Müasir dövrdə insanlar niyə dəbsiz geyinirlər?
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün küçələrdə insanların geyiminə diqqət yetirdikdə fərqli mənzərə ilə qarşılaşırıq. Bəziləri çox səliqəli və zövqlü geyinir, bəziləri isə geyim seçiminə o qədər də fikir vermir. Maraqlıdır, görəsən, insanlar niyə əvvəlki kimi geyimlərinə diqqət etmirlər?
Əvvəllər geyim insanın görünüşündə xüsusi yer tuturdu. İnsanlar harasa gedərkən nə geyinəcəklərini düşünür, geyimlərinin bir-birinə uyğun olmasına çalışırdılar. İndi isə çoxları üçün əsas məsələ rahatlıqdır. İşə, mağazaya, qonaqlığa, hətta bəzi tədbirlərə gedərkən belə geyim seçiminə ciddi yanaşmayanlar var.
Bunun bir neçə səbəbi var. İlk növbədə, həyat tərzi dəyişib. İnsanlar daha çox rahat geyimlərə üstünlük verirlər. İdman geyimləri, geniş şalvarlar, sadə köynəklər gündəlik geyimə çevrilib. Sosial şəbəkələr də insanların geyim zövqünə təsir edir. Bəziləri orada gördüklərini olduğu kimi təkrarlayır, bəziləri isə heç bir geyim qaydasına fikir vermir.
Digər səbəb isə dəbin tez-tez dəyişməsidir. İnsanlar hər yeni dəbə uyğunlaşmağa çalışdıqca öz geyim zövqlərini unuda bilirlər. Halbuki yaxşı geyinmək üçün bahalı paltar almaq və ya hər yeni dəbi izləmək lazım deyil.
Düşünürəm ki, əsas məsələ bahalı geyinmək deyil, səliqəli və yerinə uyğun geyinməkdir. Rahat geyinmək insanın seçimidir, amma rahatlıq səliqəsiz görünməyə əsas verməməlidir. Hər geyimin öz yeri var. İdman geyimi ilə rəsmi tədbirə, ev geyimi ilə iş görüşünə getmək hər zaman düzgün seçim deyil.
Unutmamalıyıq ki, insanı gözəl göstərən təkcə geyimin qiyməti deyil, onu necə seçməsi və necə daşımasıdır. Dəb dəyişə bilər, amma zövq və səliqə öz dəyərini itirməməlidir.
İlhamə Məmmədova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 24 Noyabr 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















