Icma.az
close
up
RU
Mübariz Əsgərovun “Zəfərə açılan pəncərə” filmi... VİDEO

Mübariz Əsgərovun “Zəfərə açılan pəncərə” filmi... VİDEO

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Şuşa həbsxanasının  pəncərəsi. Erməni seperatçıları tərəfindən “ömürlük həbs” cəzası almış əsirin  pəncərə önündə düşüncələri. “- Mən 6 il 7 ay bu pəncərədən bütün Azərbaycana baxmışam, Milli Ordumuzun hücuma keçməsini,  işğal altında olan torpaqlarımızın azad olunmasını gözləmişəm. Səbirsizliklə gözləmişəm...”

Şuşa həbsxanasında işğal vaxtı haqsız yerə yüzlərlə azərbaycanlı əsir və girov saxlanılırdı.  Erməni separatçılar tərəfindən təhqir olunan bu insanlara ağır işgəncələr verilirdi. Sadəcə azərbaycanlı olduqlarına görə. Onların hər birinin əsirlik həyatı heç vaxt unuda bilməyəcəkləri dəhşətli hadisələrlə doludur.

Şuşa həbsxanası. Əsirin pəncərə önündə düşüncələri davam edir. ”-Hər gecə yuxularımda azad həyatı, öz evimi, doğmalarımı görürdüm. Gözümü açanda əsirlik həyatı başlayırdı. Ona görə yuxudan ayılmaq istəmirdim...Bir gecə top, mərmi səsləri eşitdim...Vətən müharibəsi başlanmışdı. Çox sevindim. Atəş səsləri yaxınlaşdıqca sevincimin həddi-hüdudu yox idi. Bizimkilər Şuşaya, həbsxanaya yaxınlaşırdılar. 44 günlük müharibənin son günlərində məni Şuşa həbsxanasından Yerevan həbsxanasına apardılar. Hiss edirdimki, məni azad edəcəklər, çünki bizimkilər artıq qələbə qazanmışdılar. Söz sahibi idilər. İnanırdımki, Azərbaycan məni də əsirlik həyatından xilas edəcək. Elə də oldu. Bir gün mənə dedilərki, yığış aeroporta gedirsən. Mən onda bildimki, azad oluram. Həmin hissləri sözlə ifadə etmək çox çətindir...”

Həbsxananın boş dəhlizlərini addım-addım gəzən, yaşadığı istirablı anları  xatırlayan, “ömürlük həbs” cəzası almış  keçmiş əsir bir vaxtlar  saxlanıldığı kameraya ilk dəfə azad insan kimi girir. “-Gözlərimə inana bilmirəm. Hətta mənim şəxsi əşyalarım hələ də əzab çəkdiyim bu kameradadadır. Onları bir xatirə kimi özümlə götürəcəm. Söz tapmağa çətinlik çəkirəm...Dəmir kuvaltla sümüklərimi sındırmışdılar, bədənimin çox yerini zədələmişdilər. Pistoletlə dişlərimi sındırmışdılar. Hansını deyim? Həmin zədələrdən sonra mən uzun müddət özümə gələ bilmirdim...İndi azad olsam da həmin zədələr mənə çox əzab verir. Şükürlər olsun bu günə. Qarabağ da azaddır, mən də. Bundan böyük xoşbəxtlik ola bilərmi? “

...Pəncərəmizi taybaty açaq və şanlı Zəfərimizin möhtəşəmliyini olduğu kimi dörə bilək, duya bilək!

...Pəncərəmiz həmişə Zəfərə açılsın!


Əməkdar jurnalist  Mübariz Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Noyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri