Icma.az
close
up
RU
Müasir Azərbaycan kino industriyası və onun keçdiyi keşməkeşli yollar… FOTO/VİDEO Doğru Xəbərlər

Müasir Azərbaycan kino industriyası və onun keçdiyi keşməkeşli yollar… FOTO/VİDEO Doğru Xəbərlər

Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəli, keşməkeşli… Movzu seçimi, aktyor truppası, texniki heyət və nəhayət, tamaşaçı… Sonuncu səbəb yaranan sənət əsərinin uzunömürlü olması ilə bərabər, yaranma prosesində çəkilən çətinlikləri bir göz qirpımında silib, yaxud ucalda bilər.

Azadlıq, yoxsa özbaşınalıq sualının hələ də tam ayırd olunmadığı xaotik bir mühitdə parlamaq, zərif gülüş fonunda cəmiyyətin nəbzini tutmaq, hətta bir az da irəli getsək zövq formalaşdırmağa çalışmaq əlbəttə çətindir. Buna nail olmaq isə qəhrəmanlıqdır.

Sözügedən vəziyyətdə son dövrlərdə təqdim olunan filmlər sırasında izlədiyim film səviyyəli tamaşaçı dediyimiz tamaşaçının tələb olunan meyarlarına cavab verən “Evdəqalmış” filmidir. Onun birinci versiyası kontent yanaşmasına görə aktual, yaradıcı kontekstdən yanaşdıqda isə olduqda qənaətbəxşdir. Yəni, nəhayət ki, tamaşaçı qurşaqdan aşağı “yumor”a deyil, duzlu replikalara gülür. Nəzərə alsaq ki, film ərsəyə gətirmək həm də və ən başlıcası güclü maliyyə tələb edir. Amma sərf olunan maliyyənin də bir bəhrəsini görmək varmı düşüncəsi ilə işə başlamaq qəhrəmanlığın dərəcəsini bir daha artırır. Bu film isə bəli, bax, bu film bəhrəli filmdir, deyə bilərik. Hətta o qədər bəhrəli ki, tamaşaçı böyük sevgi və eyni səmimiyyətlə ikinci dəfə “Evdəqalmış 2” filmini izləməyə gəldi. Bəli, yenə ssenarist rejissor, prodüsser Valeh Əhmədov stilistikası. Yumoru qədərində, replikalar mənalı, mövzu seçimi isə aktual. Burda uğurlu yaradıcı komanda üzvlərinin də rolu danılmazdır. Ssenaristlər Könül Alasova və Failə Nəbiyeva. Bu imzaların incə nüanslara xüsusi diqqət yetirməsi onların düşüncə və qələmlərinin yalnız alqışalayiq olduğunu göstərir. Əlbəttə ki, aktyor seçimi və tərəf müqabillərinin zövqlə,estetik seçilməsi də təhlil olunan müsbət tərəflərdən biridir.

Artıq uzun illərdi ki, yeni təqdim olunan, müasir filmləri izləyirik. Və bu da müqayisə etməyə əsas verir. Bildiyimiz qədərilə bu filmin montaj prosesində ssenarist rejissor, prodüsser Valeh Əhmədov özü şəxsən dəqiqliklə iştirak edib, ona görə Valeh Əhmədov stilistikası demək olar. Nədir bu ? Filmdə istifadə olunan musiqilər və mahnılar. Bu istifadə həm yeni nəfəs verməklə yanaşı, eyni zamanda baş verən situasiyanı tamaşaçıya daha duzlu təsvir edir. Bu günədək istər keçən əsr, istərsə də indiki dövr hər bir film üçün yazılan sauntreklər sevilirdisə, bu filmdə mahnı və musiqilər filmin səhnələrində ugurlu ekran həllini tapır.

“Evdəqalmış 1” filmi bütün telekanallarda göstəriməklə yanaşı, “Evdəqalmış 2” filmi indi bütün kinoteatrlarda təqdim olunur.

Ümid edirəm ki, hətta əminəm ki, rejissorun tutduğu və seçdiyi yol müasir Azərbaycan film tarixində yaşayan və zaman keçdikcə təhlil olunan, nümunə göstərilən film olacaq.

Fəxriyyə Lilpar İsayeva 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Xəzərin sahilindən…” layihəsinin rəhbəri, tele-aparıcı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://dogru.az
archiveBu xəbər 21 Yanvar 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see169

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri