Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, həkim Nadejda Çernışova "Aif.ru"ya açıqlamasında birə yatalağının yüksək hərarət, baş ağrısı və əzələ ağrıları ilə müşayiət olunduğunu bildirib.
Onun sözlərinə görə, infeksiya həşərat dişləmələri vasitəsilə yayılır və klassik yatalaqla müqayisədə daha yüngül keçir. Xəstəlik zamanı ağırlaşmalar və ölüm halları olduqca nadir hesab edilir.
Mütəxəssis qeyd edib ki, birə yatalağı qripə bənzər simptomlarla başlayır. Daha sonra səpgi yarana bilər, lakin bu əlamət xəstələrin hamısında deyil, təxminən yarısında müşahidə olunur. Xəstəlik antibakterial preparatlarla müalicə edilir.
Məlumata görə, ABŞ-ın Los-Anceles şəhərindəki Uilşir-Senter rayonunda xəstəliyin 7 halı aşkarlanıb. Bununla əlaqədar Rusiyada sərhəd nəzarətinin gücləndirildiyi və “Perimetr” sisteminin tətbiq olunduğu bildirilib.(publika)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 01 Oktyabr 2026 01:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















