Icma.az
close
up
RU
Qaradağda “Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev” mövzusunda tədbir keçirilib

Qaradağda “Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev” mövzusunda tədbir keçirilib

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatı 2025-ci il mayın 5-də Qaradağ rayonu Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Müasir Azərbaycan dövlətinin qurucusu - Heydər Əliyev” mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə xalq yazıçısı, Azərbaycan Yazıcılar Birliyinin (AYB) birinci katibi Çingiz Abdullayev, Milli Məclisin üzvü Aydın Hüseynov, AYB-nin üzvləri yazıçı-publisist, fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev və yazıçı-publisist Rövşən Ağayev, rayon ictimaiyyətinin nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, kitabsevərlər, fəal gənclər iştirak ediblər.

Əvvəlcə Ümummilli liderin Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında ucaldılmış abidəsinin önünə gül dəstələri qoyulub. Tədbir iştirakçıları Qaradağ rayonu Heydər Əliyev Mərkəzində Ümummilli liderin genişmiqyaslı siyasi və dövlətçilik fəaliyyətini əks etdirən eksponatlardan ibarət ekspozisiyalarla, Heydər Əliyev dövlətçilik irsi və salnamə bölməsi, kitabxana və informasiya texnologiyaları bölməsi, həmçinin dahi lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nəşr materiallarından ibarət sərgi ilə tanış oldular.   

Gələn qonaqlar Ümummilli lider Heydər Əliyevin, onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı kitabları, həmçinin yazıçıların son illərdə çap olunmuş kitablarını Qaradağ rayonu Heydər Əliyev Mərkəzinə hədiyyə ediblər. Təqdim edilən əsərlər arasında “Görkəmli adamların həyatı” seriyasından olan Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyatına və fəaliyyətinə həsr olunmuş nəşrlər xüsusi yer tutub.

Azərbaycan Respublikasının Dövlət Himni səslənməsi ilə başlanan tədbirdə Ümummilli lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev bildirib ki, Ulu öndər Heydər Əliyev XX əsrin ən böyük tarixi şəxsiyyətlərdən biridir və onun fəaliyyəti o qədər çoxşaxəli və genişdir ki, bu mövzuda nə qədər görüş və konfranslar keçirilsə də, əsərlər yazılsa da, elmi təhlillər və tədqiqatlar aparılsa da bu mövzu  bitib-tükənməz mənbə olaraq daim aktuallığını saxlayacaqdır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qazanılan qələbələrin, nailiyyət və uğurların kökündə məhz Ulu öndər Heydər Əliyevin ideyaları və siyasi kursu dayanır.

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Aydın Hüseynov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin tövsiyələrinə uyğun hazırlanmış davamlı inkişaf strategiyasına əsaslanan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə düşməni darmadağın etməklə işğal altında olan torpaqlarımızı azad etdi. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüskarlığı və bilavasitə iştirakı ilə ərsəyə gələn və həyata keçirilən milli və regional səviyyəli irimiqyaslı layihələr, uğurla fəaliyyət göstərən nəhəng təsərrüfat subyektləri respublikamızın iqtisadi qüdrətinin artmasına və həyatın digər sahələrində inkişafa səbəb olur, xalqın rifah halının yaxşılaşmasına xidmət edir.     

Tədbirdə xalq yazıçısı, tanınmış yazar Çingiz Abdullayev çıxış edərək Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinə, yaradıcı ziyalılara, yazıçılara münasibətinə aydınlıq gətirib və ümummilli liderlə bağlı xatirələrini iştirakçılarla bölüşüb. O xüsusi vurğulayıb ki, Heydər Əliyevlə hər bir ünsiyyət onu mənəvi cəhətdən zənginləşdirib. Həyatından, ədəbiyyata gəlişindən, ona məşhurluq qazandıran əsərlərinin yaranma tarixçəsindən və digər mövzulardan da danışan Çingiz Abdullayev oxucuları ilə söhbət zamanı məlumat verib ki, əsərləri Avropada, Cənubi Amerikada və Asiyada 30 milyona yaxın tirajla, otuzdan artıq dildə dərc edilib.194 adda kitabın müəllifi olduğunu qeyd edən məşhur yazar bu əsərləri əsasında onlarla filmin və serialın çəkildiyini də bildirib. 

Tədbir iştirakçıları ilə səmimi ünsiyyət quran Ç.Abdullayev, onlara öz həyatının və yaradıcılığının maraqlı məqamları, həyat təcrübəsi haqqında, o cümlədən Qaradağ rayonunda işlədiyi dövrdən söhbət açıb. Bununla yanaşı, Azərbaycan və dünya ədəbiyyatından sitatlar gətirib, iştirakçıları bədii ədəbiyyatı daha çox oxumağa dəvət edib. Rayon sakinləri ilə görüşdən, onların mütaliə və intellekt səviyyəsindən son dərəcə məmnun qaldığını bildirib, kitablarını imzalayıb, oxucularla birgə xatirə şəkilləri çəkdirib.

Tədbirdə iştirak edən Professor Rafiq Əliyevin çıxışı da maraqlı və məzmunlu olub. O çıxış edərək xüsusi vurğulayıb ki, Çingiz Abdullayev nəinki Azərbaycanda, bütün postsovet və Avropa məkanında yazıb-yaradan ən məhsuldar yazıçılardan biridir və demək olar ki, hər ay onun əsərləri yeni-yeni ölkələrin sərhədlərini aşaraq, geniş oxucu kütləsinin qəlbinə yol tapır. Yazıcının dərc olan kitabları onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdıb. 

Professor Rafiq Əliyev Ulu öndər Heydər Əliyevlə görüşləri və söhbətləri ilə bağlı təəssüratlarını da bölüşüb.

Qeyd edək ki, professor R.Əliyev ‘'Dünyada sülh uğrunda" Professorlar Akademiyasının və Beynəlxalq Dinlərarası Dialoq Komitəsinin üzvüdür, 18 kitabın və 250-dən artıq elmi məqalənin müəllifidir. Onun bir sıra kitabları ingilis dilinə tərcümə olunub və onlardan biri – “Hakimiyyət, cəmiyyət və din” ABŞ-da 2013-cü ildə nəşr olan kitablar müsabiqəsində "Qızıl möhür” medalına layiq görülüb. Belə bir şəxsin Heydər Əliyev haqqında söylədiyi fikirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

AYB-nin üzvü, yazıçı-publisist Rövşən Ağayev çıxışında Ümummilli liderin elmə, təhsilə, mədəniyyətə, gənclərə qayğısından danışıb, görkəmli dövlət xadimi ilə bağlı xatirələrini bölüşüb.

Tədbirdə Heydər Əliyevə tarixi müraciət göndərən məşhur “91-lər”in nümayəndəsi, Qaradağ rayon İcra Hakimiyyətinin İctimai-siyasi məsələlər şöbəsinin müdiri  Munis Bayramov çıxış edərək müstəqil dövlət quruculuğu dövründə mövcud olan çətinliklərdən, bu çətinliklərin aradan qaldırılmasında Ulu öndərin xilaskar rolundan danışıb.

İnteraktiv şəraitdə keçən görüşdə tanınmış yazıçı Çingiz Abdullayev və digər qonaqlar iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Tədbirin sonunda Azərbaycan Yazıcılar Birliyinin  birinci katibi Çingiz Abdullayevə  və professor Rafiq Əliyevə Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının Fəxri Fərmanları təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 May 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri