Icma.az
close
up
RU
Müasir ailənin gələcəyi hamıdan aslıdır

Müasir ailənin gələcəyi hamıdan aslıdır

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gənclər və yaşlılar arasında qarşılıqlı anlayış və dəstək günün düsturu olmalıdır


Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması 

Müasir dünyada texnologiyanın sürətli inkişafı, miqrasiya və həyat ritminin dəyişməsi ailə münasibətlərinə yeni çalarlar gətirib. Bu şəraitdə nəsillərarası həmrəylik anlayışı daha da ön plana çıxır. Çünki bu həmrəylik yalnız emosional bağlılıq deyil, eyni zamanda təcrübənin ötürülməsi, mənəvi dəstək, hörmət və qayğının qarşılıqlı paylaşılması deməkdir.


Nəsillərarası həmrəylik və ailə münasibətləri məsələsi cəmiyyətin sosial strukturu və dəyərləri baxımından mühüm əhəmiyyət daşıyır. Ənənəvi Azərbaycan ailə modelində üç və ya dörd nəslin bir yerdə yaşaması adi hal idi. Bu birlik həm maddi dəstək, həm də mənəvi bağlarla möhkəmlənirdi. Lakin müasir dövrdə urbanizasiya, miqrasiya və fərdiləşmə tendensiyaları ailə strukturlarını dəyişdirib. Bu dəyişikliklər gənc və yaşlı nəsillər arasında müəyyən boşluqlar yaratsa da, ailə daxilində qarşılıqlı anlayış, hörmət və əməkdaşlıq ruhunun qorunması mümkündür. Nənə-babalar yalnız baxıcı funksiyası deyil, həm də tərbiyəvi rol daşıyırlar. Onların həyat təcrübəsi gənclər üçün mənəvi dayaq, uşaqlar üçün isə şəxsiyyətin formalaşmasında örnəkdir.


Sosioloji araşdırmalar göstərir ki, nəsillər arasında sağlam münasibətlər olan ailələrdə emosional sabitlik, psixoloji rahatlıq və övlad tərbiyəsində daha müsbət nəticələr müşahidə olunur. Eyni zamanda yaşlı nəslin sosial təcrid olunmaması onların sağlamlıq və rifahına da birbaşa təsir edir. Cəmiyyət olaraq bu münasibətləri qorumaq üçün həm ailə daxilində dəyərlərin təbliği, həm də dövlət səviyyəsində ailə institutunu gücləndirən siyasətlərin aparılması vacibdir. Tez-tez unuduruq ki, ailə – sadəcə birgə yaşamaq deyil, həm də birgə yaşatmaqdır. Ailədə nənə və babaların təcrübəsi, valideynlərin yönəldici rolu və gənclərin enerjisi birlikdə güclü bir sosial mexanizm yaradır. Bu mexanizm uşaqların tərbiyəsində, yaşlıların qayğısında, ailə dəyərlərinin qorunmasında və bütövlükdə cəmiyyətin mənəvi sağlamlığında əvəzsiz rol oynayır. Lakin bu münasibətləri qorumaq üçün dövlət, media və vətəndaş cəmiyyəti birgə çalışmalıdır. Maarifləndirici kampaniyalar, nəsilləri bir araya gətirən layihələr, ailə dəyərlərinin təbliği ilə bağlı sosial proqramlar bu sahədə mühüm addımlar ola bilər.

Bu istiqamətdə Sosial Tədqiqatlar Mərkəzinin (STM) fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Belə ki, Mərkəzin təşkilatçılığı ilə dünən “Nəsillərarası həmrəylik ailə münasibətləri və dayanıqlı inkişaf kontekstində” mövzusunda dəyirmi masa keçirilib.


Tədbirdə mərkəzin son nəşrlərindən biri olan “Azərbaycanda nəsillərarası münasibətlər: ailə həmrəyliyi və qayğı” hesabatında irəli sürülən tədqiqatın nəticələri təqdim edilib. Dəyirmi masaya moderatorluq edən STM-in İdarə Heyəti sədrinin müavini, professor Tahirə Allahyarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə nəsillərarası həmrəylik arasındakı əlaqədən danışıb. O bildirib ki, bu qələbə həmrəyliyi daha da artıracaq: 

“Hər bir dövlət ailə institutuna önəm verir. Bu, bütün dövrlər üçün keçərlidir. Əlbəttə, biz Azərbaycan dövləti olaraq və dövlətimizin siyasətinə uyğun olaraq ilk əvvəl elmi əsaslı təklif və tövsiyələri aidiyyəti qurumlara təqdim etməliyik. Məlumdur ki, nəsillər arasında problemlər mütləq olur. Nəsillərarası bağları möhkəmləndirən məsələ var ki, hər nəsil üçün yaddaş hadisəsi olur. Nəsillərarası həmrəyliyi qorumaq və möhkəmləndirmək olar. Azərbaycan üçün 44 günlük zəfər nəsillərarası həmrəyliymizi daha da gücləndirmək üçün çox mühüm təməldir”.

“Mərkəzin qarşısına qoyulmuş məsələlər orta və uzun perspektivdə ailə institutunun cəmiyyətdəki rolu məsələləridir”. Bu fikirləri isə STM-in sosial-iqtisadi təhlil departamentinin müdiri Seymur Əliyev deyib. STM rəsmisi qeyd edib ki, nəsilləarası həmrəylik anlayışına diqqət etməliyik: 

“Burada əsas məsələ nəsillər arasındakı sosial uyumun səviyyəsini öyrənməkdir. Bu, Azərbaycan perspektivindən baxdıqda vacib məsələdir. Transformasiya olunan ailə institutuna cəmiyyətdə birmənalı münasibət yoxdur".

STM-in sektor müdiri Humay Axundzadə isə STM-in Azərbaycan ailəsində nəsillər arasındakı münasibətləri öyrənmək üçün apardığı tədqiqatların nəticələrini açıqlayıb. Onun sözlərinə görə, tədqiqatlar 12 rayon üzrə 1 170 nəfər olmaqla, hər biri 390 nəfərdən ibarət üç qrupa əsasən aparılıb: 

"Nəticələrə əsasən bəzi regionlarda, məsələn, daha çox Bakı-Abşeron-Xızıda ailə strukturu dəyişib. Ailə strukturunun dəyişməsi dedikdə, ailələrdə fərdiləşmə prosesinin güclənməsi deməkdir. Bununla yanaşı, mobil telefonlardan istifadənin ailə münasibətlərində özgələşmə problemlərini yaratdığını müşahidə etdik".

Sektor müdiri bildirib ki, hər iki övladdan biri özünü valideynindən fərqli olaraq görür, eyni düşüncə tərzində olmadıqlarını hesab edir və bu da öz növbəsində yenilik axtarışlarına, münaqişələrə səbəb ola bilir. STM nümayəndəsi həmçinin tədqiqat nəticələrinə görə, 1 170 nəfərin yarısının yaşlı və cavan ailə fərdləri ilə birlikdə yaşamağına üstünlük verdiyini qeyd edib: "Sorğuya əsasən, 10 nəfərdən biri ailədən ayrı və uzaq yaşamağın tərəfdarıdır. Bu rəqəmlərin 17,3 faizi məhz gəncləri əhatə edir".

H.Axundzadə əlavə edib ki, boşanmalar da nəsillər arasında münasibətlərdə özgələşməyə gətirib çıxarır:

"Tədqiqatın ümumi nəticələri onu göstərir ki, Azərbaycan ailə münasibətlərində fərdiləşmə meyilləri yüksəkdir. Amma buna baxmayaraq, gənclərin ailə ilə münasibətdə sıx bağı özünü qoruyub saxlayır. Sadəcə, bir az dəstək lazımdır". 


Sosioloq Aynur Hacıyeva ailədə nəsillərarası həmrəyliyin qorunmasının və inkişaf etdirilməsinin yalnız fərdi səylərlə mümkün olmadığını vurğulayıb. “Şərq”ə açıqlamasında ailələrin və dövlətin birgə fəaliyyətinin vacibliyini qeyd edən A.Hacıyeva bu mövzuda hüquqi, sosial və mədəni təşəbbüslərin gücləndirilməsini təklif edib: 

“Nəsillərarası əlaqələrin gücləndirilməsi, cəmiyyətdə sağlam və dayanıqlı ailə strukturunun qurulmasında əhəmiyyətli rol oynayır. 

