Icma.az
close
up
RU
Bakcell in brend strategiyası “Müasir Marketinqin Əsasları” Azərbaycan nəşrində

Bakcell in brend strategiyası “Müasir Marketinqin Əsasları” Azərbaycan nəşrində

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

İnnovasiya və sürət lideri "Bakcell"in rebrendinq hekayəsi dünya şöhrətli marketinq nəzəriyyəçisi Filip Kotlerin "Müasir Marketinqin Əsasları" (Essentials of Modern Marketing) kitabında yer alacaq.
Turkustan.az xəbər verir ki, dünya və Azərbaycan oxucularına təqdim olunacaq tanınmış nəşrdə "Bakcell"in həyata keçirdiyi ölkəmiqyaslı rebrendinq və onun şirkətin inkişaf dinamikasına təsiri ətraflı şəkildə təqdim olunacaq.
Azərbaycan nəşri, “Kotler Impact”in MDB regionu üzrə eksklüziv nümayəndəsi olan “AWE Consulting”in rəhbərliyi ilə hazırlanır.

Qeyd edək ki, "Bakcell" rebrendinqdən sonra innovasiya və süni intellekt yanaşmasına əsaslanan yeni brend mövqelənməsi ilə bazarda fərqlənməyə nail olub. Şirkət bu strategiya çərçivəsində süni intellekt həllərini məhsul inkişafı, strateji tərəfdaşlıqlar, kommunikasiya, müştəri əlaqələri sahələrinə inteqrasiya edərək, bir sıra məhsul və xidmətlər təqdim edib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Bu innovativ məhsul və xidmətlər arasında “Bakcell Fiber”, “VoWiFi”, “Tarif məsləhətçisi”, “Star tarifləri”, “Birinci tariff” və UBER ilə tərəfdaşlıq yer alır.

Xatırladaq ki, strateji yanaşması ilə vizual təqdimat arasında güclü əlaqə qurmaq bacarığına görə “Bakcell”, “Baku Flames Festivalı” çərçivəsində “Ən uğurlu rebrendinq layihəsi” nominasiyası üzrə mükafata layiq görülüb. Beləliklə, ölkəmiqyaslı rebrendinq şirkətin biznes nəticələrinə, brend dəyərinin artmasına və bazar mövqeyinin güclənməsinə olduqca müsbət təsir edib. 
“Bakcell”in bu nəşrdə yer alması, Azərbaycanın telekommunikasiya sahəsində innovasiya və rəqəmsal transformasiya istiqamətində nailiyyətlərinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcək.
Filip Kotler haqqında
Müasir marketinqin atası və 80-dən çox kitabın müəllifi olan Filip Kotler, marketinq sahəsində inqilabi nəzəriyyələr yaradaraq, dünya miqyasında biznesin inkişafına təsir göstərib. O, marketinqi psixologiya və iqtisadiyyatla birləşdirərək, müasir marketinqin elmi əsaslarını formalaşdırıb.
Ən məşhur əsərlərindən biri olan “Marketing Management” kitabı dünya universitetlərində marketinq dərsliklərinin əsas qaynağı kimi istifadə olunur. Onun nəzəriyyələri şirkətlərin müştəriyönümlü strategiyalar qurmasına və qlobal bazarlarda rəqabət üstünlüyü əldə etməsinə imkan yaradır.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir.
Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 İyun 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri