“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)
futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Şəfa” Misli Premyer Liqasında 6 turdan sonra 3 xalla 10-cu sıradadır.
Bakı təmsilçisinin qapıçısı Nicat Mehbalıyev komandanın çıxışı ilə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– 6 oyuna 1 qələbə qazanmısınız. Nəticələri necə dəyərləndirirsiniz?
– Futbolda hər şeyi göstərən nəticədir. Yaxşı məşq edə, hazırlaşa bilərsən. Amma nəticə olmayanda çox çətin olur. Bu ildən Premyer Liqada çıxış edirik. Oyunlar bizim üçün ikiqat çətindir. Lakin çempionat uzun marafondur. İnanıram ki, yuxarı pillələrə qalxacağıq.
– Liqada yaranan fasilənin sizin üçün faydalı olduğunu düşünürsünüz?
– Bu fasilə bizə çox lazım idi. Ağır perioddan çıxmışdıq. Ardıcıl “Neftçi”, “Sabah”, “Qarabağ”a qarşı oyunlar bizi mental və fiziki baxımdan çox yormuşdu. Toparlanmaq üçün bu fasiləyə ehtiyacımız var idi.
– Bir neçə gün əvvəl “Şəfa” legioner qolkiper (red-Tiaqo Silva) transfer etdi. Ehtiyatda qalmaqdan narahat deyilsiniz?
– Bundan əvvəldə bir neçə dəfə legioner qapıçılarla mübarizə aparmışam. “Sabah”da da bu halla üzləşmişdim. Görək, necə olacaq. Qış fasiləsinə kimi duruma baxacağıq.
– Əcnəbilərlə rəqabət çətin olmur?
– Futbol elə oyundur ki, hər şey tez dəyişə bilir. Rəqabətdə heç kimdən çəkinmirəm. Uzun müddət oynamamışdım. Son görüşlərdə də bəzi səhvlər etdim. Ola bilər ki, kimlərsə məndən narazılıq edir, amma belə şeylərə diqqət etmirəm. Futbolda bu cür hallar olur.
– Fasilədən sonra ilk oyun “Turan Tovuz”a qarşıdır. Bu görüşdə hədəf nə olacaq?
– “Turan Tovuz” güclü komandadır. Yaxşı, keyfiyyətli heyətə sahibdirlər. Oyuna ancaq qələbə üçün çıxacağıq. Başqa nəticə haqqında düşünmürük.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 29 Sentyabr 2026 08:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