Ailədə nəsillərarası həmrəylik, fərqli yaş qruplarından olan üzvlərin qarşılıqlı anlayış və hörmət əsasında bir-biri ilə əlaqə saxlamasıdır. Bu həmrəylik, ailənin gücünü və sosial sabitliyini təmin edən ən mühüm faktorlardan biridir. Ailədə nəsillərarası həmrəylik yalnız fərdi səviyyədə deyil, həm də cəmiyyətin strukturunda və sosial dinamikasında mühüm rol oynayır. Bu, ailə üzvləri arasında güvən, hörmət və dəstək mübadiləsi olaraq meydana çıxır və cəmiyyətdəki digər sosial əlaqələrlə sıx bir şəkildə əlaqəlidir. Ənənəvi cəmiyyətlərdə ailə nəsillərarası əlaqələrin qorunmasına xüsusi diqqət yetirirdi. Böyüklər uşaqlarını tərbiyə edir, onların həyat təcrübəsindən yararlanırdılar. Müasir cəmiyyətlərdə isə şəhərləşmə, fərdiləşmə və texnoloji inkişaf nəsillərarası əlaqələrin zəifləməsinə səbəb ola bilər. Lakin bu əlaqələr hələ də ailə strukturlarının davamlılığı üçün vacibdir. Müasir dövrün ən mühüm faktoru olan texnoloji inkişaf, bəzən nəsillərarası əlaqələri zəiflədə bilər. Gənclərin texnologiyaya olan marağı ilə yaşlıların buna uyğunlaşmaqda çətinlik çəkməsi, ailədə emosional uzaqlığa səbəb ola bilər. Bu səbəbdən texnologiyanı ailə bağlarını möhkəmləndirmək məqsədilə istifadə etmək üçün xüsusi proqramlar hazırlanmalıdır. Gənclər və yaşlılar arasında texnologiya vasitəsilə əlaqə qurmaq, nəsillər arasında yeni ünsiyyət formaları yaradılmasına kömək edə bilər. Yaşlı nəslin təcrübələri və bilikləri, gənclər üçün dəyərli bir qaynaqdır. Eyni zamanda, gənclərin müasir baxışları və yeniliklərə uyğunlaşma bacarığı, yaşlı nəslin daha müasir və çevik olmasına kömək edir. Bu qarşılıqlı faydalı mübadilə, ailə içində həmrəyliyin güclənməsinə səbəb olur. Nəsillərarası həmrəylik ailə içində sosial normaların və dəyərlərin daha da möhkəmlənməsinə şərait yaradır. Ailədəki ənənəvi dəyərlər, gənclərə qarşılıqlı hörmət, anlayış və empatiya hisslərini öyrədir və onları cəmiyyətə müsbət şəkildə inteqrasiya etməyə təşviq edir. Cəmiyyətin inkişafı üçün ailə institutunun gücləndirilməsi, nəsillərarası əlaqələrin möhkəmləndirilməsi və bu əlaqələrə diqqət yetirilməsi ən mühüm sosial məsələdir. Hər iki tərəfin - həm yaşlıların, həm də gənclərin - ehtiyaclarına uyğun dəstək mexanizmlərinin formalaşdırılması ailə münasibətlərinin daha sağlam və uzunmüddətli olmasına kömək edəcəkdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 May 2025 08:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sevilya” evdə 3 xala sevindi 8 oyundan sonra

14 May 2025 01:32see183

Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı 37 heyvan tələf oldu

13 May 2025 19:20see162

Telefonu məhv edən 10 vərdiş Təhlükəlidir

14 May 2025 02:03see155

Pakistan və Hindistan RAZILIĞA GƏLDİ Trampın zəngindən sonra… KONKRET

13 May 2025 18:27see143

Kamran taksi sürücülərindən şikayətləndi Video

13 May 2025 21:28see140

Hüseyn Həsənov axtarışa verildi

14 May 2025 19:38see140

Qurbanlar susur, cinayətlər genişlənir: İnsan alverinə qarşı mübarizədə yeni səfərbərlik elan edilib

14 May 2025 03:50see139

Tramp: ABŞ və Çin sıçrayışla ticarət razılaşmalarına nail olublar

14 May 2025 01:01see138

Gəncədə 18 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açılıb YENİLƏNİB 2

13 May 2025 18:08see137

iOS və iPadOS versiyalarında ciddi təhlükəsizlik boşluqları

14 May 2025 03:32see133

Uzun ömr istəyirsinizsə bu 4 qidanı evinizdən uzaq tutun

13 May 2025 23:10see130

Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə

13 May 2025 18:48see128

Azərbaycanlı referi beynəlxalq federasiyaya üzv seçildi

14 May 2025 00:09see126

Qadın 13 yaşlı oğlunun dostu ilə ərinə xəyanət etdi

13 May 2025 21:05see123

Ulduz hücumçu Beşiktaş dan gedir?

13 May 2025 20:27see122

Dinamika artdı: Şara Səudiyyəyə getdi

13 May 2025 23:18see122

Merts: Ukrayna ilə bağlı əlavə kompromislər yolverilməzdir

14 May 2025 00:53see121

Çin maşınları Mercedes Benz i çökdürür

13 May 2025 21:01see121

Alonso Real a keçsə... müdafiəçidən kluba təzyiq

14 May 2025 00:27see117

Braziliyalı futbolçunun yolu haradı?

15 May 2025 00:09see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri