Icma.az
close
up
RU
Vaginizmin müasir müalicəsi

Vaginizmin müasir müalicəsi

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vaginizm qadının cinsiyyət yollarının güclü və qeyri-iradi sıxılması - spazmıdır ki, bu spazmın nəticəsində cinsi əlaqələr mümkünsüz olur.

Əksər hallarda vaginizm cinsi həyatı başlayan bakirə qızlarda inkişaf edir. Bu zaman qadının cinsi orqanlarına istənilən toxunma uşaqlıq yolunun güclü sıxılmasına səbəb olur. Nəticədə cinsi aktın həyata keçirilməsi mümkün olmur. Bir çox hallarda belə qadınlarda istənilən ginekoloji manipulyasiyalar da (ginekoloji baxım, yaxmanın götürülməsi və s.) belə reaksiyalara səbəb olur. Vaginizm nevrozun növüdür. Bir çox hallarda onun səbəbi qorxu (ağrıdan, qandan və s.), kişinin ilk cinsi əlaqə zamanı kobud davranışı, zorlama və s. olur.

Vaginizmdən əziyyət çəkən qadınlar ailəli olsalar da illərlə bakirə olaraq qalırlar, problemin "özü-özündən" həll olunmasını gözləyirlər. Lakin bu əksər hallarda mümkün olmur və qadın vaxt keçdikcə güclü depressiyaya düşür, onda özünə inamsızlıq yaranır, qadın həyat yoldaşının qarşısında özünü günahkar hiss edir, bu vəziyyətə gətirib çıxartdığı üçün özünə nifrət edir, bu vəziyyətdən yeganə çıxış yolunu boşanmada görür... Bu hissləri və daha artıqlarını vaginizmdən əziyyət çəkən qadınlar daha yaxşı bilir...

Müasir tibbdə bu problemin həll olunması üçün müxtəlif üsullar mövcuddur. Vaginizm tam müalicə olunur və daha sonra qadın normal həyat sürə bilir - cinsi həyat, hamiləlik, analıq mümkün olur.

Qadın düşdüyü vəziyyətdən utanmamalı və vaginizmin ilk simptomlarında mütləq həkimə müraciət etməlidir. Müalicəsiz qalmış bu pozulma qadının psixikasına çox mənfi təsir edir, onun həyatını korlayır. 
Vaginizmin müalicəsində xüsusi psixoterapevtik metodikalar istifadə olunur ki, bu metodikaların köməyi ilə qadın vaginizmdən xilas olunur.

İnsan zehninin süurlu və şüuraltı mərkəzi vardır. Biz nə ediriksə, nə düşünürüksə onu süurlu zehnimizin köməyi ilə edirik. Çünki süurlu zehnimiz məntiqlə çalışır. Şüuraltı zehnimizi isə məntiqlə çalışdıra bilmirik. Biz qadına məntiqlə başa sala bilmərik ki, cinsi əlaqədən qorxmasın, onu adi hal kimi qəbul etsin. Vaginizmin səbəbi şüuraltında yaranır və müalicəsində də şüuraltı zehin korreksiya olunur.
İnsan zehninin şüuraltı hissəsi 5-6 yaşından ta ölənə qədər bütün yaşanmış pis və yaxşı təcrübələri (hadisələri, xatirələri) kodlaşdırıb öz yaddaşında saxlayır. Bu pis və yaxşı təcrübələri heç bir şəkildə birdəfəlik silmək mümkün deyil! Çünki artıq o yaşanıb və şüuraltında özünə yer tutub. Neqativ təcrübələri ancaq pozitiv təcrübələrin köməyi ilə yumşaltmaq, əhəmiyyətsizləşdirmək olur.
Müalicə zamanı yaşanmış qorxuların yaranmasına səbəb olan pis təcrübələr üzərində xüsusi texnikalarla işlənilir və bundan sonra həmin o pis təcrübələr (hadisələr və ya xatirələr) qadın tərəfindən əhəmiyyətsizləşir. Elə bir şəkildə əhəmiyyətsizləşir ki, qadın əvvəllər beynindən çıxmayan pis təcrübələri müalicədən sonra heç yadına belə salmaq istəmir. Müalicə zamanı pis təcrübələr əhəmiyyətsizləşdirilərkən yaxşı təcrübələrlə əvəz olunur. Bu zaman da qadının vaginizm problemi birdəfəlik həll olunur. Müalicədən sonra qadın qorxmur və cinsi əlaqəyə adi hal kimi baxa bilir və icra edə bilir.

İnamsız olsanız da 1-5 gününüzü vaginizmin müalicəsinə həsr edin. İnanın ki, həyatınız dərhal 1-ci seansdan sonra dəyişəcək. Bir qadın olduğunuzu anlayacaqsınız!!!

Mama-ginekoloq:

Günay Hacıyeva

.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri