Icma.az
close
up
RU
Ədliyyə Nazirliyində məhkəmə sahəsində görülmüş işlər müzakirə edilib FOTO

Ədliyyə Nazirliyində məhkəmə sahəsində görülmüş işlər müzakirə edilib FOTO

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun iclası keçirilib. İclasda mübahisələrin həlli, məhkəmə sistemi sahəsində görülmüş işlər və qarşıda duran hədəflər müzakirə edilib.

Sfera.az xəbər verir ki, iclasda Komissiyanın Katibliyi, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin əməkdaşları, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mediasiya Şurasının nümayəndələri və İşçi qrupun digər üzvləri iştirak ediblər. 

İclasda işçi qrupun mübahisələrin həlli və məhkəmə sistemi sahəsində 2024-cü ildə görülmüş işlərinin yekunu dinlənilib və 2025-ci il üzrə əsas hədəflərini əks etdirən Yol Xəritəsinin layihəsi müzakirə edilib. Bildirilib ki, yeni layihədə nəzərdə tutulan tapşırıqlar icra sənədi üzrə icraatın effektivliyinin artırılmasına, prosessual müddətlərin tənzimlənməsinə, statistikanın əlçatanlığının təmin edilməsinə və mübahisələrin həllinin alternativ üsullarının təkmilləşdirilməsinə xidmət edəcək.

Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev işçi qrupun ötən ildə müvafiq sahədə əhəmiyyətli işlər gördüyünü, həmin fəaliyyətin beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinə mühüm töhfə verəcəyini bildirib. Ədliyyə nazirinin müavini, işçi qrupun rəhbəri Toğrul Hüseynov işçi qrupun ötən ildəki fəaliyyəti ilə bağlı məlumat verərək elektron məhkəmə sisteminin inkişafı, məhkəmələrin və digər orqanların qərarlarının operativ icrası və səmərəliliyinin artırılması, mediasiya prosesinin inkişafı və onun rəqəmsallaşdırılması, icra və məhkəmə statistikası ilə bağlı məlumatların açıqlığının təmin edilməsi məqsədilə görülən işləri səsləndirib.

O, həmçinin mübahisələrin ən rahat və çevik həll yollarından olan arbitraj proseslərinin tənzimlənməsi sahəsində ən son yenilikləri qeyd edərək bildirib ki, arbitraj prosesinin həyata keçirilməsi üçün ölkədə mütərəqqi təcrübəyə əsaslanan vahid hüquqi baza mövcuddur: “Bu proseslərin reallaşdırılması məqsədilə də praktiki addımlar atılır və bu istiqamətdə Bakı Arbitraj Mərkəzi yaradılaraq qeydiyyatdan keçib. Bakı Arbitraj Mərkəzinin yaradılması ölkəmizdə arbitrajın inkişafı üçün əhəmiyyətli vacib element olacaq”.

Eyni zamanda, iclasda Dünya Bankı tərəfindən “Mübahisələrin həlli” indikatoru ilə bağlı Azərbaycana ünvanlanmış anket sorğusunun cavablandırılması və bu sahədə ilkin diaqnostika nəticələrinin təqdimatı aparılıb. Tədbir iclas iştirakçılarının çıxışları və işçi qrupun fəaliyyəti ilə bağlı müzakirələrlə davam etdirilib.

Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir. 


Firuzə Əliyeva
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sfera.az
archiveBu xəbər 27 Fevral 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri