Icma.az
close
up
RU
Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun iclası olub FOTO

Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun iclası olub FOTO

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi "Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupunun iclası olub.

APA xəbər verir ki, iclas Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə keçirilib.
İclasda Komissiyanın Katibliyi, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin əməkdaşları, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mediasiya Şurasının nümayəndələri və İşçi qrupun digər üzvləri iştirak ediblər.
İclasda işçi qrupun mübahisələrin həlli və məhkəmə sistemi sahəsində 2024-cü ildə görülmüş işlərinin yekunu dinlənilib və 2025-ci il üzrə əsas hədəflərini əks etdirən Yol Xəritəsinin layihəsi müzakirə edilib. Bildirilib ki, yeni layihədə nəzərdə tutulmuş tapşırıqlar icra sənədi üzrə icraatın effektivliyinin artırılmasına, prosessual müddətlərin tənzimlənməsinə, statistikanın əlçatanlığının təmin edilməsinə və mübahisələrin həllinin alternativ üsullarının təkmilləşdirilməsinə xidmət edəcək.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev işçi qrupun ötən ildə müvafiq sahədə əhəmiyyətli işlər gördüyünü, həmin fəaliyyətin beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinə mühüm töhfə verəcəyini bildirdi.
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, işçi qrupun rəhbəri Toğrul Hüseynov işçi qrupun ötən ildəki fəaliyyəti ilə bağlı məlumat verərək elektron məhkəmə sisteminin inkişafı, məhkəmələrin və digər orqanların qərarlarının operativ icrası və səmərəliliyinin artırılması, mediasiya prosesinin inkişafı və onun rəqəmsallaşdırılması, icra və məhkəmə statistikası ilə bağlı məlumatların açıqlığının təmin edilməsi məqsədilə görülmüş işləri səsləndirdi.
O, həmçinin mübahisələrin ən rahat və çevik həll yollarından olan arbitraj proseslərinin tənzimlənməsi sahəsində ən son yenilikləri qeyd edərək bildirdi ki, arbitraj prosesinin həyata keçirilməsi üçün ölkədə mütərəqqi təcrübəyə əsaslanan vahid hüquqi baza mövcuddur: “Bu proseslərin reallaşdırılması məqsədilə də praktiki addımlar atılır və bu istiqamətdə Bakı Arbitraj Mərkəzi yaradılaraq qeydiyyatdan keçmişdir. Bakı Arbitraj Mərkəzinin yaradılması ölkəmizdə arbitrajın inkişafı üçün əhəmiyyətli vacib element olacaqdır”.
İclasda eyni zamanda, Dünya Bankı tərəfindən “Mübahisələrin həlli” indikatoru ilə bağlı ölkəmizə ünvanlanmış anket sorğusunun cavablandırılması və bu sahədə ilkin diaqnostika nəticələrinin təqdimatı aparılıb.

Tədbir iclas iştirakçılarının çıxışları və işçi qrupun fəaliyyəti ilə bağlı müzakirələrlə davam etdirilib.
Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Fevral 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri