Icma.az
close
up
RU
Mücərrəd sevginin konkret ünvanı

Mücərrəd sevginin konkret ünvanı

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Migel de Unamunonun “Duman” romanı haqqında

Arvadından fərqli olaraq don Fermin Auqustonu qohumuyla evlənməkdən çəkindirməyə çalışır. Euxeniya evə qayıdanda bibisi onu müjdələyir, ancaq qız üçün bu, yenilik deyil, ondan əvvəl Euxeniya Auqustodan məktub almışdı, oğlanın niyyətindən xəbərdar idi. Çəkdiyi əziyyətə, düçar olduğu yoxsulluğa baxmayaraq qız qürurunu ayağa vermir, don Auqustonun namizədliyini geri itələyir. Bibi onun qərarından çox narazı qalır, Euxeniyaya məsləhət bilir ki, son sözünü deməyə tələsməsin, çox güman, oğlanı görəndə fikrini dəyişəcək. Don Fermin də deyir ki, Allahın işini bilmək olmaz. Donya Ermelinda onun sözünü kəsir: sənin allahın anarxizmlə necə yola gedir, əgər dünyanı heç kəs idarə eləməli deyilsə, onda Allah nəyə lazımdır? Don Fermin cavab verir ki, Allahın idarəçiliyi insanlarınkına bənzəməz, Allah özü də anarxistdir. Bunun ardınca Euxeniya bibisinə deyir ki, o da don Fermin kimi azadlıq tərəfdarıdır, ona görə də əziyyətlə yaşamağı könülsüz yaşamaqdan üstün tutur.

***

Ertəsi gün Maurisio tində Euxeniyanın qabağını kəsir. Qız ona deyir musiqidən iyrənib, dərs deməyə candərdi gedir, əgər Maurisio tezliklə özünə iş tapmasa, onların birgəliyi baş tutmayacaq. Oğlanın qırımından görünür ki, bekarçılıq onu əsla narahat eləmir, iş tapa bilməməsi ondan ötrü sadəcə bəhanədir. Əlacsız qalan qız son vasitəyə əl atır: eybi yox, evlənək, hələlik mənim qazancımla keçinərik. Bu təklif Maurisionun guya qüruruna toxunur, arvad hesabına yaşamaq onluq deyil.

Onlara növbəti gedişində bibisi Euxeniyanı Auqusto ilə tanış eləyir. Qız oğlana soyuq, rəsmi münasibət göstərir, onunla həm birbaşa, həm də səmimi danışır, musiqidən zəhləsi getdiyini gizlətmir. Bir sözlə, Euxeniya hər fürsətdə hər vasitəylə Auqustonu özündən uzaqlaşdırmağa, soyutmağa, çiyrindirməyə çalışır. Donya Ermelinda qardaşı qızına don Auqustonun onun borclarını ödəmək istədiyini söyləyəndə Euxeniya bunu özünə təhqir sayır, oğlanın niyyətini onu satın almaq cəhdi kimi qiymətləndirir. Euxeniyanın hünərinə heyran qalan don Fermin “Budur dürüstlük, budur azadlıq! Budur gələcəyin qadını! Belə qadını gərək güclə ələ alasan, dostum Peres, güclə!” deyə vəcdə gəlir. Auqustoya da qızın jesti, qüruru, zabitəsi son dərəcə xoş təsir bağışlayır.

***

Səhəri gün Auqusto dostu Viktoru görmək üçün kazinoya gedir. Yol boyu öz-özünə danışır: “İndi mənim məqsədim var, həyatda öz səmtim var: ya bu qızı fəth eləmək, ya da imkan vermək ki, o məni zəbt eləsin. İkisi də bir şeydir. Sevgidə fərqi yoxdur, sən yendin, ya səni yendilər...” Auqusto yol uzunu gördüyü qadınların, qızların hamısına bir anda aşiq olur. Müdrik Viktor ona düşdüyü vəziyyəti, keçirdiyi halları belə izah eləyir:

“ - Əzizim Auqusto, indiyəcən məhəbbət çeşməsi sənin qəlbinin dərinliyində mışıl-mışıl yatırdı, çünki axmağa bir ünvan tapmırdı. Euxeniyanın həyatına gəlişi səni silkələdi, o çeşməni çalxalayıb yuxudan oyatdı. Çeşmə daşıb hər yana tökülməyə başladı. Sənin kimisi bir qızı ürəkdən sevəndə onun timsalında bütün qadınlara aşiq olur.

- Mənsə elə bilirdim tərsinə olur, adam birini sevəndə gözü hər yerdən yığılır, bütün diqqəti bir nəfərin üstündə cəmlənir, qalanlar ona maraqsız gəlir...

- Yaxşı, görüm səni başa sala bilərəmmi. Sən özündən xəbərsiz qadına vurulmusan. Ancaq hansısa konkret qadına yox, ümumiyyətlə qadına, mücərrəd qadına. Euxeniyanı görəndə mücərrəd dönüb konkret oldu, ümumiyyətlə qadın dönüb oldu gördüyün bu qadın. Sən ona aşiq oldun, indi də Euxeniyanı unutmadan öz sevgini güzarına çıxan hər qadına köçürürsən. Sən çoxluğu sevirsən, cinsi sevirsən. Beləcə, sən mücərrəddən konkretə, konkretdən isə ümumən zənən cinsinə; ümumiyyətlə qadından bir qadına, o bir qadından isə bütün qadınlara keçmisən.

- Bu ki metafizikadır!

- Kim deyir məhəbbət metafizika deyil?.. Sənin sevgin başdan gəlir, sən özün də təmiz ideya, düşünülmüş varlıqsan”.

***

Bu söhbətin məzmunundan göründüyü kimi, Auqusto Peres sələfləri Don Kixot, Knyaz Mışkin sayağı saf ruhdur, abstrakt varlıqdır. Ruhun sevgisi konkret ola bilməz, mücərrəd olmalıdır. Gerçək sevgi ilahi duyğudur, onun konkret ünvanı olsaydı, ədaləti olmazdı.

Bu başqa məsələ ki, mücərrəd total duyğu, abstrakt hiss konkret ünvana hədəflənə, konkret canlıya, o cümlədən insana tətbiq oluna bilər. Fərz eləyək ki, bir demokrat siyasətçi bütün dünyada demokratiyanın bərqərar olunmasını arzulayır, ancaq onun bu diləyini cəmi yer üzündə həyata keçirmək imkanı yoxdur. Onda bu alovlu demokrat ideal saydığı quruluşu yaşadığı ölkədə, bölgədə, lap elə şəhərdə, kənddə tətbiq eləməyə çalışır. Fəqət bu, o demək deyil ki, onun ideyası lokal, məhəlli xarakter daşıyır; ideya, əlbəttə, universaldır, abstraktdır, sadəcə, onun tətbiqi lokal miqyasda, konkret məkanda həyata keçirilir. Auqustonun da sevgisi beləcə ünvansız, miqyassız, beləcə mücərrəddir, əgər o sevginin hədəfinə Euxeniya yox, bir başqa qız tuş gəlsəydi, yenə həmən-həmən olacaqdı.

Bethoven ən gözəl əsərlərini qulağı çöldən bir not, təbiətdən bir cınqırtı belə ala bilməyəndə, içindəki həmin o mücərrəd səsin, abstrakt ruhun diktəsiylə yazmışdı. Xəlifə Leylidə Məcnunun gördüyü gözəlliyi tapmamışdı, çünki o gözəlliyə mücərrəd ruhun gözüylə baxa bilməmişdi. Sufilərin dediyi kimi, mərifət mücərrəd, sonsuz ümmandır, hər kəs ondan qabının tutduğu qədər götürür. Səməd Vurğunu sevdiyi qız şair eləmişdisə, nədən o qızın əri də şair olmamışdı? “Özün öz yolunsan” (Ramiz Rövşən) deyiminin altında yatan fəlsəfə də budur. Determinizm, səbəb-nəticə qanunları mənəvi müstəvidə keçərli deyil, səbəb də, nəticə də ruhun özündən doğur. Ruh azaddır, hansısa kənar təkanla hərəkətə gəlmir, özü özünü tərpədir, özü özünə təkan verir. Quran nə deyir - əgər Allah istəməsə, sən bunu istəyə bilməzsən; yəni əgər ruhunla, ruhdan yola çıxmasan, sənə heç nə kömək olmaz, ilahi həqiqəti fəhm eləyə bilməzsən.

Lokal, məhəlli həqiqət ola bilməz, həqiqət həmişə universaldır. Qloballıq, universallıq həqiqətin xislətidir. Haqq özü cahana sığmaz, konkret ünvanda haqqın yalnız təcəllası məskunlaşar...

***

Don Auqusto Peres qadın psixologiyasını dərindən öyrənmək üçün bu sahədə araşdırmalar aparan, elmi iş yazan Paparriqopulos soyadlı bir eruditlə görüşür. Xasiyyəti, fikirləri də soyadı kimi parodik olan bu erudit söhbət əsnasında on yeddinci əsrin az tanınan holland müəllifinə istinadla Auqustoya hər kəsdən qoruduğu sirrini açır: əgər hər bir kişiyə ayrıca ruh verilibsə, qadınların hamı üçün ümumi bir tək kollektiv ruhu var. Onlar arasındakı gözlə görünən fərqlər yalnız irqi, bioloji, antropoloji, bir sözlə, cismani xüsusiyyətlərin doğurduğu fərqlərdir.

Qadınlar bir-birinə kişilərin öz həmcinslərinə bənzədiyindən qat-qat artıq oxşayırlar. Bu da ondan irəli gəlir ki, onlar hamısı bir adamdır. Holland qadınşünasın fikrincə, qadında fərdilik kişidən çoxdur, əvəzində şəxsiyyət kişidəkindən azdır; hər qadın özünü istənilən kişidən qat-qat artıq individual sayır, ancaq məzmunu kasaddır. Qadınlar arasında müqayisə aparmağa lüzum yoxdur, onların ya birini öyrəndin, ya minini - təfavüt eləməz. Hansı kişi bir qadını yaxşıca tanıyırsa, demək, ümumən Qadına bələddir. Bir qadına mükəmməl bələd olmaq min qadını alayarımçıq tanımaqdan üstündür.

Auqusto suallarına cavab alandan sonra dərin fikrə dalıb deyir: “İndi anlayıram ki, niyə bir qadına vurular-vurulmaz mənə elə gəldi bütün qadınlara aşiq olmuşam”. Holland qadınşünasın dediyinə inansa, gənc aşiqin Euxeniyanı, ya Rosarionu seçməyinin heç bir təfavütü yoxdur, cildləri fərqli olsa da, bu qızların içi birdir.

Bu məqamda mənim yadıma Migel de Unamunonun da çox yüksək dəyər verdiyi Danimarka filosofu, fəlsəfədə ekzistensializm cərəyanının banisi sayılan Sören Kyerkeqorun (don Migel onun əsərlərini orijinaldan oxumaq üçün sevimli filosofunun yazdığı dili də öyrənmişdi) bir nəzəri postulatı düşür: böyük filosof deyirdi ki, təbiətdəki canlılar arasında individuallıq yoxdur, təbiətdə əsas tutulan növdür; yəni təbiət üçün ayrı-ayrı fərdlərin yox, bütövlükdə növün yaşaması vacibdir. Başqa sözlə, qarışqaların, sərçələrin, maralların, ayıların ayrı-ayrılıqda yox, bir kollektiv ruhu var, ona görə də heç bir qarışqa, sərçə, maral, ya ayı ayrıca fərd sayılmır. İnsan isə fərqlidir, individuallıq insanın başlıca xüsusiyyəti, toxunulmaz mülkiyyəti, müqəddəs sərvətidir.

Doğrudur, Kyerkeqor qadının insandan fərqli olduğunu söyləməmişdi...

F.Uğurlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Yanvar 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayın istisində yeməli və uzaq durulmalı qidalar

09 İyul 2026 04:04see552

Sovetski də yeni söküntü başlanacaq İcra başçısı kompensasiyanın məbləğindən danışdı

09 İyul 2026 05:46see529

Zeytun aptekləri cərimələndi DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ

09 İyul 2026 03:49see506

Arıqlamaq üçün ən faydalı süd məhsulu: Kimlər içə bilər?

09 İyul 2026 02:30see406

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 İyul 2026 05:23see346

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see327

ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)

09 İyul 2026 06:07see324

UFC döyüşçüsü Azərbaycanda keçirilən turnirdə qələbədən sonra aldığı hədiyyəsini nümayiş etdirib FOTO

09 İyul 2026 01:56see254

Hazırda İran şəhərləri... Video

09 İyul 2026 01:47see253

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see227

Bruno Gimarayeş “Arsenal”a keçmək istədiyini bildirib

09 İyul 2026 03:12see220

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see197

Norveç millisi pis şəraitə görə DÇ 2026 nın dörddəbir finalından əvvəl oteli dəyişib

09 İyul 2026 02:17see186

Məşhur türk aktrisanın ölüm səbəbi açıqlandı alkoqol zəhərlənməsi...

09 İyul 2026 03:04see186

Milli maraqlar naminə fövqəladə missiya

09 İyul 2026 00:54see175

Yamal Ronaldodan danışdı “Uşaqlığımıza damğa vurub”

09 İyul 2026 03:33see172

Avropa çempionatı: Millimiz yarışı beş medalla başa vurdu

09 İyul 2026 01:39see167

Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil

09 İyul 2026 15:38see161

Birinci xanımlar Çankaya Köşkündə FOTOLAR

08 İyul 2026 22:48see157

Barselona da şok ayrılıq

09 İyul 2026 01:46see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri