Icma.az
close
up
RU
Müasir geosiyasətdə birgə fəaliyyət modeli

Müasir geosiyasətdə birgə fəaliyyət modeli

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələ şəhərində XII Zirvə Görüşünün keçirilməsi tarixi əhəmiyyət kəsb edir. “Regional sülh və təhlükəsizlik” mövzusu həsr edilmiş Zirvə görüşündə olduqca mühüm mesajlar səsləndirildi. Cənab Prezident İlham Əliyev tədbirdə çıxışında olduqca mühüm məsələlərdən bəhs edib. Qədim şəhərimiz Qəbələdə qonaqları salamlayan ölkə başçısı bu bölgəmizin tarixi haqqında qonaqlara ətraflı məlumat verdi. Cənab prezident çıxışında həmçinin Türk Dövlətləri Təşkilatının, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşdığını qeyd etdi.

Dövlətimizin başçısının da vurğuladığı kimi TDT-nin beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur: “Ortaq tarixi və etnik köklər, müştərək milli-mənəvi dəyərlər bu ölkələri bir ailə kimi birləşdirir. Azərbaycan dövləti təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına iki milyon ABŞ dolları məbləğində ianə köçürüb. Bu isə ölkəmizin bu birliyə vermiş olduğu önəmi bir daha nümayiş etdirir. Sözsüz ki, daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir. Bu bir reallıqdır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşlər və verilən qəararlarla bağlı da Cənab Prezident İlham Əliyev mühüm məqamlara toxundu”.
Ölkə başçısı çıxışında eyni zamanda sülh və təhlükəsizliyin bu gün hər bir ölkənin inkişafı üçün əsas amil olduğunu da diqqətə çatdırdı: “TDT-nin təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və Qəbələdə keçirilən Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyi bir daha çəkildi. Çünki bu gün təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Cənab Prezident də qeyd edib ki, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir: “Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur”.
2020-ci il 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının otuz illik işğalına son qoyulması amili də Zirvə görüşündə bir daha bəyan edildi: “Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir. Dövlətimizin başçısı çıxışında Azərbaycanla Ermənistan arasındakı sülh prosesi, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcəyini da bir daha qeyd edib. Artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlandığı da vurğulanıb. Bütün bunlar sözsüz ki, cənab Prezidentin də bəyan etdiyi kimi Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi. Qəbələdə keçirilən Zirvə görüşü TDT üzv dövlətlərinin və müşahidəçi dövlətlərin liderlərini, eləcə də nümayəndə heyətlərini bir araya gətirərək bölgə və beynəlxalq arenada aktual problemləri müzakirə etmək, əməkdaşlığı genişləndirmək və Türk dünyasında birliyi, sülh və rifahı daha da inkişaf etdirmək baxımından önəmli idi. Bu Zirvə görüşü sözsüz ki, türk dünyası daxilində daha dərin inteqrasiyanın göstəricisi və yeni strateji yanaşmaların formalaşması üçün katalizator kimi qiymətləndirilir”.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri