Icma.az
close
up
RU
Müasir futbolda bu cür sədaqət nadir hallarda olur Metallist in saytı Qarabağ dan yazdı

Müasir futbolda bu cür sədaqət nadir hallarda olur Metallist in saytı Qarabağ dan yazdı

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın "Metallist 1925" (Xarkov) komandası ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. "Metallist 1925" yeni mövsümdən Ukrayna Premyer Liqasında çıxış edəcək.

Oyun ərəfəsində Ukrayna klubunun rəsmi saytı "Qarabağ" barədə geniş məlumatlandırıcı yazı dərc edib.

Yazıda qeyd olunur ki, "Qarabağ" Azərbaycanda ən çox çempionluq titulu qazanan rekordçu klubdur: "Bu, onlara artıq 12 dəfə nəsib olub. Bundan əlavə, komanda 8 dəfə ölkə kubokunu qazanıb. Son 10 ildə klub Azərbaycan futbolunda dominantlıq edir, daima avrokuboklarda çıxış edir. Özü də yaxşı səviyyədə. "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində oynamış yeganə Azərbaycan komandasıdır". 

Qeyd edilir ki, "Qarabağ" Ağdam şəhərini təmsil edir, lakin uzun illərdir burada oyun keçirmir: "Çünki bu ərazi uzun müddət ölkənin nəzarətində deyildi. Lakin 2023-cü ildə "Qarabağ" 1990-cı illərin əvvəllərindən bəri ilk dəfə doğma şəhərində (əslində Xankəndidə - red.) oyun keçirdi. Bununla belə, komanda hələ də ev oyunlarının əksəriyyətini paytaxt Bakı şəhərində oynayır".

Yazıda baş məşqçi Qurban Qurbanovun fəaliyyətinə də toxunulub: "Kluba 53 yaşlı azərbaycanlı mütəxəssis Qurban Qurbanov rəhbərlik edir. O, həqiqətən də "Qarabağ" üçün əfsanəvi bir fiqurdur. Çünki 2008-ci ildən bu yana – artıq 17 ildir ki, komandaya rəhbərlik edir! Müasir futbolda bu cür sədaqət nadir hallarda olur. Klubun son illərdəki bütün əsas uğurları məhz onun adı ilə bağlıdır. 2017–2018-ci illərdə o, həm klubda, həm də milli komandada eyni anda çalışıb".

Qeyd olunur ki, "Qarabağ"ın heyətində Azərbaycan millisində 10 oyun keçirmiş Rüstəm Əhmədzadə də var: "O, Ukraynada doğulub, orada böyüyüb, futbol təhsili alıb və karyerasına başlayıb. 2021-ci ildən isə "Qarabağ"ın futbolçusu olub.

"Metallist 1925"in heyətində heyətində isə Ukraynanın U-20 millisinin üzvü Ramik Hacıyev çıxış edir. O isə əksinə, Azərbaycanda doğulub. Lakin iki yaşında olarkən ailəsi Ukraynanın Xarkov şəhərinə köçüb. Bu gün "Metallist 1925"in heyətində azərbaycanlılara qarşı oynayacaq."Qarabağ"ın heyətində bir ukraynalı da var - Aleksey Kaşuk".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://qol.az
archiveBu xəbər 07 İyul 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri