, təklif gələr və ölkənizdə yenidən işləmək şansım olar.

Emin Ağa
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Noyabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri