Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev və dövlətçilik məktəbinin praktik uğuru
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Ulu Öndər Heydər Əliyevin siyasi obrazı təsadüf nəticəsində formalaşmadı. Onun dövlətçilik fəlsəfəsinin kökü Azərbaycanın ən çətin tarixi dönəmlərinə dayanır.
1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi respublikanın sosial-iqtisadi həyatında dönüş nöqtəsi idi. O dövrdə respublikanı durğunluqdan çıxarmaq, sənayeni modernləşdirmək, milli kadrların yetişməsi üçün geniş imkanlar yaratmaq Ulu Öndər Heydər Əliyevin milli düşüncəsinin əsas istiqamətlərinə çevrildi. Bu mərhələ, daha sonra müstəqillik dövründə həyata keçiriləcək böyük dövlətçilik missiyasının ideoloji zəminini hazırladı. XX əsrin sonunda SSRİ-nin dağılması və Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra ölkədə yaranan ağır siyasi böhran dövlətin gələcəyini sual altına atmışdı. Dağınıqlıq, hakimiyyət çəkişməsi, separatizm təhlükələri, Ermənistanın təcavüzü və hərbi məğlubiyyətlər, iqtisadi tənəzzül Azərbaycanı uçuruma sürükləyirdi. Məhz belə bir dövrdə xalqın təkidi ilə 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı. Bu qayıdış yalnız siyasi liderin deyil, dövlətin taleyinin qurtuluşu idi. Tarixdə bu proses təsadüfi deyil, məhz xalqın iradəsi ilə başlayan “Milli Qurtuluş” kimi dəyərləndirilir.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir neçə mühüm strateji xətt formalaşdı:
Siyasi sabitlik – dövlətçiliyin əsas sütunu
Ölkədə anarxiya aradan qaldırıldı, dövlət institutları sistemli şəkildə formalaşdı, Azərbaycan beynəlxalq aləmdə legitim və etibarlı tərəfdaş kimi tanındı.
Yeni Konstitusiya və dövlət institutları
1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycan Respublikasının hüquqi-siyasi modelinin bünövrəsini qoydu. Bu sənəd dövlət idarəçiliyinin müasir modelini müəyyənləşdirərək sabit və çevik siyasi sistemin əsasını yaratdı.
Neft strategiyası – iqtisadi yüksəlişin təməli
1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” yalnız enerji layihəsi deyildi. Bu, Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasını təmin edən geosiyasi layihə idi. Bu strategiya sonradan regional enerji xəritəsini dəyişdi və ölkənin uzunmüddətli iqtisadi inkişafının lokomotivinə çevrildi.
Ordu quruculuğu
O dövrdə demək olar ki, hərbi sistem mövcud deyildi. Ulu Öndər Heydər Əliyev milli ordu quruculuğuna başlayaraq gələcək Qarabağ qələbəsinin ideoloji və struktur əsaslarını yaratdı.
Ulu Öndər Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri də Azərbaycançılıq ideologiyasını müasir siyasi düşüncənin mərkəzinə çevirməsi oldu. Onun üçün dövlətçilik yalnız sərhədlərlə deyil, xalqın milli kimliyi, birliyi və tarixi yaddaşı ilə bağlı idi. Bu ideologiya bu gün də siyasi xəttin, milli siyasətin və dövlət strategiyasının sütunudur.
Ulu Öndər Heydər Əliyev regionda mürəkkəb geosiyasi prosesləri nəzərə alaraq balanslaşdırılmış siyasət xətti yürüdürdü. Bu siyasətin əsas mərhələləri:
Qərb və Şərq arasında körpü rolunun gücləndirilməsiTürk dünyası ilə inteqrasiyaRusiyanın regiondakı maraqlarını nəzərə alan, lakin milli suverenliyi qoruyan xəttAvropa strukturlarına inteqrasiya prosesinin başlaması.Bu model Azərbaycanın beynəlxalq nüfuzunun artmasına gətirib çıxardı. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi ilə formalaşdırdığı inkişaf strategiyası bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu davamlılıq nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib və enerji layihələri qlobal siyasətin əsas xəttinə daxil olub.
30 illik işğala son qoyularaq ərazi bütövlüyü və suverenlik tam bərpa edilib və Güclü ordu, güclü iqtisadiyyat və müstəqil xarici siyasət modeli formalaşıb. Bu, Ulu Öndər Heydər Əliyevin dövlətçilik məktəbinin praktik uğurudur.
Bu gün Ulu Öndər Heydər Əliyev fiziki olaraq aramızda olmasa da, onun dövlətçilik irsi hər gün yenidən yaşayır: Müstəqil dövlətin mövcudluğunda, sabitlikdə, güclü iqtisadiyyatda, qələbə ilə bərpa olunmuş torpaqlarda,müasir Azərbaycan modelində. O, Azərbaycan dövlətinin yalnız qurucusu deyil, həm də gələcəyini müəyyən edən lider kimi tarixə düşüb.
Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində şəxsiyyət anlayışının ən ali nümunəsidir. Onun irsi zamanla yox olmur, əksinə, hər yeni tarixi mərhələdə yeni məna qazanır.
Bu gün 12 dekabr xalqın öz liderinə ehtiram günüdür, eyni zamanda bu irsin qorunduğunu, inkişaf etdiyini və gələcəyə daşındığını nümayiş etdirən gündür.
Ulu Öndərin dediyi kimi: “Müstəqilliyi qorumaq onu əldə etməkdən çətindir”. Bugünkü Azərbaycan bu kəlamın həyata keçmiş nümunəsidir.
Nicat İsmayılov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 12 Dekabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















