Icma.az
close
up
RU
Müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında zirvələr fəth edir

Müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında zirvələr fəth edir

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanda siyasi xaos və qeyri-sabitlik hökm sürürdü. Daxili qarşıdurmaların artması, silahlı toqquşmalar və iqtisadi resursların tükənməsi vətəndaş müharibəsi təhlükəsini labüd edirdi. Eyni zamanda, xarici təsirlərin və separatçı meyillərin güclənməsi ölkəmizin gələcəyinə ciddi təhdid yaradırdı.
Bu mürəkkəb dövrdə xalqın bütün ümidləri yalnız Ümummilli Lider Heydər Əliyevə yönəlmişdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev dərhal milli qurtuluş missiyasını üzərinə götürdü. Onun siyasi təcrübəsi, uzaqgörənliyi və qətiyyəti ölkədə sabitliyi bərpa etməyə, siyasi xaosu aradan qaldırmağa və dövlət quruculuğunu möhkəmləndirməyə imkan verdi. Qısa müddətdə Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu, milli həmrəylik və birlik möhkəmləndi. Bu amillər Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir, xalqın taleyində əhəmiyyətli mərhələ kimi yadda qaldı.
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev böyük səs çoxluğu ilə inamlı qələbə əldə etmiş və bu nəticə Ulu Öndərin xalq tərəfindən geniş dəstəyə malik lider olduğunu bir daha təsdiqləmişdir. Bu seçkilər müstəqilliyin qorunması, ölkədə sabitliyin təmin olunması və hüquqi dövlət quruculuğunun təməl prinsiplərinin bünövrəsini qoymaq baxımından mühüm əhəmiyyət daşımışdır. Seçkilərin nəticəsi olaraq respublikamız yeni dövrə qədəm qoydu.
İqtisadi sahədə Heydər Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın uzunmüddətli inkişafının əsas prioritetlərindən birini təşkil edir. Bazar iqtisadiyyatına keçid, sahibkarlığın dəstəklənməsi və xarici sərmayələr üçün əlverişli mühitin yaradılması ölkənin iqtisadi dayanıqlığını təmin etdi. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” dövlətimizin beynəlxalq enerji layihələrində aktora çevrilməsinə, iqtisadi yüksəlişə və ölkənin strateji mövqeyinin möhkəmlənməsinə şərait yaratdı.
Ümummilli Lider Heydər Əliyev ölkəmizdə hüquqi dövlət quruculuğunun gücləndirilməsinə xüsusi önəm verirdi. Ulu Öndərin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də referendum nəticəsində qəbul edilmiş Konstitusiya Azərbaycanı demokratik, hüquqi və dünyəvi dövlət kimi təsbit etdi. Eyni zamanda, siyasi sabitliyin təmin olunması gələcəkdə tarixi zəfərlərin qazanılması üçün əlverişli zəmin yaratdı. Qanunun aliliyinin təmin olunması və vətəndaş hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Həmin illərdə vətəndaş cəmiyyəti formalaşdı, hüquqi dövlətin əsas prinsipləri isə demokratik ənənələrin inkişafı üçün möhkəm təməl yaratdı.
Milli həmrəylik və ideoloji birliyin təmin olunması Heydər Əliyevin siyasətinin prioritet istiqamətlərindən biri idi. Onun formalaşdırdığı azərbaycançılıq konsepsiyası xalqı vahid dəyərlər və məqsədlər ətrafında birləşdirdi. Həmçinin, bu faktorlar dövlətin inkişaf strategiyasında mühüm rol oynamaqla gələcəkdə ölkənin suverenliyinin təmin edilməsində böyük önəm kəsb etdi.
Dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün müasir ordu quruculuğu istiqamətində islahatlar reallaşdırıldı. Heydər Əliyev Silahlı Qüvvələrdə nizam-intizamın bərqərar edilməsinə xüsusi diqqət ayırdı. Maddi-texniki bazanın möhkəmləndirilməsi, peşəkar hərbi kadrların hazırlanması və orduda müasir standartların tətbiqi Azərbaycanın müdafiə imkanlarını xeyli artırdı. Bu tədbirlər sonrakı illərdə ərazi bütövlüyünün qorunması və tarixi zəfərlərin qazanılması üçün həlledici rol oynadı. Ordu quruculuğu dövlətimizin milli təhlükəsizlik strategiyasının əsas amillərindən birinə çevrildi.
Heydər Əliyev daxili sabitliyi təmin etməklə yanaşı, həm də xarici siyasətdə balanslı və uzaqgörən mövqe nümayiş etdirdi. Azərbaycanın beynəlxalq nüfuzu möhkəmləndi, ölkəmiz dünya birliyi ilə inteqrasiya prosesinə qədəm qoydu və etibarlı tərəfdaş kimi tanındı. Ermənistanın işğalçılıq siyasəti ifşa edildi, diplomatik uğurlar əldə olundu, beynəlxalq təşkilatlarda ölkənin mövqeyi gücləndi. Bu strategiya dövlətimizin qlobal siyasət arenasında mövqeyini möhkəmləndirdi və diplomatik nüfuzunu artırdı.
Heydər Əliyev təməlini qoyduğu mütərəqqi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın siyasi-iqtisadi və hərbi gücü daha da artıb, diplomatik mövqeyi möhkəmlənib. Nəticədə 2020-ci ilin Vətən müharibəsində tarixi Zəfər əldə edilib, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində dövlət suverenliyi tam təmin olunub. Beləliklə, ölkəmiz beynəlxalq arenada qüdrətli, nüfuzlu bir dövlət kimi tanınır. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik ənənələri bu gün də Azərbaycanın tərəqqisində mühüm rol oynayır.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Oktyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see268

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see229

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see205

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see189

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see181

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see178

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see168

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see155

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see145

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see144

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see141

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see136

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see134

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri