Icma.az
close
up
RU
Beynəlxalq mübahisələrin həlli...

Beynəlxalq mübahisələrin həlli...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

105 il əvvəl BMT-nin ali məhkəmə orqanı yaranıb

Ötən əsrdə baş verən iki dünya müharibəsi bəşəriyyətə çox böyük itkilər hesabına başa gəldi. Bununla da beynəlxalq miqyasda sülhü və təhlükəsizliyi qoruyub saxlamaq, beynəlxalq mübahisələrin və münaqişələrin dinc vasitələrlə və ədalətlə nizama salınmasını təmin etmək üçün beynəlxalq bir təşkilatın yaradılmasına ehtiyac var idi.

Daimi Beynəlxalq Ədalət Məhkəməsi

Bu gün Daimi Beynəlxalq Ədalət Məhkəməsinin (DBƏM) yaranmasından 105 il ötür. Mübahisələrin sülh yolu ilə həlli üçün nəzərdə tutulmuş ilk beynəlxalq məhkəmə orqanı Millətlər Birliyinin himayəsində 1920-ci ildə yaradılan Daimi Beynəlxalq Ədalət Məhkəməsi idi. Palata Millətlər Birliyi tərəfindən yaradılıb və maliyyələşdirilib. Bununla birlikdə Palata Liqanın bir hissəsi deyildi. Liqaya üzv olan bir dövlət avtomatik olaraq DBƏM nizamnaməsinə tərəf çevrilməmişdi. Digər tərəfdən, bu müqavilələrlə əlaqəli mübahisələrdə PPMP-nin yurisdiksiyasını təmin edən bir neçə yüz müqavilə imzalanmışdı.

Beynəlxalq Ədalət Məhkəməsinin yaradılması

1922-1940-cı illər arasında DBƏM 29 dövlət mübahisəsinə qərar vermişdi və demək olar ki, hamısı həyata keçirilmiş 27 məsləhət rəyi vermişdi. Palata beynəlxalq hüququn inkişafına da böyük töhfə verib. Fəaliyyəti İkinci Dünya müharibəsi ilə sona çatdı və daha sonra 1946-cı ildə Millətlər Birliyi ilə birlikdə Palata ləğv edildi. Palatanın yerinə isə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) yarandı.

Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin ali məhkəmə orqanıdır. Onun qərargahı Niderlandın Haaqa şəhərindəki Sülh Sarayında yerləşdir. Məhkəmənin iş prinsipi geniş məhkəmə fəaliyyəti ilə xarakterizə olunur. Onun əsas vəzifələri dövlətlərə təqdim edilmiş hüquqi mübahisələrin həlli və lazımi qaydada səlahiyyətli beynəlxalq orqanlar və qurumlar tərəfindən ona təqdim edilmiş hüquqi məsələlər üzrə məsləhətçi rəy verməkdir. Beynəlxalq Məhkəmə tərəfindən qəbul edilən qərarların sayı nisbətən az idi, lakin 1980-ci ildən başlayaraq, xüsusən də inkişaf etməkdə olan ölkələr arasında Məhkəmədən istifadə etmək istəyi açıq şəkildə ortaya çıxmışdı.

Bir dövləti eyni vaxtda iki hakim təmsil edə bilməz

Beynəlxalq Məhkəmə vətəndaşlıqlarından asılı olmayaraq, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslərdən seçilmiş və müstəqil hakimlər kollegiyasını təşkil edən 15 nəfərdən ibarətdir. Beynəlxalq Məhkəmənin hakimləri əsasən, BMT-nin üzv dövlətlər arasından seçilir. BMT-in Baş Assambleyası və BMT-nin Təhlükəsizlik Şurası 15 hakimi ayrı-ayrılıqda müstəqil şəkildə seçir. Hakimliyə namizədlər həm Baş Assambleyada, həm də Təhlükəsizlik Şurasında birgə topladıqları səs sayına görə seçilirlər. Əgər bir dövlətin bir neçə namizədi çox səs toplayıbsa, onların ən yaşlısı hakim seçilir. Hər bir hakim ayrı-ayrı ölkənin vətəndaşı olmalıdır, yəni bir dövləti eyni vaxtda iki hakim təmsil edə bilməz. Seçim zamanı namizədlərin təkcə göstərilən tələblərə uyğunluğu deyil, həm də onların hansı hüquq sistemini təmsil etməsi də nəzərə alınır.

Seçkilər hər 3 ildən bir keçirilir

Seçilmiş hakimlər öz hüquqlarından 9 il müddətində istifadə edə bilərlər. Yəni hakimlər 9 illiyinə seçilirlər. Hakimlərin 9 illik seçilməyinə baxmayaraq, seçkilər hər 3 ildən bir keçirilir və hər seçkidə 5 köhnə hakimi yeniləri əvəz edir. Statut hakimlərə yenidən seçilmək hüququ da verir. Seçilən hər bir hakim diplomatik toxunulmazlığa malik olur və elmi, pedoqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir işlə məşğul ola bilməzlər.

Ölkəmizin lehinə qərarlar...

Qeyd edək ki, son illər Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın ölkəmizə qarşı olan əsassız iddialarını rədd edib. Ermənilər və havadarlarından başqa heç bir təşkilat, yaxud dövlət Qarabağda yaşayan ermənilər üçün hansısa bir problem yaşandığını ortaya qoya bilməyib. Rəsmi Bakı bununla bağlı dəfələrlə müxtəlif kadrlar, o cümlədən videogörüntülər təqdim edib.

Xatırladaq ki, 7 dekabr 2021-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib.

2023-cü il aprelin 21-də isə Azərbaycan tərəfi “İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında” “ Konvensiya çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmış əsas iddiaya qarşı ilkin etirazlarını Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi təqdim edib. Azərbaycanın qeyd edilən ilkin etirazları ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb.

Ermənistanın 10 iddiasından 7-si rədd edilib

Beynəlxalq Ədalət Məhkəməsi, eləcə də  2023-cü il noyabrın 17-də Ermənistanın Azərbaycana qarşı 10 iddiasından 7-sini rədd edib. Məhkəmə öz qərarında Azərbaycanın Qarabağ üzərində suverenliyini və ərazi bütövlüyünü təsdiqləyib, Azərbaycanın hərbi və hüquq-mühafizə orqanlarının Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbini rədd edib. Həmçinin qərara əsasən, Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasəti qəbul edilib. Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə Azərbaycanın öhdəliyini əhatə edir.

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Dekabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xanbala Əhmədli vəfat edib

05 İyul 2026 13:24see294

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see246

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see246

“Başakşehir” “Roma”dan Eldor Şomurodovun transfer hüquqlarını alıb

05 İyul 2026 07:42see215

Aysunun Hade rəqsi gündəm oldu (Video)

05 İyul 2026 13:57see199

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see191

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see189

Antibiotiklər hər qızdırmada lazımdırmı?

05 İyul 2026 08:41see177

The Times: Gizli batalyon Moskvaya müntəzəm olaraq zərbələr endirir...

05 İyul 2026 20:27see173

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see173

DÇ 26: Braziliya Norveçə qarşı YENİLƏNİR

05 İyul 2026 17:44see168

Naməlum şəxslər Yəmən sularında gəmiyə hücum ediblər UKMTO

05 İyul 2026 14:12see166

DÇ 2026: İngiltərə Meksika matçı ildırım səbəbindən təxirə salındı

06 İyul 2026 03:33see160

“Nokia” süni intellekt funksiyasına malik düyməli telefonlar buraxıb

05 İyul 2026 17:29see160

Oynayıram ya yox, millidə hər zaman vacib rolum olacaq Kriştiano Ronaldo

05 İyul 2026 23:00see157

Vaşinqtonda Müstəqillik Günü tədbirinin iştirakçıları fırtına səbəbilə təxliyə edilir

05 İyul 2026 05:39see154

Usman Nurməhəmmədov Mahaçevin şanslarını dəyərləndirdi

05 İyul 2026 17:24see154

Enerji içkisi sevənlər oxusun

05 İyul 2026 04:05see151

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see149

Ronaldu yenə sərt danışdı: “O günü özüm seçəcəyəm”

05 İyul 2026 23:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri