Icma.az
close
up
RU
“Müasir marketinqin əsasları” nəşrində “Aztelekom” təcrübəsindən bəhs olunacaq

“Müasir marketinqin əsasları” nəşrində “Aztelekom” təcrübəsindən bəhs olunacaq

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinginin (AZCON) tərkibində fəaliyyət göstərən telekommunikasiya şirkəti “Aztelekom” müasir marketinqin atası kimi tanınan Dr. Filip Kotlerin təsis etdiyi Kotler Impact-in son təşəbbüsü - "Müasir Marketinqin Əsasları" (Essentials of Modern Marketing - EOMM) kitabının ilk Azərbaycan nəşrində təqdim olunacaq.

“Aztelekom”dan AZƏRTAC-a bildirilib ki, kitabda şirkətin həyata keçirdiyi “Onlayn Azərbaycan” meqalayihəsinin icra prosesi və Azərbaycanın rəqəmsal transformasiyasında layihənin əhəmiyyəti barədə yazılacaq.

100-dən çox ölkəni əhatə edən bu qlobal layihə çərçivəsində hazırlanacaq kitab seriyası hər bir ölkəyə xüsusi yanaşma ilə tərtib olunaraq yerli biznes uğurlarını beynəlxalq marketinq prinsipləri ilə bir araya gətirir. İtaliya, Braziliya, Polşa, Hindistan, Pakistan, Banqladeş, Gürçüstan, Türkiyə də daxil olmaqla 30-dan çox ölkə bazarları haqqında nəşr olunmuş kitablar geniş oxucu marağı ilə qarşılanıb. Azərbaycan üçün hazırlanan nəşr isə ölkənin uğurlu biznes təcrübələrinin beynəlxalq arenada tanıdılmasına töhfə verməklə yanaşı, yerli biznes mütəxəssislərinə də dünya təcrübəsindən faydalanmaq imkanı yaradacaq. Kotler Impact-in MDB regionu və Azərbaycandakı eksklüziv nümayəndəsi olan AWE Consulting bu təşəbbüsün ölkəmizdə reallaşmasında əsas rol oynayır. Kitab qlobal elektron kitabxanalarda və təhsil platformalarında təqdim ediləcək.

“Aztelekom”un bu kitabda yer alması ilə bağlı fikirlərini bölüşən şirkətin baş direktor vəzifəsini icra edən Həsən Ömərov bildirib: “Kotler İmpact-in nəşrində “Onlayn Azərbaycan” layihəsinin yer alması bizim üçün böyük qürur mənbəyidir. Bu kompleks layihə ölkənin iqtisadi inkişafının sürətləndirilməsinə, rəqəmsal savadlılığın artırılmasına və Azərbaycanın investisiya cəlbediciliyinin güclənməsinə təkan verdi. Eyni zamanda, bu miqyasda layihənin icrası “Aztelekom”un gündəlik işə yanaşmasında da fundamental dəyişikliklərə səbəb oldu. Dəqiq strateji hədəfləri, güclü komanda işi və ortaq məqsədə inam bu mürəkkəb layihənin uğurla həyata keçirilməsinə imkan yaratdı. Bu layihənin icrası zamanı şirkətimizin keçdiyi yolun “Müasir marketinqin əsasları” kitabında əks olunması bizim üçün həm böyük nailiyyətdir, həm də daha yüksək hədəflərə çatmaq üçün əlavə motivasiyadır”.

Qeyd edək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu İDATE şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see166

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri