Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

PSJ yenidən vahid lider oldu

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Azı qərar, çoxu zərər...

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Müasir dövrün bəlası gəncləri də hədəf alır: Yeni xərçəng diaqnozları 79 faiz artıb

Müasir dövrün bəlası gəncləri də hədəf alır: Yeni xərçəng diaqnozları 79 faiz artıb

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Dövlət Statistika Komitəsinin "Azərbaycan gəncləri" məcmuəsində yer alan məlumata görə, ötən il bədxassəli şiş aşkarlanan gənclərin sayı artıb. Belə ki, 2024-cü ildə 14-29 yaş aralığında 393 gəncdə bədxassəli şiş aşkarlanıb. 2023-cü ildə isə bu rəqəm 296 olub. Xüsusilə, 18-29 yaş arasında bu göstərici yüksəkdir. Maraqlıdır, müasir dövrün bəlası olan bu xəstəlik niyə gəncləri hədəf alır?

"Kaspi" qəzeti xərçəngin yaranma səbəbləri, risk faktorları və gənclərin niyə xüsusilə risk altında olması məsələlərini "Liv Bona Dea" Xəstəxanası Onkologiya şöbəsinin müdiri, tibbi onkologiya uzmanı Altay Əliyevlə müzakirə edib.

Oxu.Az həmin müsahibəni təqdim edir:

"Yaş artdıqca, xərçəng riski də artır"

- Altay bəy, dünyada hər il təxminən 20 milyon insana yeni xərçəng diaqnozu qoyulur. Ümumiyyətlə, xərçəng hüceyrələri necə yaranır? Nə baş verir ki, normal hüceyrələr nəzarətdən çıxır?

- Xərçəng anormal mutant hüceyrələrin sürətli və nəzarətsiz şəkildə çoxalması nəticəsində yaranan hüceyrə toplusudur. Bu anormal hüceyrələr risk faktorlarının təsiri ilə yaranır. Risk faktorları hüceyrənin genetik informasiyası olan DNT-yə təsir etdikdə, anormal hüceyrələr meydana gəlir. Normal halda bədən bu hüceyrələri təkamül prosesində formalaşmış apoptoz adlı özünümüdafiə mexanizmi və ya immun sistem vasitəsilə məhv edir. Lakin bu mexanizmlər uğursuz olduqda, bədəndə xərçəng prosesi başlayır. Yəni, xərçəng risk faktorlarının təsiri nəticəsində yaranan, bədənin nəzarət mexanizmlərindən qaçaraq sürətlə çoxalan anormal hüceyrə toplusudur.

- Hansı risk faktorları bu hüceyrə toplusunu yaradır?

- Bir çox risk faktorları var. Bunlara yaş və cinsiyyət, genetik meyillik və ailə tarixçəsi, ətraf mühit amilləri, radiasiya və günəş şüaları, oturaq həyat tərzi, piylənmə (obezite) və bəzi bakteriyaların inkişafı daxildir. Ən önəmli risk faktoru isə yaşdır. Yaş artdıqca insanlarda paralel olaraq, xərçəng riski də artır. Amma son 20-30 ildə gənclərdə öncəki illərlə müqayisədə xərçəngin görülmə intensivliyi artıb.

Piylənmə, yuxusuzluq, stres...

- Nə üçün? 20-30 ildə nə dəyişdi ki, əsas risk faktoru yaşın getdikcə artması olan bu xəstəlik gəncləri hədəf almağa başladı?

- Gənclərdə xərçəngin görülmə sıxlığı artsa da, yaş hələ də əsas amildir. Yaş artdıqca xərçəng riski həndəsi silsilə ilə yüksəlir. Sadəcə, gənclərdə görülmə tempi artıb. Bunun bir neçə səbəbi var. Birincisi həyat tərzi, yəni qeyri-sağlam qidalanma, siqaret və alkoqol istifadəsidir. İkinci səbəb, ətraf mühit faktorları və toksinlər, üçüncü isə genetik meyillilik və infeksiyalardır. Çox az hallarda artımın səbəbi diaqnostik metodların inkişafıdır. Məsələn, əvvəllər fərq edilməyən və ya daha gec diaqnoz qoyulan xəstəliklər indi erkən aşkarlanır. Lakin statistik analizlər göstərir ki, diaqnostik metodların inkişafını nəzərə aldıqda belə, gənclərdə bəzi xərçəng növlərinin artım meyli davam edir. Həmçinin xərçəngin görülmə sıxlığının artmasının ən önəmli, lakin tez-tez gözardı edilən səbəblərindən biri yuxusuzluqdur. Yetərsiz və keyfiyyətsiz yuxu hüceyrələrin bərpasını və immun sistemin fəaliyyətini zəiflədir. Son 50-100 ildə dünya əhalisinin yuxu rejimində ciddi pozuntular və keyfiyyətli yuxu müddətində azalma müşahidə olunur. Eyni zamanda, artmış sosial stres də bu prosesə əlavə yük gətirir və xərçəng riskinin artmasına təsir edir. Digər səbəb isə akselerasiya, yəni fiziki cinsi inkişafın əvvəlki nəsillərə görə daha sürətli olmasıdır. Bu sürətli inkişafın əsas səbəbləri sosial amillər, düzgün və zəngin qidalanma, yaxşı həyat şəraiti, tibbi xidmətlərin inkişafı, gigiyenik şəraitin yaxşılaşdırılmasıdır. Akselerasiya orqanizmin hormonal və hüceyrə səviyyəsində daha tez inkişaf etməsinə səbəb olur ki, bu da bəzi xərçəng növlərinin riskini artıran amillərdən biri hesab edilir. Bundan əlavə, stres faktorunu xüsusilə, vurğulamaq istəyirəm. Stress bədəndə böyrəküstü vəz hormonları olan katexolaminlər və kortizol səviyyəsini artırır. Bu isə immun sistemin tarazlığını pozur. Orqanizmimizdə anormal hüceyrələri yox edən immun sistemi bədənimizin əsgərləridir. Stres halında onların fəaliyyəti azalır, tarazlıq pozulur və anormal hüceyrələr çoxalır.

- Gözardı edilən səbəblərdən birinin yuxusuzluq olduğunu qeyd edirsiniz. Maraqlıdır, dünyada yuxu keyfiyyətinin sürətli şəkildə pozulmasının səbəbi nədir?

- Bəli. Araşdırmalar göstərir ki, 1905-2008 illər arasında gənc və orta yaşlı insanların orta yuxu müddəti əvvəlki dövrlərə nisbətən təxminən bir saat azalıb. Xüsusilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə gecə növbələri və gecə işləmə rejimləri yuxu saatlarının azalmasına səbəb olub. İngiltərədə 50 yaşdan yuxarı 10 minlərlə insanın məlumatları əsasında aparılan araşdırmada göstərilib ki, yuxu keyfiyyətinin pozulması ilə xərçəng sıxlığı arasında mütənasib artım mövcuddur. Bəzi mütəxəssislər hesab edir ki, telefonlar, planşetlər, daimi işıqlandırma və küçə lampaları beynin daimi oyaq qalmasına səbəb olur, bu isə davamlı stres və yuxu keyfiyyətinin pozulması ilə xərçəng riskini artırır.

- Xərçəngin gəncləri hədəf almasının əsas səbəblərindən biri uşaqlıq və yeniyetməlik dövründə qidalanma vərdişləridir deyirsiniz. Bilirsiniz ki, ölkədə bir çox ailələrdə toppuş uşaq sağlam uşaq hesab olunur. Uşaqların qidalanmasında valideynlərin etdiyi səhvlər nədir?

- Artıq çəki bədəndə davamlı iltihab (inflamasiya) yaradır. Bu iltihab xərçəngin yaranma mexanizmini tətikləyən mühiti təmin edir. Yəni artıq çəki immun sistemini zəiflədir və bədəndə anormal hüceyrələrin yaranmasına səbəb olur. Çox işlənmiş qidalar və yüksək şəkərli qidalar insulin dirəncinə səbəb olur və xərçəng riskini artırır, çünki xərçəng hüceyrələrinin əsas "qidası" qlükozadır. Uşaqların və yeniyetmələrin çox sevdiyi fastfud, burger, cips, kraker, biskvit və yanmış qəhvə kimi yüksək temperaturda hazırlanmış qidalarda akrilamid maddəsi yaranır. Akrilamid və onun metaboliti glisidamid hüceyrə DNT-sinə təsir göstərərək mutasiyalara səbəb ola bilər. Əgər bədənin qoruyucu mexanizmləri bu mutasiyalara malik hüceyrələri məhv etməzsə, xərçəng prosesi başlayır. Xüsusilə, Qərb diyeti adlanan fastfud və yüksək işlənmiş qidalar bağırsaq mikroflorasının tarazlığını pozur. Bunun nəticəsində aqressiv bakteriya tipləri artır və bu, bağırsaq xərçəngi riskinin yüksəlməsinə səbəb olur.

"Yeni xərçəng diaqnozları 79 faiz artıb"

- Gənclər arasında hansı xərçəng növlərinə daha çox rast gəlinir?

- Amerika Onkologiya Cəmiyyətinin yeni araşdırmasına görə, tibbin və onkologiyanın inkişafı sayəsində qadınlarda süd vəzi xərçənginə bağlı ölümlər son on ildə təxminən 10 faiz azalıb. Lakin 50 yaşdan aşağı süd vəzi xərçənginin görülmə nisbəti hər il 1,4 faiz artıb. Başqa bir tədqiqatda isə deyilir ki, 1990-2019 illəri arasında gənc yaşda yeni xərçəng diaqnozları 79 faiz artıb. Gənclər arasında süd vəzi, mədə, kolon (qalın bağırsaqda başlayan xərçəng növü), serviks (uşaqlıq boynu xərçəngi), tiroid, ağciyər xərçənginə daha çox rast gəlinir. Bu yaş kateqoriyasında xərçəngin görülmə tezliyi təkcə inkişaf etmiş ölkələrdə deyil, dünya üzrə diqqət tələb edən ciddi bir tendensiyadır. Son illərdə əvvəllər daha çox 60 yaşlarında rast gəlinən bəzi xərçəng növlərinin görülmə nisbəti 20-li yaşlarda artmaqdadır. Bu xoş gəlməyən artım bütün dünya əhalisində müşahidə olunur və ölkələrin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, eyni tendensiya davam edir.

Xərçəngi qidalandıran amillər

- Risk faktorlarından biri də qeyri-sağlam qidalanmadır. Ümumiyyətlə, işlənmiş və yüksək temperaturda hazırlanmış qidalar xərçəngi necə qidalandırır?

- Bəli. Yüksək temperaturda hazırlanmış və yanmış qidalar (cips, kraker, burger, biskvit, yanmış qəhvə) akrilamid və onun metaboliti glisidamid ehtiva edir. Bu maddələr DNT-yə genotoksik təsir göstərərək mutasiyalara səbəb olur və xərçəng riskini artırır. Sosis və kolbasa kimi yarıfabrikat ət məhsullarına əlavə edilən nitrit və nitratlar ətin rəngini və uzunömürlülüyünü qorumaq üçün istifadə olunur. Standartlardan yüksək miqdarda olduqda və yüksək temperaturda bişirildikdə, bu maddələr nitrozaminlərə çevrilir, mədə və bağırsaq xərçəngi riskini artırır. Polisiklik aromatik hidrokarbonlar (PAH) ət və balıq məhsullarının tüstülənməsi, hisə verilməsi və yüksək temperaturda bişirilməsi zamanı yaranır. Bu maddələr DNT zədələnməsinə və mutasiyaya səbəb olaraq xərçəng riskini yüksəldir. Araşdırmalar göstərir ki, hər gün işlənmiş ət istehlakı bağırsaq xərçəngi riskini təxminən 20 faiz artırır. Tövsiyə olunur ki, işlənmiş ət həftədə ən çox 1 dəfə istehlak edilsin. Bundan əlavə, işlənmiş qidalarda istifadə olunan rəngləndiricilər və emülqatorlar bağırsaq traktında iltihabı (inflamasiya) artıraraq hüceyrələrdə DNT zədələnməsinə və xərçəng riskinə səbəb olur.

- Erkən yaşda spirtli içki və siqaret xərçəng riski yaradırmı?

- Bəli. Siqaret və alkoqol xərçəng riskini artırır. Tütün dumanında çoxsaylı kanserogen maddələr var ki, bunlar birbaşa hüceyrə DNT-sində mutasiyalara səbəb olur. Bunlara nitrozaminlər, benzopiren və karbon monoksit daxildir. Dünya Səhiyyə Təşkilatının statistikasına görə, xərçəngə bağlı ölümlərin ən az beşdə biri siqaretlə əlaqəlidir. Alkoqol hüceyrə DNT-sinə toksik təsir göstərərək mutasiyalara yol açır, xüsusilə qaraciyər və mədə xərçənglərinin riskini yüksəldir. Spirt həmçinin estrogen hormon səviyyəsini artırır, bu da süd vəzi və digər ginekoloji xərçənglər üçün risk yaradır.

- Əgər insan özü siqaret çəkmir, amma ətrafındakı insanlar onu tüstüyə məruz qoyursa, bu da risk faktorudurmu?

- Əslində, o, passiv siqaret çəkməkdir. Passiv siqaret çəkən şəxslərdə də xərçəng riski mövcuddur. Siqaret dumanındakı kanserogen maddələr birbaşa tənəffüs yollarında mutasiyalara səbəb olur, qırtlaq və bronxlarda anormal hüceyrələrin yaranmasına yol açır. Əlbəttə, birbaşa siqaret çəkən şəxslərdə bu risk daha yüksəkdir, amma passiv çəkənlər də risk qrupuna daxildir. Məsələn, gündə bir paket siqaret çəkən və 25 ildir bu vərdişi davam etdirən şəxslərdə illik ağciyər tomoqrafiyası (KT) tövsiyə olunur. Bundan əlavə, hava kirliliyi də tənəffüs yollarında anormal hüceyrələrin yaranmasına səbəb olan əsas risk faktorudur. Beynəlxalq araşdırmalar göstərir ki, şəhərlərdəki yüksək çirklilik dərəcəsi siqaret kimi tənəffüs yollarına zərər verərək xərçəng riskini artırır.

"Erkən diaqnoz ilə xərçəngdən qurtulmaq mümkündür"

- Xəstəliyin tez aşkarlanması, ümumiyyətlə, qarşısının alınması üçün gənclərə tövsiyələriniz nələrdir?

- Xərçəngin qarşısını almaq və erkən diaqnoz vasitəsilə xəstəliyin riskini azaltmaq mümkündür. Sadaladığımız önlənə bilən risk faktorlarından uzaq durmaq və sağlam həyat tərzini qorumaqla, statistik olaraq yeni xəstələrin təxminən üçdə birinin qarşısını almaq olar. Əgər xəstəlik artıq yaranıbsa, erkən diaqnoz vasitəsilə bir qrup xəstəni tamamilə xərçəngdən qurtarmaq realdır. Ailədə xərçəng xəstəsi varsa, ailənin digər üzvlərinə mədə və bağırsaq endoskopiyası 25 yaşdan etibarən tövsiyə olunur. Genetik risk faktorları varsa, genetik konsultasiya alınmalıdır. Qadınlarda serviks müayinəsi (Uşaqlıq boyu xərçəngi) 21 yaşdan etibarən hər üç ildə bir aparılmalıdır. 25 yaşdan etibarən qadınlar öz-özünə aylıq süd vəzi müayinəsi vərdişi yaratmalı, 30 yaşdan sonra isə illik həkim kontrolu tövsiyə olunur. Ümumi sağlamlıq üçün illik müayinə və qan analizləri aparılmalı, Hepatit B, C və HPV virus analizləri edilməli, həmçinin Hepatit B və HPV-yə qarşı vaksinasiya həm önləyici, həm də kontrol məqsədilə həyata keçirilməlidir. Sağlam həyat tərzi üçün əsas tövsiyələrə bol tərəvəz və lifli qidaların qəbulu, yetərli yuxu, müntəzəm fiziki aktivlik (idman, təbiət yürüşləri), stressdən uzaq qalmaq, artıq çəkidən qorunmaq, riskli qidalar və zərərli vərdişlərdən uzaq durmaq daxildir. Bu vərdişlər gənclər də daxil olmaqla ümumilikdə əhali arasında xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər.

- Erkən diaqnoz üçün mövcud imkanlar yetərlidirmi?

- Erkən diaqnoz üçün öncə fərqindəlik artırılmalıdır. İnsanlar xərçəngin müəyyən nisbətdə önlənə biləcəyini və erkən diaqnostikanın həyat qurtarıcı olduğunu bilməlidirlər. Bu məqsədlə media mühüm rol oynayır, lakin mesajlar fobiya yaratmadan, düzgün şəkildə çatdırılmalıdır. Tibbi profilaktik kontrollar daha əlçatan olmalı və xatırladıcı mesajlar, istər SMS, istərsə də sosial media vasitəsilə insanlara çatdırılmalıdır. Sığortalı xidmətlərdə profilaktik nəzarətə daha çox önəm verilməli və təşviq edilməlidir. Çünki mövcud sığorta və tibbi qurumlar tez-tez yalnız müalicəvi prosedurları ön plana çıxarır. Erkən diaqnoz, skrininq və önləyici xidmətlər diqqətdən kənarda qalmamalıdır ki, xəstəlik vaxtında aşkarlansın və müalicə şansı artsın.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Oktyabr 2025 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see687

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see490

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see420

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see254

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see200

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see164

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see152

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see145

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see144

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see139

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see138

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see136

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see132

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see130

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

11 Oktyabr 2025 01:18see126

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see126

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see125

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see125

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see124

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri